Icma.az
close
up
RU
Firadan DİN ə oğurluq ittihamı: nə baş verir? Video/fakt

Firadan DİN ə oğurluq ittihamı: nə baş verir? Video/fakt

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Aparıcı Fira Cəlilovanın bağ evində oğurluq edildiyi iddiası ilə yaydığı görüntü ilk baxışdan mübahisəli idi.

Axar.az xəbər verir ki, aparıcı bağ evlərinə basqın edildiyi barədə yaydığı kadrlara şərhində “oğruların” 5 maşınla gəldiyi, 15 nəfər olduğunu iddia edir.

Yaydığı kadrlarda doğrudan da 5 maşın və 15-ə yaxın şəxs görünür. Ancaq 5 maşının işıqları yanır, qapıları açıqdır, sərbəst hərəkət edirlər. Tam əminliklə demək olar ki, Fira Cəlilova da belə oğrular və bu cür oğurluq olmadığını çox yaxşı təxmin edir. Aparıcı adı kimi əmindir ki, basqın edənlər oğru deyil, oğru ola bilməz.

Amma cidd-cəhdlə onların istifadə etdikləri avtomobillərin nömrələrinin də bilindiyini elan edir və hüquq-mühafizə orqanlarından “kömək istəyir”.

Aparıcı basqın edən şəxslərin birinin əlində ling olduğuna diqqət çəkərək, “oğruların” soyuq silahla silahlandığını deyir.

Yalnız izləyicisinin səviyyəsizliyinə güclü inanan biri bu məntiqi düşüncəni ortaya ata bilər ki, 15 nəfərdən birinin əlindəki ling (lom) soyuq silah qismində istifadə olunmaq üçün gətirilib – yəni qətiyyən qapını qırmaq üçün deyilmiş!

Halbuki videoya baxan hər bir normal şəxs əməliyyat keçirildiyini, lazım olduğu halda qapının qırılması üçün avadanlıq da götürüldüyünü, şəraitə uyğun olaraq (bəlkə də duyuq salmamaq üçün) qapının qırılmasından vaz keçildiyi və hasardan aşıldığını təxmin edə bilər.

O 15 nəfər əməliyyatçı isə əlbəttə ki, “lom” deyillər və “lom”la da silahlanmayıblar: onların hərəsində bir və ya bir neçə silah olduğuna (hələ maşınlardakı daha ağır silah ehtimalını bir kənara qoyaq) kimsə şübhə etməməlidir. Əgər 15 adam 5 maşınla, heç nədən çəkinmədən basqın edirsə, silahları “lom” olmur.

Aparıcı iddia edir ki, evdən üç mobil telefon, təxminən 20 min manat dəyərində qədimi boyunbağı, 10 min manat dəyərində bir cüt brilyant sırğa, həmçinin domofon sistemi, müşahidə kameraları və digər elektron avadanlıqlar oğurlanıb.

15 nəfərin keçirdiyi əməliyyatda hansısa boyunbağının oğurlandığını iddia etmək isə artıq Daxili İşlər Nazirliyinə qarşı təhlükəli ittihamdır. Məsələ burasındadır ki, DİN basqınçıların əməliyyatçılar olduğunu və şübhəli şəxsin ələ keçirilməsi üçün əməliyyat aparıldığını, şübhəli Əlihüseyn Hüseynovun yaxalandığını bildirəndən sonra belə Fira Cəlilova oğurlanan zinət əşyalarını geri tələb etməyə davam etdi.

I sitat: “Daxili İşlər Nazirliyindən rəsmi cavab gözləyirəm ki, görüm məsələ nədir… Cinayətkar harada olub? Həyətimizdə olubsa, adam qapını döyüb içəri girər, anama deyər ki, rahat olun, xanım. Anamın telefonları niyə götürülüb? Övladımın telefonu niyə götürülüb? Niyə zinət əşyaları götürülüb? Həyətdə nə baş verib? Kameraları çıxarıblar deyə küçədəki kamera olmasaydı, heç birini sübut edə bilməyəcəkdim, məsələ oğurluq hadisəsi kimi itib gedəcəkdi” (Pravda.az):

II sitat: “Mən indi Daxili İşlər Nazirliyini axtarıram ki, görüm bu açıqlamanı hansı əsasla yayıblar. Evdən oğurlanan telefonlar, anamın boyunbağısı haradadır?” (Anevs.az).

Bu, dolayısı ilə əməliyyatçıların oğurluq etdiyinin elanıdır!

Yeri gəlmişkən: son video-müraciətində aparıcı “ola bilsin ki” qonşuya əməliyyat təşkil edildiyi, onların evindən istifadə edildiyi ehtimalını irəli sürür, evdəki şəxslərin telefonlarının əllərindən alındığını bildirir.

Əlavə olaraq vurğulayır ki, evində yarımtikili yoxdur, yarımtikili qonşudadır, “özlərini təqdim etməyən şəxslər” həyətə girəndən sonra anası işıqları yandırıb, telefonla çəkməyə başlayıb, bundan sonra əməliyyatçılar evə girib, anasının 2, övladının 1 telefonunu alıb və evin müşahidə kameralarının yaddaş kartlarını götürüblər.

Bəs, “domofon sistemi, müşahidə kameraları və digər elektron avadanlıqlar” oğurlanmamışdı?

Bəs, oğurlanan “təxminən 20 min manat dəyərində qədimi boyunbağı, 10 min manat dəyərində bir cüt brilyant sırğa” hardadır?

Aparıcı həmçinin sual edir ki, əgər şübhəlini gizlədibsə, niyə saxlanılmayıb?

Hələ ki, DİN rəsmi olaraq müxtəlif cinayətlər törətməkdə şübhəli bilinən Əlihüseyn Hüseynovu məhz Fira Cəlilovanın evində gizlədildiyini elan etməyib, rəsmi məlumatda “Novxanıda evlərdən birində gizlənən” ifadəsindən istifadə edilib.

Buna baxmayaraq, DİN ciddi suçlamaya, əməliyyata ziyan gətirən təbliğata, hətta oğurluq ittihamına məruz qalıb.

Bu, ciddi ittihamdır və nüfuz məsələsidir!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://axar.az
archiveBu xəbər 27 Noyabr 2026 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see707

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see578

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see325

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see297

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see294

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see284

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see283

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see260

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see257

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see254

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see247

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see245

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see244

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see241

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see240

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see240

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see235

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see221

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see213

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri