Icma.az
close
up
RU
Mənə deyirlər ki, ticarətçi olsaydın, xariqələr yaradardın Elçin Cahangirli

Mənə deyirlər ki, ticarətçi olsaydın, xariqələr yaradardın Elçin Cahangirli

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

2003-cü ildə Azərbaycan Televiziyasında yayımlanan "Yanmış körpülər" serialı o dövrün maraqla izlənilən və tamaşaçıların yaddaşında iz qoyan ekran əsərlərindən biri idi. 19 bölümdən ibarət teleserial mənim xatirimdə, ilk növbədə, uşaqlıq illərimizin ekran əsəri kimi qalıb. Neçə ildir bu serial haqqında nəsə bir yazı hazırlamaq istəyi həmişə mənimlə olub. Ekran işinin quruluşçu rejissoru və baş rollardan birinin ifaçısı Elçin Cahangirli ilə bu müsahibə də məhz həmin istəyin nəticəsidir. Elçin Cahangirli (Elçin Təvəkkül oğlu Məmiyev) 1966-cı il yanvarın 28-də Masallı rayonunun Qasımlı kəndində anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Aktyorluq fakültəsində təhsil alıb, 1988-ci ildə ali təhsilini başa vurub. "Yanmış körpülər", "İynə-sap", "Şans", "Məqamlar", "Bir bazar günü", "Oyunçu", "Susmuş vicdan", "Sevginin göz yaşları" kimi televiziya proqram və seriallarının rejissoru olub. "Qum saatı", "Görüş yeri", "Torpağın ətri" verilişlərinin isə layihə rəhbəri və aparıcısı kimi tanınıb. Beləliklə, müsahibim tanınmış rejissor və aktyor Elçin Cahangirlidir.

- Rüfəti niyə öldürdünüz?

- Mənə elə gəlir ki, bu həyatda iki qisim insan var: bir qismi nifrətlə yaşayanlar, o biri qismi isə işıqlı əməllər naminə hər cür zəhmətə qatlaşanlar. Rüfət birincilərdən idi. Yeri gəlmişkən, bu yaxınlarda dostlarım serialın davamını çəkməyi təklif etdilər. Nə qədər düşünsək də, bir yol tapa bilmədik. Düzü, onda peşman oldum ki, kaş Rüfəti öldürməzdik.

- "Yanmış körpülər" dövrünün ən çox səs-küy doğuran işlərindən olub. Necə oldu ki, belə bir serial çəkmək qərarına gəldiniz?

- Bilirsiniz ki, o vaxt Azərbaycanda seriallar yox idi. "Yanmış körpülər" 2003-cü ildə Dövlət Televiziyasında əyləncəli proqram kimi başlamışdı. Amma sonra gördük ki, layihəyə böyük maraq var. Beləcə, davam etdik.

- Serialda tanınmış sənətkarlarla yanaşı, dövrün gənc istedadlarını da görürdük.

- Bəli, serialın geniş aktyor heyəti vardı. Akademik Milli Dram Teatrından aktyorlar dəvət olunurdu. Bir sıra korifeylərimiz bu serialda rol alıb: Muxtar Manıyev, Kazım Abdullayev, Elxan Qurbanov, Təvəkkül Əhmədov... Daha kimlər yox idi orada.

Serialda bir sıra müğənnilər də rol alıblar. Onların bəziləri ilk dəfə məhz bu işdə görünüblər. Məsələn, Röya Ayxan ilk dəfə "Yanmış körpülər" serialında oynayıb. Orada narkoman rolunu ifa edirdi. Özü də bunu təsdiqləyə bilər.

Ümumiyyətlə, ilklərdən danışırıqsa, bununla bağlı çoxlu nümunə göstərə bilərəm. 2007-ci ildə yayımlanan "Oyunçu" serialı da mənim işlərimdən biri idi. İndi tanınmış komik aktyorların çoxunun ilk işi məhz həmin serial olub. Elməddin Cəfərov, Fərda Xudaverdiyev, Kamran Həsənli və başqaları...

Hərdən mənə sual verirlər ki, indi seriallarda bir qədər az görünürsən. Deyirəm ki, mənim "Susmuş vicdan", "Sevginin göz yaşları", "Boyunbağı", "Yanmış körpülər", "Oyunçu" kimi işlərim olub. Həmin vaxt televiziyaya baxanların sayı çox idi. İndi isə sual verirəm: Azərbaycan kanallarına baxırsınız? Cavab verirlər ki, yox. Deyirəm, ay sağ ol! Mənim bəxtim onda gətirmişdi ki, serialları ardıcıl çəkdiyim dövrdə tamaşaçılar ekran qarşısına yığışırdılar. Yadınızdadırsa, hamı işdən gələndə baxmaq üçün serial axtarırdı. İnternet üstünlük qazandıqdan sonra mən də seriallardan uzaqlaşdım. Çünki artıq əvvəlki kimi deyil. Əvvəla, baxış sayı azalıb, həm də mən tamaşaçılara o zövqü artıq yaşatmışam - istər aktyor, istərsə də rejissor kimi.

- Yəqin ki, prodüserliyi də yaxşı bacarırsınız. İşin yaradıcı tərəfini anladıq. Maraqlıdır, 2000-ci illərin əvvəlində serial üçün maliyyəni haradan tapırdınız? Sponsorları necə inandırırdınız?

- Mənə deyirlər ki, ticarətçi olsaydın, xariqələr yaradardın. Bu, daha çox təşkilatçılıqla bağlı məsələdir.

- Paralel olaraq televiziya fəaliyyətiniz də var. Hətta deyərdim ki, son dövrlərdə sizi televiziyada daha çox görürük.

- Mənim televiziya işlərimdə kino estetikası var. İndi də kameranın qarşısında, hətta adi bir verilişdə də kino atributlarından və aktyor imkanlarımdan istifadə edirəm.

- Sosial şəbəkələrdə görünmürsünüz.

- Əslində, bu, mənim üçün bir qədər yaxşı olmayan haldır. Sosial şəbəkələrdə yoxam, çünki əvvəllər buna həvəs göstərməmişəm. 15-20 il əvvəl bunlara ehtiyac yox idi. Yəni nə varsa, onsuz da göz qabağında idi. Amma indi görürsən ki, mütləq orada olmalısan.

Son dövrlərdə ardıcıl üç işim olub. Hətta Özbəkistanda iki hissəli film çəkmişəm. İndi onun montaj işləri gedir. Lakin heç kimin bu işlərdən xəbəri yoxdur. Demirəm ki, bu, düzgündür. Xeyr, düzgün deyil. Çünki hər kəs gördüyü işlə fəxr etməli və onu paylaşmalıdır. Niyə bu işlər yayımlanmasın ki? Yaxın vaxtlarda sosial şəbəkələrdə aktiv fəaliyyətə başlayacağam.

- Elçin Cahangirli kameranın önündə daha xoşbəxtdir, yoxsa arxasında?

- Həmişə bu sualı mənə verəndə cavabım belə olur: İndi mən neyləyim ki, hər ikisi məndə alınır? (Gülümsəyir).

Azərbaycan reallığıdır, bilirsiniz ki, bizdə çəkilişlər bir qədər çətin olur. Etiraf edək ki, fantastik layihələr çəkilmir. Hər kəs əlindən gəldiyi və bacardığı qədər özünü ifadə etməyə çalışır. Buna baxmayaraq, mən də bu deyimlə razıyam: "Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan".

Məsələn, mənim üçün çox rahat olar ki, başımın üstündə rejissor olsun. Bu yaxınlarda reklam çarxına çəkilmişdim. Xarakterik bir rol idi. Böyük komanda ilə çalışırdıq və başımın üstündə rejissor vardı. Əlbəttə, belə olan halda mənə də rahat olur.

- Deyirlər, film çəkmək üçün maşınınızı satmısınız.

- Bəli. "Beşatılan" filminin çəkilişləri zamanı bu addımı atmışdım. Yaxşı ki, o filmi çəkdik. Film Qarabağa həsr olunub. Əslində, o iş üçün ciddi maliyyə tələb olunurdu. Biz çox kiçik büdcə ilə əlimizdən gələni etməyə çalışdıq.

- Satdığınız maşının əvəzinə yenisini ala bildiniz heç olmasa?

- Açığı, bir qədər çətin oldu. Bilirsiniz, bu sahədə problemlər həmişə olub. 30 il əvvəl necə idisə, indi də elədir. Yəqin xatırlayırsınız, "Uzun ömrün akkordları" filmində Hüseyn Ərəblinski gəlir və görür ki, pərdələri açmırlar. Barmağındakı üzüyü çıxarıb qoyur və deyir ki, pərdələri açın. Qısası, sənət eşqini sözlə izah etmək çətin məsələdir.

- Sənət eşqindən söz düşmüşkən, bir qədər də sənətə gəlişinizdən danışaq. Bildiyim qədərilə, atanız aktyor olmağınızı istəmirmiş.

- Bu, uzun hekayədir. Deməli, atam məndən fərqli olaraq çox az danışan, yaraşıqlı, hündürboy bir kişi idi. Özü məktəb direktoru idi. O vaxt Masallıya hansı böyük aktyor gəlirdisə, onu bizim məktəbə göndərirdilər. Çünki bilirdilər ki, atam onları yaxşı qarşılayacaq. Mən orada kimləri görməmişəm? İsmayıl Osmanlı, Amaliya Pənahova, Məmmədrza Şeyxzamanlı, Afaq Bəşirqızı...

Özüm də hələ uşaqlıqdan gözəl şeirlər deyirdim. Fizika və riyaziyyat fənlərindən əlaçı idim, olimpiadalarda iştirak edirdim. Amma bilirdim ki, sinifdə bir neçə nəfər məndən daha irəlidədir, onlar riyaziyyat və fizikadan daha güclü idilər. Mənim isə humanitar fənlərə marağım daha çox idi. Hamı bilirdi ki, məqsədim İncəsənət Universitetinə qəbul olmaqdır. Atam isə prokuror olmağımı istəyirdi.

Yadımdadır, bir dəfə Amaliya Pənahova ilə Məmmədrza Şeyxzamanlı rayonumuza gəlmişdilər. Görüş zamanı atamla söhbət edirdilər. Düşündüm ki, bəlkə, onlar atamı razı sala bilərlər. Niyyətimi dayıma pıçıldadım. O da onlara dedi ki, bəs sizin şeir deməyini bəyəndiyiniz həmin uşaq Təvəkkül müəllimin oğludur, özü də incəsənətə getmək istəyir. Onlar da axşam qonaqlıqda bu barədə atama danışdılar. Atam cavab verdi ki, onsuz da kəsiləcək, qoy getsin.

Həmin vaxt İncəsənət Universitetinə qəbul imtahanları digər ali məktəblərdən bir ay əvvəl keçirilirdi. İş elə gətirdi ki, mən kəsilmədim. İmtahan zamanı Timuçin Əfəndiyev məndən soruşdu: "Oğlum, sən haralısan?" Dedim, Masallıdan. Dedi ki, orada mənim bir dostum var. Soruşdum ki, kimdir? Dedi, Təvəkkül müəllim. Cavab verdim ki, o, mənim atamdır. O da salam göndərdi və dedi ki, yaxşı olar ki, özü də gəlib görünsün. Təsəvvür edin, sabah yox, birisi gün atamla birlikdə rektorun evində oturmuşduq.

- Yəni instituta tanışlıqla daxil olmusunuz?

- Hə, ay sağ ol! Bax, indi bu sual yarana bilər ki, mən tanışlıqla qəbul olunmuşam, ya yox? Qətiyyən belə deyil. Səmimiyyətimə inanın, elə olsaydı, bu mövzunu heç danışmazdım. Sadəcə, onlar dost idilər və şübhəsiz ki, dostluğun da təsiri oldu. Amma ixtisas fənnindən imtahan zamanı elə şeylər dedim ki, hamının ağzı açıla qaldı. Buna nə tanışlıq? Ədəbiyyatdan yazılı imtahan, təhlil zamanı tələbələr başıma yığışmışdılar, məndən soruşurdular. Buna nə tanışlıq?

- 60 yaşınız olsa da, sizə bu yaşı vermək olmur. Özünüzə yaxşı baxırsınız, deyəsən.

- Bəli, özümə diqqət edirəm. Sağlamlığıma da xüsusi fikir verirəm ki, hər şey qaydasında olsun. Əslində, yaşdan danışmağı sevmirəm, ad günümü də heç vaxt qeyd etmirəm.

Aytac SAHƏD

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:73
embedMənbə:https://525.az
archiveBu xəbər 27 Noyabr 2026 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see707

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see578

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see325

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see297

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see294

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see284

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see283

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see260

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see257

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see254

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see247

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see245

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see244

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see241

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see240

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see240

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see235

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see221

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see213

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri