Icma.az
close
up
RU
Bir daha Masallı Kitab Festivalı haqqında

Bir daha Masallı Kitab Festivalı haqqında

Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

Kitabın və kitabçının bayramına çevrilən, sözün işığını, vətəndaşın və vətəndaş cəmiyyətinin üfüq genişliyini göstərən Masallı Kitab Festivalı uğurla başa çatdı. İlk dəfə keçirilsə də, son dəfə keçirilmədiyi bəllidir. – Tanrının adıyla, dövlətin bayrağı, vətəndaş cəmiyyətinin fəallığı və kitabçıların məhəbbəti, oxucuların sevgisi ilə Masallı #Kitab Festivalı hər il davamlı olaraq keçiriləcəkdir. – Bu inamı bizə gördüklərimiz, eşitdiklərimiz, oxuduqlarımız verir.

Masallı şəhər meydanı o günlərdə kitabın, sözün və düşüncənin ideyasının daşıyıcısına çevrildi. 30 aprel – 2 may tarixlərini əhatə edən “Masallı Kitab Festivalı – 2026” bir mədəniyyət hadisəsi, bir ruh toplanışı, bir maarif çağırışı idi…
Qüsur sayılmazsa, deyim: bu sətirlərin yazarı apreldə doğulub, vətəndaşı olduğumuz dövlətin öz əsasını götürdüyü Cümhuriyyət isə mayda yaranıb. Məncə, dövlət-vətəndaş bağlamında ən parlaq təcəlli, təzahür və təfəkkür kitabla, kitablı və kitabyönümlü fəzada şəkillənir. Oxu! – dinimizin də buyruğudur, Cümhuriyyət əsaslı milli təhsilimizin, çağdaşlaşma yolumuzun da… Dədəm Qorqud öyüdləri, Mahmud Qaşqarlı, Yusuf Balasaqunlu, Əhməd Yəsəvi, Nizami Gəncəvi, Yunus Əmrə, Nəsimi, Füzuli, Nəvai, Mövlanə və başqa böyüklərimizin yaradıcılığı da, öyrənməyə, öyrətməyə çağırışlarla zəngindir. Beləliklə, maarif, oxu, öyrənmək və öyrətmək – bir sözlə, kitab elə bizim üçrəngli bayrağımızın rənglər qurultayının çağırışıdır.
Bəli, Masallı festivalında kitab insanın özünə qayıdışı, yaddaşın yenilənməsi, gələcəyin düşüncə xəritəsinin çəkilməsi missiyasını daşıyırdı (yaxud belə bir
məna qazanmışdı)...

Masallı Rayon İcra Hakimiyyətinin qarşısında qurulan bu mədəniyyət məkanı bir neçə gün boyu sözün, söz sənətinin canlı mühitinə çevrildi. Burada nəşriyyatlar, müəlliflər, oxucular, alimlər, müəllimlər, gənclər və b. bir araya gəldi. Panel müzakirələr, imza günləri, tanıtımlar və fikir alış-verişləri festivalın özəyini, ruhunu təşkil etdi. Amma bu tədbirin mahiyyəti yalnız proqram zənginliyi ilə ölçülmür, təbii. Əsl məsələ – bu görüşlərin yaratdığı intellektual enerjidir. Çünki kitabın olduğu yerdə təkcə bilgi yox, həm də istiqamət, yön, yol-yolaq yaranır. “Uzun, incə bir yol”a çıxanlar yolu, yolçuluğu qutsal saymağa meyillidir. Hələ-hələ “Ortaq keçmişdən ortaq gələcəyə” aparan Ulu Yolu unutmamışıqsa!..

Bəli, maarifçilik – milli inkişafın əsas xəttidir.
Məni bu festivala “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyi (RHİMİB) çağırmış, üstəlik, “Seçilmiş əsərlər”imin l cildini imza törəniyçün təkrar nəşr etmişdi – çox sağ olsunlar! RHİMİB-in yaxından iştirakı ilə keçirilən bu festival bir daha göstərdi ki, vətəndaş cəmiyyəti institutları nəinki müşahidəçi olaraq qalmır, üstəlik onlar prosesin özündə, özəyindədirlər. Paytaxtımızda (və digər böyük şəhərlərdə) keçirilən oxşar festivallar öz yerində; bununla belə, ilk dəfə təşkil olunması etibarıyla Masallı Kitab Festivalı RHİMİB-in timsalında QHT-lərin bölgələrdəki yerinin, rolunun güclənməsi imkan və ehtiyacını da ifadə etməkdədir.

RHİMİB sədri Arzu Bağırovanın və digər ictimai xadimlərin timsalında bu tədbir kitabı maarifin və milli-mənəvi dirçəlişin əsas vasitəsi kimi tanıtdı. Bu yanaşma, əlbəttə, təsadüfi deyil. Çünki çağdaş dönəmdə cəmiyyətlərin inkişafı iqtisadi göstəricilərlə yanaşı, oxu mədəniyyəti və düşüncə səviyyəsi ilə ölçülür.

Festivalın ən diqqətçəkən tərəflərindən biri onun sosial inklüzivliyi idi. Burada aydınlarla birgə, müxtəlif sosial təbəqələrdən insanlar – məktəblilər, tələbələr, müəllimlər, dövlət və ictimai sektor nümayəndələri, sadə oxucular iştirak edirdi.
Bax, bütün bunlar kitabın yenidən cəmiyyətin ortaq sərvətinə çevrilməkdə olduğunun göstəricilərindən biridir.

Masallı Rayon İcra Hakimiyyətinin,
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Masallı Rayonu üzrə Təhsil sektoru, Masallı Dövlət Regional Kollecinin təşkilatçı olması, İcra başçısı və digər rəsmi şəxslərin açılışda iştirakı, Millət vəkillərinin imza mərasimlərinə gəlişi, eləcə də, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi sədrinin həmtəşkilatçı ictimai qurum olan RHİMİB-in sədrinə təbrik-təqdir məktubu ünvanlaması bu tədbirin dövlət orqanları, müxtəlif qurum və quruluşlar səviyyəsində dəyərləndirildiyini, dəstəkləndiyini göstərdi. Bu, çox mühüm məqamdır.
Çünki kitab mədəniyyəti yalnız fərdi təşəbbüslər səviyyəsində qalmayıb, dövlət–cəmiyyət sintezi ilə inkişaf edincə daha dərin nəticələr doğura bilir.
Bu sintez isə gələcək üçün bir model yaradır:
Maarifli vətəndaş – güclü cəmiyyət – dayanıqlı dövlət.

Yuxarıda adıkeçən digər təşkilatçıları az-çox bilirdik; şəxsən mənimçün Masallı Dövlət Regional Kolleci ilə tanışlıq çox xoş oldu. 12 il öncə yaradılmış bu orta ixtisas məktəbi adındakı regional təyinini doğrultmaqla yanaşı, respublika səviyyəli işlərə canatımları ilə bir başqa gözəllik daşıyır və yayır. Festivalda kollecin direktoru Rövşən Qurbanov ilə söhbət edərkən, bir susonası qızımız yaxınlaşdı – direktor həmən tanış etdi və onun indi Xankəndidə oxuduğu bəlli oldu. Yüksək balla Qarabağ Universitetinə qəbul olunan qızımız Masallı gənclərinin savadlı, tərbiyəli bir təmsilçisi kimi gəldi mənə. Günü ağ olsun!

Masallıda açılan birinci “kitab meydanı” sanki bir metaforuydu. – O, insanın öz iç dünyasına açılan yolun metaforu kimi də ifadə oluna bilər.
Oxumaq fərdi məşğuliyyət olmaqdan ötə, ictimai hadisədir, mədəniyyət hadisəsidir, hətta strateji hadisədir. – Kitab festivalı, bax, bunu da bizlərə göstərmiş oldu.
Bəli, kitab oxuyan cəmiyyət düşüncəyə söykənir, daha manipulyasiyaya yox...

Masallı Kitab Festivalı bir daha sübut etdi ki, Azərbaycanda kitab mədəniyyəti həm qorunur həm də yenidən doğulur…
Bu festival yaddaşın dirçəlişi, maarifin hərəkəti, gələcəyin (necə deyərlər) zərif manifesti olmağı haqq edir.
Kitab hələ də insanı dəyişdirə bilir.
İnsan dəyişəndə isə cəmiyyət dəyişir. – Bəlkə də ən əsas nəticə elə budur…

Daha necə kitablı günlərdə
görüş diləyi və Masallıya
salam-sayğılarla,

Əkbər Qoşalı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:190
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 06 May 2026 21:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see437

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see251

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see242

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see234

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see225

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see222

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see221

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see218

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see214

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see210

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see202

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see200

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see199

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see197

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see195

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see191

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see188

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see185

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri