Icma.az
close
up
RU
Naxçıvanda ikinci Kitab festivalı keçirilir

Naxçıvanda ikinci Kitab festivalı keçirilir

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Naxçıvan şəhərindəki “Saat Meydanı” Turizm İstirahət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmiş ikinci Kitab festivalı keçirilir.

Mayın 9-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov, dövlət və hökumət nümayəndələri, eləcə də digər rəsmi şəxslər festivalda iştirak edib, ayrı-ayrı nəşriyyatların stendləri ilə tanış olublar.

Bildirilib ki, festivala ölkəmizdə fəaliyyət göstərən 30-a yaxın nəşriyyat tərəfindən 30 mindən çox kitab və digər nümunələr çıxarılıb. Alim və pedaqoqlarımız tərəfindən nəşr olunmuş tədqiqat əsərləri, yüzlərlə adda klassik və müasir dünya ədəbiyyatından orijinal dildə və tərcümə olunmuş əsərlər, yerli bədii ədəbiyyat nümunələri, uşaq ədəbiyyatı, dərslik və dərs ləvazimatları, uşaqlar üçün əyləncəli öyrənmə vəsaitləri böyükdən-kiçiyə hər kəsin marağını cəlb edir. Ziyarətçilər burada “Teas Press”, “Qanun”, “Çapar”, “Alfacin”, “Parlaq imzalar”, “İZƏ”, “Kitabçı” kimi ölkənin ən fəal nəşriyyatlarının təqdim etdiyi minlərlə endirimli kitablardan faydalana, yaradıcı insanların müxtəlif əl işləri və beyin məhsulları ilə tanış ola bilərlər.

Layihəyə qatılan ölkənin 10-a yaxın tanınmış qələm sahibi festival iştirakçıları ilə səmimi söhbət edib, yeni nəşr olunan kitabları barədə məlumat verib, oxucularına imzalı kitablar təqdim ediblər.

Sonda xatirə fotosu çəkdirilib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin təşəbbüsü, Naxçıvan Şəhər İcra Hakimiyyətinin və Azərbaycan Nəşriyyatları Asossiasiyası İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən kitab festivalı 3 gün davam edəcək. Festival çərçivəsində tanınmış yazıçıların kitabsevərlərlə görüşü və kitab təqdimatları təşkil olunacaq, seminar və panel müzakirələri aparılacaq, maraqlı fləşmob, videoçarxlar, konsert proqramı və atəşfəşanlıq nümayiş etdiriləcək.

Seminar və panel müzakirələrdə, imza saatlarında və kitab təqdimatlarında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini Arzu Abdullayev, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Gülxarə Tarverdiyeva, Azərbaycan Yazıçılar Birliyinin üzvü, birliyin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlu, yazıçılar Rövşən Abdullaoğlu, İradə Qədirova, Elxan Elatlı və digərləri iştirak edəcək.

Səbuhi HƏSƏNOV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:257
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 May 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri