Icma.az
close
up
RU
“Bir dəfə yoxlayım, heç nə olmaz...” Zərərli vərdişlərə “yox” demək həyatın özünə “bəli” deməkdir MÜSAHİBƏ

“Bir dəfə yoxlayım, heç nə olmaz...” Zərərli vərdişlərə “yox” demək həyatın özünə “bəli” deməkdir MÜSAHİBƏ

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müasir cəmiyyətdə insanların gündəlik həyatına təsir edən ən ciddi problemlərdən biri də zərərli vərdişlərdir. Siqaret çəkmə, alkoqol istifadəsi, narkotik maddələrə meyl, texnologiyadan asılılıq kimi vərdişlər yalnız insan sağlamlığını deyil, həm də ailə münasibətlərini, sosial əlaqələri və ümumi həyat keyfiyyətini mənfi istiqamətdə dəyişir. 

Bu vərdişlərin formalaşması, yayılması və onlardan xilas yolları isə geniş və çoxşaxəli bir mövzudur.

Bakıvaxtı.az-ın əməkdaşı bu məsələyə aydınlıq gətirmək, zərərli vərdişlərin sosioloji aspektlərini və onların aradan qaldırılması yollarını öyrənmək üçün sosioloq Məhbubə Mehdiyeva ilə söhbətləşib.

Müsahibədə zərərli vərdişlərin səbəbləri, onların cəmiyyətə təsiri və fərdlərin bu vərdişlərdən necə qurtula biləcəyi barədə dəyərli fikirlər yer alır.

- Zərərli vərdişlər nədir?

- Zərərli vərdişlər - insanın sağlamlığına və sosial həyatına ziyan vuran davranışlardır. Bura narkotiklər, siqaret, spirtli içkilər, qumar, internet asılılığı və digər mənfi meyillər daxildir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada 35 yaşdan aşağı insanların 60%-i həyatlarının müəyyən dövründə azı bir zərərli vərdişə sahib olub.

- Dopamin və serotonin nədir? Onlar niyə önəmlidir?

- Dopamin və serotonin beyində olan kimyəvi maddələrdir, hansı ki, bizim əhval-ruhiyyəmizə təsir edir. Dopamin bizə xoşbəxtlik, məmnunluq hissi verir, yəni beyin deyir ki, “yaxşı iş gördün, təkrar elə”. Məsələn, sevdiyin yeməyi yeyəndə ya dostlarınla güləndə dopamin artar.
Serotonin isə insanı sakit və rahat saxlayır. Əgər serotonin az olsa, adam kədərlənə, əsəbiləşə və yuxusuz qala bilər.
Narkotik maddələr bu maddələrin balansını pozur, dopamini çoxaldır, amma süni, yəni normal deyil. Sonra beyin özünü düzəldə bilmir və insan həqiqi xoşbəxtlikdən uzaqlaşır, asılılıq yaranır.

- Sizcə, bu vərdişlərə daha çox kimlər meyllidir?

- Ən çox təhlükə altında olanlar gənclərdir. BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi bildirir ki, dünyada narkotik istifadəçilərinin 42%-i 15–29 yaş aras şəxslərdir. Azərbaycanda da risk qrupuna əsasən 16–25 yaş arası gənclər daxildir. Stress, sosial təzyiq, diqqət çatışmazlığı və sevgisizlik bu vərdişlərə sürükləyir.

- Bu vərdişlərə aludə olmağın nəticələri necə olur?

- Fiziki baxımdan qaraciyər, ağciyər, ürək-damar sistemində fəsadlar yaranır. Psixoloji baxımdan isə özünüidarə azalır, depressiya, təşviş, panik atak kimi pozuntular artır. Məsələn, Avropa Narkotik və Narkomaniya Müşahidə Mərkəzi bildirir ki, hər il 700 mindən çox insan narkotiklə bağlı xəstəliklərdən həyatını itirir.

- İnsan niyə belə təhlükəli vərdişlərə başlayır?

- Əsas səbəb maraq, sosial təzyiq və bəzən emosional boşluqdur. İnsan bəzən “bir dəfə yoxlayım, nəsə olmaz” deyə düşünür. Amma bu, çox təhlükəlidir. Əlavə olaraq, gənclər bəzən özlərini cəmiyyətə sübut etmək istəyirlər, bəzən isə sadəcə ətraf mühitin təsirinə düşürlər.

- Bəs narkotiklər insan bədənində ilk olaraq hansı orqanlara zərər verir?

- Ən çox zərər alan orqan beyindir. Narkotik maddələr beyindəki kimyəvi balansı pozur, dopamin və serotonin kimi hormonların səviyyəsini dəyişdirir. Bu da insanın əhval-ruhiyyəsini, yaddaşını, diqqətini və qərarverməsini ciddi şəkildə təsir edir. Bundan sonra isə ürək, qaraciyər və böyrəklər zədələnir.

- Psixoloji təsirlər nələrdir?

- İstifadə edən insan əsəbi, depressiv, tənhalaşmış olur. Onun ətrafdakı insanlarla əlaqəsi zəifləyir, bəzən aqressiv davranışlar ortaya çıxır. Uzun müddətli istifadə nəticəsində psixoz, xroniki depressiya və yaddaş itkisi baş verir.

- Dünyada narkotiklərlə mübarizə üçün hansı təcrübələr uğurludur?

- Məsələn, Portuqaliya modeli çox uğurludur. 2001-ci ildən narkotik istifadəçiləri cəzalandırılmır, əvəzində müalicə və sosial dəstək alırlar. Nəticədə narkotiklə bağlı cinayət faktları 75% azalıb, virus infeksiyaları 80% aşağı düşüb.

- Azərbaycanda bu sahədə vəziyyət necədir?

- Azərbaycan narkotiklərlə mübarizədə ciddi addımlar atır. Daxili İşlər Nazirliyi və digər qurumlar narkotiklə bağlı 8000-dən çox fakt aşkar edib, amma həmçinin maarifləndirmə və reabilitasiya tədbirləri də genişlənir. Məktəblərdə, universitetlərdə maarifləndirici proqramlar təşkil olunur.

- Narkotiklərlə mübarizədə Azərbaycanda hansı idarələr və qurumlar fəaliyyət göstərir?

- Daxili İşlər Nazirliyi narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar aparır. Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotiklərlə əlaqədar cinayətlərin qarşısını alır. Səhiyyə Nazirliyi müalicə və reabilitasiya xidmətləri göstərir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ailə və gənclər arasında maarifləndirmə işləri aparır.

- İnsanları qınamaq doğrudurmu?

- Xeyr, qınamaq olmaz. ÜST və BMT bildirir ki, asılılıq bir xəstəlikdir və müalicə tələb edir. Sıxmaq, təhqir etmək problemi daha da dərinləşdirir. İnsanlara başa düşməklə, dəstəklə yanaşmaq lazımdır.

- Gənclərə nə mesaj vermək istəyirsiniz?

- Həyatınız çox dəyərlidir, onu zərərli vərdişlərlə riskə atmayın. Çətinlik olsa, kömək istəməkdən çəkinməyin. Siz tək deyilsiniz və çıxış yolu var.

Mina Mikayılova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 25 İyul 2025 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see245

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see234

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see185

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see178

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see158

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see157

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see153

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see152

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see151

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see146

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see143

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see142

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri