Icma.az
close
up
RU
Zəfərin işığında yenidən doğulan torpaq

Zəfərin işığında yenidən doğulan torpaq

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunmasından sonra Qubadlı rayonu da öz doğma sahiblərinə qovuşdu. 2020-ci ildə əldə olunan tarixi Qələbə sayəsində illərlə didərgin düşmüş qubadlılılar doğma torpaqlarına qayıtmaq imkanı qazandılar. Bu gün Qubadlıda geniş bərpa və quruculuq işləri aparılır, şəhərin və kəndlərin yeni siması formalaşır. Dövlətimizin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Qubadlı yenidən dirçəlir, iqtisadi, sosial və mədəni həyatına qovuşur. Qubadlının işğaldan azad edilməsi Azərbaycan xalqının müasir tarixində mühüm hadisə kimi yadda qaldı. 2020-ci il oktyabrın 25-də Azərbaycan Ordusu Qubadlı şəhərini və ətraf kəndləri düşmən işğalından azad etdi. Bu qələbə xalqımızın birliyi, ordumuzun qəhrəmanlığı və Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi sayəsində mümkün oldu. Qubadlının azadlığı həm də 30 illik ədalətsizliyin sona çatmasının rəmzinə çevrildi. Qubadlının azad edilməsi Vətən müharibəsində strateji əhəmiyyət daşıyan dönüş nöqtələrindən biri idi. Coğrafi mövqeyi və Zəngilan–Laçın istiqamətində yerləşməsi baxımından Qubadlının azadlığı ordumuzun növbəti əməliyyatlarının uğurlu həyata keçirilməsinə şərait yaratdı. Bu hadisə həm də xalqımızın mənəvi ruhunu daha da yüksəltdi və Böyük Qələbənin təməl daşlarından biri oldu. Qubadlı rayonunun ümumi torpaq sahəsi 79.812 hektardır. Rayonun ərazisi əsasən dağlıq və dağətəyi relyeflə xarakterizə olunur. Zəngin təbii ehtiyatlara, məhsuldar torpaqlara və su mənbələrinə malik olan bu torpaqlar kənd təsərrüfatının, xüsusilə heyvandarlıq və bağçılıq sahələrinin inkişafı üçün əlverişlidir. Bərpa olunan infrastruktur və yeni iqtisadi layihələr Qubadlının gələcək inkişafı üçün geniş imkanlar açır. Ermənistanın işğalı dövründə Qubadlı rayonuna böyük maddi və mənəvi zərər vurulmuşdur. Şəhər tamamilə dağıdılmış, yaşayış evləri, məktəblər, xəstəxanalar və mədəniyyət ocaqları yerlə-yeksan edilmişdi. Tarixi abidələr talan edilmiş, təbiətə ciddi zərər yetirilmişdi. Lakin bu dağıntılar xalqımızın iradəsini sarsıda bilmədi. Azadlıqdan sonra dövlət tərəfindən aparılan yenidənqurma işləri Qubadlının əvvəlki gözəlliyini bərpa etməkdədir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 26 noyabr tarixli Fərmanı ilə “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Bu medal Qubadlı uğrunda gedən döyüşlərdə igidlik və şücaət göstərmiş hərbi qulluqçuların əməyinin yüksək qiymətləndirilməsinin təzahürüdür. Sənəd həm də dövlətin öz qəhrəman övladlarına verdiyi dəyərin bariz nümunəsidir. Azad edilmiş Qubadlı rayonunda bərpa işləri sürətlə davam edir. Xüsusilə Mahruzlu və Zilanlı kəndlərində geniş tikinti və abadlıq layihələri həyata keçirilir. Yeni infrastruktur, müasir yaşayış evləri, məktəblər və sosial obyektlər inşa olunur. Bu kəndlər “Ağıllı kənd” konsepsiyası əsasında yenidən qurularaq müasir kənd təsərrüfatı və yaşayış modeli kimi formalaşır.

Prezident İlham Əliyev işğaldan azad edilmiş Qubadlıya bir neçə dəfə səfər etmişdir. 2021-ci il oktyabrın 25-də keçirilən səfər xüsusi əhəmiyyət daşıyırdı. Həmin gün:

Xanlıq–Qubadlı yolunun təməlqoyma mərasimi keçirilmiş, regionun nəqliyyat infrastrukturunun bərpası istiqamətində mühüm addım atılmışdır;

“Qubadlı” yarımstansiyasının açılış mərasimi baş tutmuş, rayonun elektrik təminatında yeni mərhələ başlamışdır;

Qubadlı rayonunda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksi istifadəyə verilmişdir;

Prezident İlham Əliyev Qubadlı ictimaiyyətinin nümayəndələri ilə görüş keçirmiş, rayonda aparılan bərpa işlərinin gedişi ilə tanış olmuşdur.

Bu səfərlər Qubadlının gələcək inkişaf strategiyasının formalaşdırılmasında mühüm rol oynamış və rayonun tam dirçəlişinin əsasını qoymuşdur.

25 oktyabr – Qubadlı şəhəri günü Azərbaycan xalqının qürur və zəfər günüdür. Bu tarix həm qəhrəmanlıq salnaməsinin bir səhifəsi, həm də yeni həyatın başlanğıcı kimi əhəmiyyət kəsb edir. Qubadlının azadlığı və yenidən qurulması dövlətimizin gücünü, xalqımızın birliyini və gələcəyə inamını əks etdirir.

Kənan Quliyev

YAP Laçın rayon təşkilatının məsləhətçisi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 24 Oktyabr 2025 20:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see302

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see301

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see291

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see260

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see255

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see248

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see243

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see238

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see236

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see226

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see214

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see213

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see212

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see211

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see209

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see207

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see199

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see199

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see191

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri