Icma.az
close
up
RU
Ucuz ət alarkən diqqətli olun

Ucuz ət alarkən diqqətli olun

Metbuat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son vaxtlar regionlarda yayılan dabaq xəstəliyinə görə ətin qiymətində müəyyən qədər artım müşahidə olunur. Lakin bəzi yerlərdə daha ucuz ət satıldığı barədə iddialar var. Məlumata görə, bu ətlər xaricdən gətirilir. Bəs həmin ətlər sağlamlıq üçün təhlükəli sayıla bilər?

Qida eksperti İlkin Şirinov Metbuat.az-a açıqlamasında bildirib ki, idxal olunan ətlərlə bağlı əsas məsələ bu ətlərin keyfiyyəti və nəzarət mexanizmlərinin düzgün həyata keçirilməsidir:

"Xaricdən gətirilən ətlərin mənşə ölkəsində, yəni ətin gəldiyi ölkədə heyvan sağlamlığına dair rəsmi sertifikatların mövcud olması vacib şərtdir. Bununla yanaşı, kəsim, emal, qablaşdırma proseslərinə və onların rəsmi qeydiyyatına da ciddi nəzarət olunmalıdır. Hər idxal partiyasının özünə məxsus sənədləri və sanitar-baytarlıq nəzarəti haqqında sertifikatları olmalıdır. İdxal edilən ətlərin əksəriyyəti buzlu (dondurulmuş) şəkildə gətirilir. Ona görə də bu ətlərin satışı da eyni şəraitdə - soyuducularda həyata keçirilməlidir. Ət əvvəlcə dondurulub, sonra əridilib və yenidən dondurularaq satışa çıxarılarsa, bu, problemlərinə səbəb ola bilər. Hər idxal partiyası üzrə mənşə, emal tarixi, daşınma şərtləri və sertifikat məlumatları izlənilə bilən şəkildə təqdim olunmalıdır. Bu, həm etiketlənmə, həm də izlənmə mexanizmlərinin düzgün qurulmasını tələb edir ki, müştəri ilə satış nöqtəsi arasında hər hansı boşluq yaranmasın".

Ekspert qeyd edib ki, idxal olunan ətlər üçün gömrük bəyannamələri, baytarlıq şəhadətnamələri, keyfiyyət və qida təhlükəsizliyi sertifikatları hər partiya üzrə ayrıca təqdim edilməlidir:

"Bütün sənədlər Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən tam məsuliyyətlə yoxlanıldıqdan sonra verilməlidir. Bu, həm istehlakçının hüquqlarının qorunması, həm də satış nöqtələrinin məsuliyyət daşıması baxımından vacibdir. Çünki müştəri üçün əsas məsələ məhsulun sertifikatının hansı qurum tərəfindən verildiyi deyil, aldığı ətin keyfiyyəti, qoxusu, rəngi və s-dir. Hər hansısa problem olanda artıq müştəri marketi tanıyır və ora şikayət edir. Əsas məsələ məhsulun satışını uyğun şərtlərlə həyata keçirməkdir".

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:136
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 24 Oktyabr 2025 20:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see674

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see367

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see223

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see202

Milla adını dəyişir

01 Oktyabr 2026 16:08see189

Fələstinli qız Türkiyədə müalicə olunacaq

01 Oktyabr 2026 16:08see184

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see180

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see179

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see176

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see175

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see175

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see173

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see170

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see170

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see169

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see169

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see166

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see163

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see162

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri