Icma.az
close
up
RU
Bir dəfəlik, yoxsa birdəfəlik sülh?

Bir dəfəlik, yoxsa birdəfəlik sülh?

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Azərbaycanın özündə və xaricdə bəzi şəxslər və dairələr var, Ermənistanla sülh müqaviləsinin imzalanmamasına görə rəsmi Bakını günahlandırırlar. Hətta Qərbin rəsmi nümayədələri ilə əlaqədə olan bir müxalifət təmsilçisi öz statusunda da belə yazmışdı: "İlham Əliyev sülh müqaviləsini qəsdən gecikdirir".

Bəlkə də bu fikrə (buna "fikir" demək olarsa), diqqət verməmək də olardı, əgər hakimiyyətin opponenti Ermənistan Konstitusiyasına dəyişikliklər məsələsini "arqument" kimi göstərməsəydi. Həmin şəxs yazırdı ki, sülhün əsas şərti kimi Azərbaycan "Ermənistandan öz Konstitusiyasını dəyişməyi tələb edir, Ermənistan isə buna razı olmayacaq".

Əvvəla, dəfələrlə yazmışam və bir vacib nüansı bəzi siyasət və media təmsilçilərinin diqqətinə çatdırmışam: Azərbaycan Ermənistandan öz Konstitusiyasını dəyişməyi tələb etmir, öz Konstitusiyasında dəyişikliklər etməyi tələb edir.

Bunlar fərqli şeylərdir. Həm də prinsipial fərqdir. Ermənistan istəyirsə, yeni Konstitusiyasını 2027-ci ildə yox, lap 2037-ci ildə qəbul etsin. Bu, Azərbaycanı maraqlandırmır. Bizi maraqlandıran məsələ Konstitusiyanın Preambula hissəsində və bəzi maddələrdə dəyişikliklər edilməsidir.

İkincisi, Ermənistanın baş naziri Nikol Paşinyan da ölkəsinin İctimai Televiziyasına müsahibəsində "Konstitusiyaya dəyişikliklər" ifadəsini işlədib və məsələni bu kontekstdə gündəmə gətirib. O deyib ki, Konstitusiyada qonşu dövlətlərə qarşı ərazi iddiaları "ətrafdakıları Ermənistana qarşı düşmənə çevirir".

Əslində bu, yəni Ermənistanın öz Əsas Qanununda ərazi iddialarını təsbit etməsi, ən birinci elə Ermənistanın özünün ətrafdakı ölkələrə qarşı düşmənçiliyi deməkdir.

Təbii ki, Azərbaycan, eləcə də, Türkiyə belə münasibətə adekvat qarşılıq verir. Eynilə bu yaxınlarda Gürcüstan prezidenti Salome Zurabişvili Ermənistanın Loru bölgəsinin Gürcüstana məxsus olduğunu deyəndə, Ermənistan bundan çox narahat oldu və sərt reaksiya verdi. Hələ Zurabişvilinin sözləri şifahi iddia idi, Gürcüstanın Konstitusiyasına da əsaslanmırdı. Üstəlik Zurabişvili ölkəsində real hakimiyyət səlahiyyətləri olmayan, son seçkilərdən sonra isə faktik olaraq müxalifət liderinə çevrilmiş nominal bir siyasi fiqurdur (mən onu "Gürcüstan müxalifətinin prezidenti" adlandırmışam).

Bir sözlə, Ermınistan özü Gürcüstan tərəfdən səslənın şifahi iddiadan bu qədər narahatlıq keçirirsə, Azərbaycan, eləcə də, Türkiyə Ermənistan Konstitusiyasında yazılmış ərazi iddialarından narahat olmasınmı?! Bu iddiaların ləğvini tələb etməsinmi?! Əlbəttə, etməlidir və edir də.

Üçüncüsü, Nikol Paşinyan özü həmin müsahibəsində deyir ki, Konstitusiyadakı məlum müddəalar "Ermənistan dövlətçiliyinin itirilməsi ilə nəticələnə bilər". Ona görə də: "Mən xalqla açıq danışmalıyam və səbəb-nəticə əlaqəsini izah etməliyəm" deyə əlavə edir.

"Xalqla danışmalıyam" sözü, ictimai rəyi Konstitusiya dəyişiklikləri referendumuna hazırlamaq kimi yozula bilər. Həm də "Dağlıq Qarabağ" ifadəsinin, ümumiyyətlə, bu fantom "siyasi" leksikanın Konstitusiyada qalması Ermənistan dövlətinə də, konkret Nikol Paşinyan hökumətinə də sərf etmir. Hətta opponentlərinin "Dağlıq Qarabağ problemi"ni gündəlikdə saxlamaq cəhdinə, Nikol Paşinyan belə bir haqlı, ritorik sualla qarşılıq vermişdi: "Hanı Dağlıq Qarabağ?!"

Ancaq Azərbaycanın bu məsələyə dair mövqeyini daxildən və xaricdən tənqid edənlərin dairəsinə və iddialarına baxanda, belə görünür ki, onlar Nikol Paşinyandan da daha çox erməni olmaq istəyirlər.

Bəli, Nikol Paşinyanın son açıqlamalarından belə qənaətə gəlmək olar ki, o, ehtiyatla və dolayısı ilə də olsa, Azərbaycanın öz tələblərində haqlı olduğunu qəbul edir. Sülhə əngəllərin Azərbaycandan deyil, Ermənistanın öz Konstitusiyasından, öz rəsmi və ictimai mövqeyindən qaynaqlandığının fərqindədir. Üstəlik, təkrar edirəm, bu əngəllərin Ermənistan dövlətçiliyini təhdid etdiyini də açıq deyir.

Ancaq hətta Paşinyanla, yaxud Paşinyansız, fərqi yoxdur, Ermənistan tərəfi bu gerçəkləri qəbul etməsə belə, Azərbaycan öz tələblərindən əl çəkməyəcəkdi. Bu, sülh müqaviləsini gecikdirəcəkdimi?! Bəli, ola bilər. Elə indi də gecikdirir. Ancaq kim deyib ki, Azərbaycan Ermənistanla bu gün, ya sabah mütləq sülh müqaviləsi bağlamalıdır?!

Doğrudur, Qərbdən bunu deyirlər. ABŞ prezidenti Co Baydenin Prezident İlham Əliyevə məktubu var, bu, məlumdur. Ancaq sülhün necə və nə zaman əldə edilməsi Azərbaycandan asılı məsələ deyil. Sülhə əngəllər, Paşinyanın da ehtiyatla etiraf etdiyi kimi, Ermənistandan qaynaqlanır.

Azərbaycan üçün sülh müqaviləsinin nə zaman imzalanacağı da, təbii ki, önəmlidir; nə qədər tez olsa bir o qədər yaxşıdır. Amma bundan daha önəmlisi, hətta ən başlıcası, necə bir müqavilənin imzalanacağıdır.

Bir sözlə, sənədin qısa müddətdə imzalanmasından daha çox, onun imzalandıqdan sonra uzun müddət və ya həmişə qüvvədə qala bilməsi vacibdir. Bu hökumət imzaladı, getdisə, gələn başqa hökumət Konstitusiyaya və qanunlara istinad edərək, bu müqaviləni qüvvədən sala bilməsin deyə Azərbaycan mövqeyində israr edir. Bunu dərk etməyən, əksinə: "İlham Əliyev qəsdən sülhü gecikdirir" düşüncəsində olan adamların siyasətdə olması özü təəccüblüdür.

Əvvəllər də Azərbaycanın bu məsələdəki mövqeyini təhlil edərkən, yazmışdım: "Bizə bir dəfəlik sülh lazım deyil, birdəfəlik sülh lazımdır". Həm də tək Azərbaycana deyil, elə Ermənistana da, bütün bölgəyə də lazımdır. Azərbaycanın da çabaları bu məqsədə fokuslanıb. Bunu başqa tərəfə yozmaq, ən yaxşı halda məlumatsızlığın, pis halda qərəzin əlamətidir. Ən pisi isə bu cür məsələlərdə Azərbaycan dövlətinə düşməndən daha çox düşməncəsinə yanaşmaqdır...

Bahəddin Həzi, bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 23 Noyabr 2024 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see394

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see390

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see371

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see257

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see249

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see234

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see223

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see209

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see209

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see203

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see203

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see192

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see188

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see187

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see187

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see180

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see178

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see176

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see171

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri