Icma.az
close
up
RU
Çətin anda uzanan yardım əli...

Çətin anda uzanan yardım əli...

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Humanitar yardım: Rəqəmlərdən daha böyük hekayə

Bəzən bir stəkan su, bir tikə çörək, xoş bir söz insan üçün böyük ümidə çevrilir. Çətin günlərdə insanın ən çox ehtiyac duyduğu şey yalnız maddi yardım deyil. O, tək olmadığını hiss etmək istəyir. Müharibələr, təbii fəlakətlər, aclıq və yoxsulluq milyonlarla insanın həyatına təsir edir. Belə vaxtlarda humanitar yardım könüllüləri və yardım təşkilatları ən çətin bölgələrə üz tuturlar. Onlar ərzaq və su çatdırır, tibbi dəstək göstərir, evlərini itirən insanlara yardım edirlər.

Amma humanitar yardımın mənası yalnız rəqəmlərlə ölçülmür. Hər yardımın arxasında bir insan taleyi dayanır. Bir uşağın təbəssümü, bir ailənin yenidən ümidlənməsi, bir insanın həyata bağlanması bu işin ən böyük nəticəsidir.

Avqustun 19-u Ümumdünya Humanitar Yardım Günü kimi qeyd olunur. Bu günün keçirilməsində məqsəd yardıma ehtiyacı olanların əlindən tutan, bu yolda hətta canlarını fəda etməyə hazır olan humanitar işçilərin anılmasıdır. Hər il bu tarixdə fərqli mövzularda çağırışlar başladılır və gün xüsusi olaraq qeyd edilir.

Ümumdünya Humanitar Yardım Günü ilk dəfə 19 avqust 2009-cu ildə qeyd edilib. Qeyd olunmasının əsas qəhrəmanı isə BMT-nin humanitar qurumunun əməkdaşı, braziliyalı Serjiu Vieyra di Mellu idi. Braziliya vətəndaşı olan Serjiu Vieyra di Mellu Birləşmiş Millətlər Təşkilatında ömrünün 30 ildən çox hissəsini silahlı qarşıdurmanın səssiz qurbanlarını ortaya çıxarmaq, onların iztirablarını azaltmaq və diqqətlərini özlərinə cəlb etmək kimi çətin humanitar vəziyyətlərə xidmət edilməsinə həsr etmişdi. 19 avqust 2003-cü ildə Bağdadda 21 həmkarı ilə birlikdə ölümü dünya miqyasında silahlı qarşıdurma qurbanlarını düşüncə tərzi, fəlsəfəsi, dinamizmi və cəsarəti ilə hamıya ilham verən və gələcək nəsillərin təqlid etməsi üçün sonsuz bir miras olaraq qalmış görkəmli bir humanitar liderdən məhrum etdi.

Bu hadisədən 4 il sonra - 2006-cı ildə Vieyra di Mellu ailəsi dostları ilə birlikdə Serjiu adına fond yaratdı. “Sergio Vieira de Mello Foundation” adlandırılan fond bütün hökumətlər, Birləşmiş Millətlər Təşkilatı, beynəlxalq təşkilatlar və qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq edərək hər il Dünya Humanitar Yardım Gününü anlamlı şəkildə qeyd etməyi qarşısına məqsəd qoyub.

Humanitar Yardım Günü hər il fərqli mövzular ətrafında müzakirələr aparılır, layihələr hazırlanır. Məsələn, 2010-cu ildə “Biz Humanitar İşçilərik”, 2011-ci il “İnsanlara kömək edən insanlar”, 2012-ci il “Mən buradaydım”, 2013-cü ildə, hadisənin 10 illiyində BMT və tərəfdaşları “Dünyanın daha çox ehtiyacı var ...” adlı layihə başladılmışdı.

Ümumdünya Humanitar Yardım İşçiləri hazırda çox çətin şəraitdə işləyirlər. 2017-ci ildə aparılan statistikaya görə, son 20 il ərzində 4132 yardım işçisi terror qurbanı olub. Təkcə 2016-cı ildə 91 nəfər öldürülüb, 88 nəfər yaralanıb. Belə hadisələr daha çox Suriya, Əfqanıstan, Cənubi Sudan, Konqo və Somali kimi ölkələrdə baş verir.

Yardım işçilərinə qarşı törədilən hər bir cinayət, vəhşilik acınacaqlı və dözülməzdir. Bu kimi cinayət aktlarını normallaşdırmaq olmaz. Yardım işçilərinin hüquqlarının qorunmaması ən sonda yardıma ehtiyacı olan insanlara qarşı da ədalətsizlik deməkdir.

1988-ci il Spitak zəlzələsini xatırladaq. Ermənistanın şimalında 7 bal gücündə dağıdıcı zəlzələ baş vermişdi. Episentri Spitak şəhəri olan zəlzələ zamanı 25 mindən artıq adam həlak olmuş, 170 min nəfər isə xəsarət almışdı. Zəlzələdən sonra ilk olaraq Ermənistana Azərbaycan yardım əlini uzatmışdı. Onda azərbaycanlı briqada yüzlərlə yaralı ermənini dağıntılar altından xilas etdi. Dekabrın 11-də isə Azərbaycandan Spitaka yardım məqsədi ilə 78 nəfər könüllüdən ibarət ikinci qrup yığıldı. Lakin könüllüləri Spitaka aparan “İL-76” təyyarəsi Ermənistan ərazisində vurulmuşdu...

Azərbaycan həmişə humanitar yardımlara qoşulan ölkələr sırasındadır. Hələ XX əsrin əvvəllərində, Pakistan ərazisi o vaxtlar Britaniya müstəmləkəsi olduğu dövrdə bölgədə yayılmış pandemiyada insanlar ağır xəstəlikdən kütləvi şəkildə həyatlarını itirirdilər. Belə çətin zamanda Hacı Zeynalabdin Tağıyev şəxsi vəsaiti hesabına 300 min ampula peyvənd alaraq indiki Pakistan ərazisinə göndərib və pandemiyanın qarşısını almaqda mühüm rol oynayıb.

Yaxın keçmişə nəzər saldıqca bu xronologiya daha da böyüyür: Azərbaycan COVID-19 pandemiyası ilə mübarizəyə dəstək məqsədilə Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları yardım göstərib. Vaksinlərin bərabər və ədalətli şəkildə əlçatan olmasını müdafiə edən ilk ölkələrdən biri olan Azərbaycan bu mövzuda nəcib təşəbbüslər irəli sürüb.

2023-cü il fevralın 6-da qardaş Türkiyədə baş vermiş dağıdıcı zəlzələ Azərbaycan xalqı tərəfindən dərin kədərlə qarşılandı. Hadisədən dərhal sonra Azərbaycan hökuməti və xalqı qardaş ölkəyə yardım etmək üçün həmrəylik nümayiş etdirdi. Prezident İlham Əliyevin xüsusi göstərişi ilə bölgəyə xilasetmə dəstələri, tibbi personallar, 5 min tondan çox humanitar yardım göndərildi.

Azərbaycan qlobal miqyasda humanizm və həmrəyliyin bariz nümunəsini göstərməkdə davam edir. Ölkəmiz yardım əlini yalnız regiona deyil, həmçinin Afrika və Latın Amerikası ölkələrinə də uzadıb. Ən çətin anlarda ehtiyac içində olanların yanında dayanmaq prinsipini əsas tutan Azərbaycan, hətta 2014-cü ildə güclü leysan yağışlarının zərər vurduğu Serbiya, Bosniya və Herseqovinaya humanitar yardımlar göndərmişdi. Ukraynada isə müharibənin təsirlərini azaltmaq məqsədilə göstərilən yardımlar diqqət mərkəzindədir. Son bir ildə bu ölkəyə edilən humanitar, bərpa və yenidənqurma yardımlarının ümumi məbləği 70 milyon manata (40 milyon ABŞ dollarından artıq) çatıb. 2024-cü ildə Azərbaycanın yardımları daha geniş coğrafiyanı əhatə edib. Çili, Kolumbiya, Kuba, Qrenada, Sent Vinsent və Qrenadin, Antiqua və Barbuda, Vyetnam, Yəmən, İordaniya, Əlcəzair, Argentina, Braziliya, Albaniya, Zimbabve, Tacikistan, Qambiya və Uqanda bu dəstəyin faydasını görən ölkələr arasında olub.

Azərbaycan, həmçinin beynəlxalq əməkdaşlığa töhfələrini davam etdirir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Fövqəladə Hallara qarşı Mərkəzi Cavab Fondu, İnsan Hüquqları üzrə Ali Komissarlıq, Beynəlxalq Qızıl Xaç Komitəsi, ICESCO və İƏT kimi qurumlara maliyyə dəstəyi ayrılıb. COP29-a sədrliyi çərçivəsində isə İEOÖ və SIDS ölkələrinə diqqət artırılıb. Antiqua və Barbudada keçirilən SIDS üzrə Beynəlxalq Konfrans və Malavidə iqlim dəyişmələri mövzusunda strateji iclaslar üçün də maliyyə dəstəyi təmin edilib.

Yeganə BAYRAMOVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:274
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 19 Avqust 2026 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see254

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see246

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see224

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see222

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see219

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see218

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see213

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see213

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see212

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see208

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see200

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see185

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see182

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see177

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see174

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see169

Bakı Tbilisi qatarlarında yenilik 1 noyabrdan

02 Oktyabr 2026 16:12see167

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see159

Çox çəki atan kouçdan bədən şəkilləndirmə etirafı VİDEO

02 Oktyabr 2026 19:56see158

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri