Icma.az
close
up
RU
Həyatın görünməz tərəzisi Məryəm Bağırova yazır

Həyatın görünməz tərəzisi Məryəm Bağırova yazır

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Məryəm Bağırova

“Pul önəmsizdir” sözü, əslində ən adi qəlibləşmiş fikirlərdən biridir. Çünki pul yalnızca cibimizdəki bir rəqəm deyil, həyatımızın görünməz tərəzisidir. Pul insanın seçimlərini, azadlığını, hətta özünə verdiyi dəyəri belə müəyyən edə bilər. Russonun azadlıq anlayışı insanın öz iradəsinə bağlı olması ilə əlaqəlidir, lakin bu iradənin arxasında çox vaxt maddi təminat vardır. İstəmədiyin işdə qalmamaq, istəmədiyin münasibətdən çıxa bilmək, xəstələndiyində müalicə xərclərini düşünməmək, bir gün sərbəst şəkildə çantanı götürüb başqa bir şəhərə gedə bilmək... Bunların hamısı müəyyən ölçüdə maddi müstəqilliklə mümkündür. Pulun ən böyük gücü nümayiş deyil, “xeyr” deyə bilmək haqqıdır. Maddi müstəqilliyi olmayan insan isə çox vaxt istəmədiyi şeylərə “bəli” demək məcburiyyətində qalır.

Albert Eynşteynin xoşbəxtliyin kiçik şeylərdə gizli olduğuna dair fikri tez-tez xatırlanır. Doğrudur, pul xoşbəxtliyin özü deyil. Amma xoşbəxtliyə gedən yolda bir çox qapının açarı ola bilər. Aclıq çəkən biri üçün yemək, kirayəsini ödəyə bilməyən biri üçün təhlükəsizlik, təhsil almaq istəyən bir gənc üçün gələcək deməkdir. Pulun yoxluğu isə insanı bu imkanlardan məhrum edə bilər. Oskar Vildenin məşhur sözü ilə, insanlar hər şeyin qiymətini bilir, amma heç nəyin dəyərini bilmirlər. Pul insanın dəyərini ölçmür, lakin həyatındakı seçimlərin sahəsini müəyyən edə bilər.

Benjamin Franklinin “Vaxt puldur” sözü çox məşhurdur. Lakin bəlkə də bunun əksi daha doğrudur: Pul itirildikdə yenidən qazanıla bilər, amma zaman geri qaytarıla bilməz. Buna görə də pulun həqiqi dəyərini anlamaq, əslində zamanın dəyərini anlamaqdan keçir. İnsan saatlarını onu xoşbəxt etməyən işlərdə keçirdikdə, çox vaxt ən böyük sərvətini, yəni həyatını itirir. Daha doğrusu, həyatının bir hissəsini itirmək məcburiyyətində qalır. Mark Tvenə aid edilən bir sözdə olduğu kimi, pul insanın xarakterini dəyişdirməkdən çox onu üzə çıxarır. Həqiqətən də bir insanın əlinə imkan keçdikdə necə davrandığı, onun kim olduğunu daha aydın göstərir. Biri paylaşır, biri gizlədir, biri böyüyür, biri kiçilir. Maaş insanın əməyinin bazar dəyərini göstərə bilər, lakin şəxsiyyətinin dəyərini göstərmir. Bir insan işsiz ola bilər və yenə də istedadlıdır. Az qazana bilər və yenə də dəyərlidir. Çox qazana bilər, amma daxilən yoxsul ola bilər.

Henry David Toronun düşüncəsinə görə, zənginlik sahib olduqlarımızdan çox, imtina etmək məcburiyyətində olmadıqlarımızla bağlıdır. Sağlamlıq, zaman, azadlıq, vicdan rahatlığı... Pul bunların heç birini tamamilə satın ala bilməz. Lakin onları qoruya bilmək üçün lazım olan imkanları təmin edə bilər. Onu müqəddəsləşdirmək də, şeytanlaşdırmaq da yanlışdır. Pul bir vasitədir, onu hansı məqsədlə istifadə etdiyimiz isə kim olduğumuzu göstərir. Nəhayət, pul həyatımızı ağıl, dürüstlük və tarazlıq çərçivəsində gözəlləşdirmək, həyatımızı asanlaşdırmaq üçün vardır. Amma indi bir anlıq dayanıb bu cümləni başqa bir tərəfdən düşünək: “Pul önəmli deyil”. Bu cümləni demək asandır. Amma xəstəxana dəhlizində, qucağında xəstə uşağı ilə gözləyən bir anaya deyin bunu. Körpəsinin əməliyyat olunması lazımdır, lakin cibində əməliyyat xərclərini qarşılayacaq qədər pul yoxdur. Gecələr uşağının nəfəsini dinləyib səhəri necə açacağını düşünən bir ataya deyin. Universitetə getmək, oxumaq, özünə bir gələcək qurmaq istəyən, lakin ailəsinin maddi gücü çatmadığı üçün xəyallarını yarıda qoymaq məcburiyyətində qalan bir gəncə deyin. Evdə uşaqları ac yatan bir anaya deyin: “Pul önəmli deyil”. Xeyr. Bəzən pul sadəcə pul deyil. Bəzən pul bir uşağın əməliyyatıdır. Bəzən bir ananın göz yaşlarının dayanmasıdır. Bəzən bir gəncin əlinə aldığı universitet kitabıdır. Bəzən bir ailənin axşam süfrəsindəki çörəkdir. Bəzən soyuq bir gecədə yanan radiatorun istiliyidir. Bəzən həyatda qalmaqdır. Bəzən gələcəkdir. İnsanlar pulun xoşbəxtlik satın ala bilməyəcəyini deyirlər. Bəli, pul sevgi satın ala bilməz. Bir insanın itkisini geri qaytara bilməz. Həqiqi dostluq satın alına bilməz. Bir ananın sevgisini, bir uşağın məsumluğunu, rahatlığı və ya keçmişdə itirilmiş illəri satın ala bilməz. Amma onsuz da pulun geri qaytara bilməyəcəyi şeylərə görə pulu günahlandırmaq da mənasızdır.

İtirdiyimiz bir insanı, keçmişdə keçən illəri, qırılmış bir qəlbi heç bir pul geri qaytara bilməz. Bizim əlimizdə olan isə bu həyatı mümkün qədər gözəl yaşaya bilməkdir. Buna görə də pul həyatın özü deyil, həyatı necə yaşayacağımızla bağlı bizə güc verən vasitələrdən biridir. Pulsuzluğun gətirdiyi çarəsizliyi romantikləşdirməyək. Çünki ac uşağa “Zənginlik önəmli deyil” deyə bilməzsiniz. Müalicəyə ehtiyacı olan xəstəyə “Pul hər şey deyil” deyə bilməzsiniz. Təhsil almaq istəyən, lakin xərclərini qarşılaya bilməyən bir gəncə “Xəyalların kifayətdir” demək nə qədər amansız bir cümlədir. Çünki bəzi insanların xəyallarının qarşısındakı maneə istedadsızlıq deyil. Puldur. Və bu həqiqəti qəbul etmək pula sitayiş etmək deyil. Pulun insan həyatındakı gücünü qəbul etməkdir. Bir insanın cibindəki pul bəzən ona dəbdəbəli həyat deyil, yalnız insanca yaşamaq haqqı verir. Buna görə də “pul önəmli deyil” deməzdən əvvəl bir az dayanıb düşünmək lazımdır. Bəlkə sənin üçün pul yalnız bir rəqəmdir. Amma başqa birinin həyatında o rəqəm bir uşağın ürək döyüntüsü ola bilər. Bəlkə sənin üçün yüz manat adi bir xərcləmədir. Amma başqa bir insan üçün o pul evinə aparacağı bir neçə günlük çörəkdir. Bəlkə sənin üçün universitet ödənişi sadə bir xərcdir. Amma başqa bir gənc üçün o pul illərdir qurduğu həyatın qapısını açan açardır. İnsanların pula niyə bu qədər önəm verdiyini anlamaq üçün zənginlərin həyatına baxmaq lazım deyil, yoxsulların səssizliyinə baxmaq kifayətdir. Çünki pul bəzən insanın sahib olmaq istədiyi şey deyil, itirmək istəmədiyidir: uşağını, sağlamlığını, təhsilini, evini, şərəfini və gələcəyini.

Pul həyatın özü deyil. Amma bir insanın həyatını davam etdirə bilməsi üçün lazım olan şeydir. Çünki sonda məsələ nə qədər pula sahib olduğumuz deyil, sahib olduğumuz imkanlarla necə bir həyat qurduğumuzdur. Və o həyatı mümkün qədər gözəl yaşamaq, sevdiklərimizi qorumaq, xəyallarımızın arxasınca getmək, heç kimə möhtac olmadan öz qərarlarımızı verə bilmək və gələcəyə bir az daha az qorxu ilə baxa bilmək üçün pula ehtiyac duya bilərik. İnsanın ən böyük faciəsi pulsuz qalmaq deyil, bütün həyatını pulun hesabını apararaq keçirib sonda öz həyatının dəyərini unutmasıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:741
embedMənbə:https://525.az
archiveBu xəbər 18 Avqust 2026 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see379

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see281

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see266

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see255

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see251

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see246

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see242

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see241

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see235

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see226

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see215

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see204

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see201

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see201

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see199

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see199

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see199

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see191

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see189

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri