Icma.az
close
up
RU
Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? Həkim AÇIQLADI

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? Həkim AÇIQLADI

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son texnologiyanın geniş tətbiqi fonunda tibbi xidmətlərin də rəqəmsallaşmasına istifadəyə maraq artır.
Bunlardan biri də evdən çıxmadan çekap müayinəsidir. İllər öncə çekap üçün xəstəxanalarda saatlarını keçirən pasiyent indi oturduğu yerdəcə bu xidmətdən yararlana bilir. 
Prosedur vətəndaşın həyat tərzi, qidalanması, zərərli vərdişləri və mövcud xəstəlikləri barədə məlumatların rəqəmsal tibbi anket vasitəsilə toplanması ilə həyata keçirilir. Lakin belə yoxlamanın ənənəvi həkim müayinəsini nə dərəcədə əvəz edə biləcəyi çoxlarına etibarlı görünmür. Dünyanın bir çox ölkəsində olduğu kimi Azərbaycanda da özəl klinikaların əksəriyyəti evdə çekap müayinəsi aparır. 
Məsələni həkim-terapevt Adil Nəbiyev Bizim.Media-ya belə açıqladı ki, evdə çekap əvvəlki xəstəliklər və şikayətlərlə bağlı risklərin ilkin qiymətləndirilməsi üçün yetərli ola bilər. 
Xəstələr dəqiq məlumat verməyə utanırlar
“Amma təkcə anket əsasında hazırki arterial təzyiq, ürək ritmi və s. kimi durumlar, şəkər, xolesterin, böyrəklərin funksiyası, eləcə də digər laborator göstəricilər müəyyən edilə bilməz.
Bəzən heç insanın özünün də bilmədiyi, əlamətləri gizli gedən xəstəlikləri ola bilər. Üstəlik xəstənin özü də sağlığı haqqında məlumatları dəqiq təqdim etmir, barmaqarası yanaşır, ya utanır.

Ona görə də evdə tam əhatəli çekap etibarlı sayıla bilməz. Dəqiq, müfəssəl tibbi məlumatlar almaq istəyən, sağlamlıq durumuna həssas olanlar mütləq həkim qəbulunda və müxtəlif aparatlarla fiziki müayinə olunmalıdır”. 


Həkim əlavə etdi ki, evdə çekapı ümumi çekapın ilkin mərhələsi kimi qiymətləndirmək daha doğru olardı. Yüksək risk çıxan şəxslər və ya şikayəti olanlar mütləq ənənəvi müayinəyə yönləndirilməlidir. 
Şəfiqə Şəfa, Bizim.Media 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:283
embedMənbə:https://bizim.media
archiveBu xəbər 19 Avqust 2026 20:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see446

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see444

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see332

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see296

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see285

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see279

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see275

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see273

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see229

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see199

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see197

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see185

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri