Icma.az
close
up
RU
Bir dilim zəhər: Tortdan zəhərlənmə nədən qaynaqlanır?

Bir dilim zəhər: Tortdan zəhərlənmə nədən qaynaqlanır?

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gəncə şəhərində 6 nəfər qidadan zəhərlənib.

Bakıvaxtı.az xəbər verir ki, onların tortdan zəhərləndikləri ehtimal olunur.

Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi araşdırmalara başlayıb.

Bildirilib ki, hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı agentliyin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb: "Araşdırmaların nəticələri ilə bağlı məlumat veriləcək".

Bəs tortdan zəhərlənmə hansı hallarda baş verir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən qida eksperti Seymur Qafarov bildirib ki, qənnadı məmulatları həyatımızda xüsusi yer tutur. Bayram tədbirlərində, toy, nişan və doğum günü məclislərində xüsusilə qaymaqlı və kremli tortlar, kekslər süfrələrin ayrılmaz hissəsinə çevrilib:

"Gündəlik olaraq da istehlakçılar belə məhsullardan alıb istifadə edirlər".

Onun sözlərinə görə, belə məhsullar alınarkən istehlakçılar mütləq şəkildə məhsulun istehsal və son istifadə tarixini, qida və enerji dəyərini, tərkibini, həmçinin saxlama üçün nəzərdə tutulmuş temperatur və rütubət göstəricilərini əks etdirən etiket məlumatları ilə tanış olmalıdırlar.

"Bu məsələ 'Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi haqqında' Qanunun 523 nömrəli sənədinin 17.2-ci maddəsinə əsasən tənzimlənir", - deyə ekspert əlavə edib.

Seymur Qafarov, qida eksperti

Ekspert bildirib ki, qaymaqlı və kremli qənnadı məmulatları riskli qida məhsulları kateqoriyasına daxildir. Belə məhsulların daşınması mütləq şəkildə soyuducu temperatur rejimində – 0° ilə +5°C arasında həyata keçirilməlidir.

Müsahibimiz tövsiyə edir ki, alıcılar bu cür məhsulları yalnız evlərinə yaxın marketlərdən alsınlar:

"Çünki soyuducudan çıxan qənnadı məhsulu uzun müddət otaq temperaturunda qalarsa, Salmonella və Staphylococcus aureus kimi zəhərləyici bakteriyalar çoxala bilər. Yumurta, süd, qaymaq və kremlərin köhnə və ya düzgün saxlanılmaması da bakteriyaların inkişafına şərait yaradır. Xüsusilə isti hava şəraitində bu proses daha sürətlə baş verir".

Nuriyyə Musayeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:170
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 11 Aprel 2025 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see281

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see278

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see263

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see254

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see254

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see252

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see246

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see240

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see238

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see229

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see222

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see216

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see214

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see207

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see202

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see202

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see202

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see193

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri