Icma.az
close
up
RU
Bir dövləti kimlər, niyə və necə parçalayır?!

Bir dövləti kimlər, niyə və necə parçalayır?!

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Doğrusu, "mən bilirdim...", "mən demişdim..." deməyi heç istəmirəm. Həm də söhbət müharibədən, qandan, qırğından gedirsə. Amma bu dəfə deyəcəm.

Mən bilirdim və demişdim: Ukraynanı parçalayacaqlar.

Əvvəla, Rusiya ilə Ukraynanı - bir millətin iki dövlətini bir-biri ilə vuruşdurub, Rusiyanı taqətdən salmaq, sonra da Ukraynanı ABŞ, Rusiya və Avropa İttifaqı arasında bölmək planlaşdırılmışdı. Hazrda müharibədə döyüşlər də, sülh danışıqları da -hamısı plan üzrə gedir. Hamı yazdı ki, Tramp Alyaskada Putinə uduzdu. Heç də elə deyil. Rusiya nə qazanacaq? Əlavə bir neçə vilayət?! Bəli, ola bilər. Amma Qərb planının növbəti mərhələləri Rusiyanın özünün parçalanmasına doğru gedəcək. Moskva Ukraynaya hücum etməklə bu planı özü də istəmədən icra etdi.

İkincisi, ABŞ bu müharibə ilə Çini, eləcə də, Yaponiyanı Ukraynadan vurub çıxardı. Eləcə də, Rusiyanın özünü. Kimsə belə düşünür ki, Rusiya Ukraynadan qazancla çıxdı. Heç də elə deyil. Rusiyanın indi işğal etdiyi ərazilər onsuz da faktik olaraq Rusiyanın idi; o ərazilərdə onsuz da çox az ukraynalı var idi. Donbassın, eləcə də, Krımın əhalisinin çoxu ruslar idi. Bu torpaqlar əslində Ukraynanın suverenliyi altında olan rus əraziləri idi. Beləliklə, Rusiya onsuz da bir növ əlində olan əraziləri işğal edib. Nəticədə Çin üçün Ukraynadan Avropanın qəlbinə doğru qısa yol bağlanıb. Əsl məsələ budur. Amerikanı narahat edən əsas məsələ budur.

Üçüncüsü, Çini və RusiyanıAvropadan çıxarmaqdı. ABŞ Avropa İttifaqının Çinlə tərəfdaşlıqda çox irəli getmiş Avropa ölkələrini Rusiya işğalı ilə qorxudaraq istədiyinə nail olmaqdadır. Çini Avropa limanlarından, Avropa bazarından qovmaq hədəflənib. Eyni zamanda ABŞ Avropa ölkələrini Putinlə qorxudaraq, Avropanı Rusiya neftindən və qazından imtina etməyə, Avropa bazarını Rusiyanın üzünə qapamağa və əvəzində boşalan yerləri Amerika qazı, Amerika malları ilə doldurmağa məcbur etdi. Alyaskada Putinin ayaqları altıba qırmızı xalça sərib, alqışla qarşılamaq da Avropanı gözünü və Ukraynanın özünü qorxutmaq, Vaşinqtona güzəşt paketi ilə gətirmək üçün idi. O səbəbdən, Avropa liderıəri və Ukrayna prezidenti Tramp-Putin görüşündən dərhal sonra yığışıb Ağ Evə getdilər.

Kim Donald Trampa dəli deyirsə, onun öz ağlına şübhəm var. Prezident Tramp öz missiyasını hələ ki uğurla yerinə yetirir.

Dördüncüsü, Ukrayna üç güc arasında bölünəndən sonra onun ərazisinin əksər hissəsi ABŞ-Avropa tandeminin nəzarətinə keçəcək. Ukraynanın 603 min kvadrat kilometrlik ərazisinin 20 gaizindən azı - 119 min kvadrat kilometri Rusiyanın nəzarətinə keçsə də, 484 min kvadrat kilometr ABŞ-la Avropa dövlətlərinə çatacaq. Həmin o 484 min kvadrat kilometrlik ərazidə isə Ukraynanın təbii sərvətlərinin böyük əksəriyyəti yerləşir. Üstəlik ABŞ mərhələ-mərhələ sanksiyaları zəiflətmək müqabilində Rusiyanın nəzarətindəki Ukrayna torpaqlarının, eləcə də, Rusiyanın özünün təbii imkanlarına və Rusiya bazarına çıxış əldə edqəcək. Nə vaxtsa, bir gün Trampın Rusiya neftini, qazını alıb Avropaya, hətta həmin Ukraynaya Tramp Co Bayden deyil. Əgər Bayden Amerika siyasətinin prezidenti idisə, Tramp daha çox Amerika ticarətinin prezidentidir.

Beşincisi, mən əvvəl də demişəm, yazmışam: Volodimir Zelenski bir Amerika layihəsi idi; məqsəd Rusiya ilə müharibədə Ukraynanın "lazım olduğu qədər" məğlubiyyətə uğratmaq idi. Zelenski də bilirdi ki, Rusiya Krımıdan sonra Donbassı da işğal və işğal edəcək.

Bir az dərindən təhlil edəndə görürsən ki, Putin əslində Ukraynanın şərqində yaşayan rus əhalisinin Avropa perspektivini işğal edib. Ulrayna bütövlükdə Avropa İttifaqına üzv olsaydı, Krımın və Donbassın rusəsilli əhalisi də Avropa İttifaqının vətəndaşlarına çevriləcəkdilər. Bu, Rusiya ilə sərhədlərdə Avropa dəyərlərini mənimsəmiş, yüksək həyat standartlarını görmüş, Rusiya ilə sıx insani ünsiyyətə girən milyonlarla rusun olması deməkdir. Bu, diktatorun Rusiyası üçün arzuolunmaz impuls mənbəyi ola bilərdi. Putin buna görə o torpaqları işğal etdi. Bu işğal Vaşinqtonun və Brüsselin də işinə yaradı: Ukraynanı Avropa İttifaqına Krımsız, Donbassız - yəni Rusiyanın təsiri altında olan böyük bir etnik rus əhali kütləsi olmadan qəbul etmək Qərbin də planı idi. ABŞ və Avropa Serbiyanı Kosovosuz, yəni kompakt yaşayan müsəlman əhali kütləsi olmadan qəbul etmək istədiyi kimi, Ukraynada da buna bənzər situasiya yaratmağa çalışdı və demək olar, istədiyinə nail olub. Serbiyanı Kosovodan ayırıb Avropa İttifaqına üzv etmək istədilər, buna görə,ABŞ və Avropanın bir sıra dövlətləri Kosovonu müstəqil dövlət kimi tanıdı.

Bəs niyə alınmadı?!

Çünki Serniya Kosovodan imtina etmək istəmədi. Ukrayna isə Donbassdan imtina etməyə hazır görünür. Sadəcə, bunun üçün uzun və mürəkkəb bazarlıq prosesi gedəcək.

Müharibədən sonra Ukraynanın qalan hissəsi sürətlə bərpa olunacaq və inkişaf edəcək. Ukrayna bir gəlişmiş Avropa dövlətinə çevriləcək. Bunu mən Ukraynadakı müharibənin əvvəlindən demişəm və yazmışam. Rusiya-Ukrayna müharibəsinin də, indiki sülh axtarışlarının da pərdəarxası məhz bu cürdür.

Bəli, deyə bilərsiniz ki, Rusiya daha da böyüdü (əslində bu ölkənin əsl adı Rusiya Federasiyası yox, Rusiya İmperiyası kimi qeyd olunmalıdır). Rusiya İmperiyası Ukraynadan yeni torpaqlar qopardı, genişləndi və sair. Ancaq, gəlin, yada salaq: Osmanlı İmperiyası nə zaman süquta doğru getdi?! Ərazisinin ən böyük ölçüyə çatdığı vaxt. Xüsusilə indiki dövrdə isə ölkələrin ərazisi onun inkişafını şərtləndirmir. ABŞ heç bir ölkəni, heç bir ərazini özünə birləşdirmir, ancaq öz vayutası ilə, sərmayəsi ilə, öz texnologiyası öz brendlər ilə və hətta öz kütləvi mədəniyyəti ilə dünyanın əksər hissəsini ələ keçirib. Rusiya isə bunun tam əksi olan yanlış yolla gedir. 34 il əvvəl də, bax, həmin bu yolla Sovet İttifaqı da getmişdi. Haraya qədər?! Əlbəttə, yolun bitdiyi yerə - uçuruma qədər.

Amma, görün, ambisiya necə insanların gözlərini tutub: indiki rus siyasətinin vitrini üzərində "SSSR" yazılmış köynəklə - dağılmış İmperiyanın adı ilə "bəzədilib"...

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 20 Avqust 2025 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see355

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see338

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see298

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see269

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see235

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see212

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see200

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see197

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see193

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see189

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see187

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see178

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see175

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see168

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see168

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see166

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see164

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see163

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see161

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri