Icma.az
close
up
RU
Bir düymə ilə əlavə qurutma maşını dərdindən xilas olun

Bir düymə ilə əlavə qurutma maşını dərdindən xilas olun

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

Bir çox insan paltaryuyan maşında yalnız əsas yuma proqramlarından istifadə edir və əlavə funksiyalara diqqət yetirmir. Halbuki bəzi rejimlər paltarların daha tez qurumasına kömək edir və gündəlik işi xeyli asanlaşdırır.

Milli.Az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, paltarları daha quru vəziyyətdə əldə etmək üçün ayrıca qurutma maşını almağa ehtiyac yoxdur.

Bunun üçün paltaryuyan maşındakı əlavə sıxma funksiyasından istifadə etmək kifayətdir.

Hansı funksiya paltarların daha tez qurumasını təmin edir?

Söhbət əlavə sıxma (Spin) və ya maksimum dövriyyə ilə sıxma rejimindən gedir. Əksər müasir paltaryuyan maşınlarda bu funksiya spiral işarəsi və ya "spin" düyməsi ilə göstərilir.

Mütəxəssislər tövsiyə edirlər ki, əsas yuma proqramı başa çatdıqdan sonra paltarları dərhal çıxarmaq əvəzinə, maksimum dövriyyədə qısa əlavə sıxma rejimi işə salınsın.

Maşının modelindən asılı olaraq bu göstərici 1200, 1400 və ya 1600 dövr/dəqiqə ola bilər. Bu zaman parçanın tərkibində qalan suyun böyük hissəsi xaric edilir və paltarlar xeyli quru vəziyyətdə çıxır.

Bu üsul niyə effektivdir?

Adi sıxmadan sonra belə, xüsusilə dəsmal, yataq dəsti, cins şalvar və qalın parçalarda xeyli miqdarda nəmlik qalır.

Əlavə sıxma rejimi liflərdə qalan suyu da çıxardığı üçün paltarların çəkisi azalır və onların quruma müddəti bir neçə saat qısalır. Yay aylarında bu üsuldan sonra paltarlar açıq havada və ya eyvanda bir saatdan da az müddətdə quruya bilər.

Peşəkar camaşırxanaların istifadə etdiyi üsul

Peşəkar camaşırxanalarda əlavə sıxma rejimindən əvvəl barabana böyük və quru махra dəsmal qoyulur.

Sıxma zamanı dəsmal digər paltarlardakı artıq nəmin bir hissəsini özünə çəkir. Bu üsul xüsusilə az sayda paltar yuyulduqda daha yaxşı nəticə verir və paltarların daha quru çıxmasına kömək edir.

Bu üsul hansı geyimlər üçün uyğundur?

Əlavə sıxma rejimi əsasən yataq dəstləri, dəsmallar, futbolkalar, idman geyimləri, cins şalvarlar, pambıq köynəklər və uşaq geyimləri üçün uyğundur.

Lakin ipək, yun və bəzi zərif sintetik parçaları maksimum dövriyyədə sıxmaq tövsiyə edilmir. Bu, parçanın liflərinə zərər verə və formasını poza bilər.

Paltarların daha tez quruması üçün başqa nə etmək olar?

Mütəxəssislər barabanı normadan artıq doldurmamağı, paltarları sıxmadan dərhal sonra asmağı, geyimlər arasında kifayət qədər məsafə saxlamağı və otaqda yaxşı havalandırma təmin etməyi məsləhət görürlər. Həmçinin hər parça növü üçün icazə verilən ən yüksək sıxma sürətindən istifadə etmək quruma müddətini xeyli azaldır. Bu sadə qaydalar hətta sərin və yağışlı havalarda belə paltarların daha tez qurumasına kömək edir. (lent.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 07 İyul 2026 01:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see502

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see454

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see356

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see293

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see288

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see277

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see260

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see252

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see237

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see232

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see225

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see221

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see218

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see212

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see207

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see195

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see184

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri