Icma.az
close
up
RU
Bir ədəbiyyat müəllimi ancaq belə intihar edə bilərdi...

Bir ədəbiyyat müəllimi ancaq belə intihar edə bilərdi...

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Əməkdar jurnalist” olduğumu eşidən atam zəng edir:

- Bu adın hansı üstünlükləri var?

- ⁠Ayda 120 manat (indi 200) təqaüdü var.

- ⁠Bir ata kimi o kart mənə çatır də bilirsən.

Halal xoşun, deyib sağollaşıram.

Sonrakı günlərdə demək olar hər həftə zəng vurub kartın taleyi ilə maraqlanır. Hər dəfə hələ təhvil almadığımı deyirəm. İçimdə gülmək tutur ki, ayrı vaxt ildə bir dəfə zəng edib maraqlanmayan atam indi bir karta görə az qala günaşırı zəng edir…

Axırı kartı dövlətdən alıb atama təhvil verirəm.

Sonrakı dövrlərdə bu kart haqq-hesabı aramızda əməlli-başlı mövzuya çevrilir. Hər ayın 25-də təqaüd köçən kimi əvvəlcə telefonumdakı “Birbank” tətbiqinə mesaj gəlir, heç açıb məlumata baxmamış görürəm pulu çəkdilər.

Tez atama zəng edib maraqlanıram. Deyir narahat olma, mən çəkmişəm, bankomata zada etibarım yoxdur, kişinin pulu cibində olar.

İsrarla soruşuram. Bəlkə sənə əlavə pul lazımdır?

Hər dəfə əmin edir ki, sadəcə o, pulu cibində istəyir.

Pulun karta köçən kimi çıxarılması bizim iş və ailə arası lətifəyə çevrilir. Hətta, pulun karta köçdükdən neçə dəqiqə sonra çıxarılacağını bilmək üçün saatı qurub mərc gəlirik.

Sonuncu belə mərcimizdə hamının proqnozu yanlış çıxır. Atam pula dəqiqələr, saatlar keçsə də, toxunmur. 

Telefonu götürüb heyrət dolu narahatlıqla soruşuram:

- Pulu niyə çıxarmırsan?

- ⁠Yaxşı deyiləm, deyəsən, boğazımda nəsə qalıb. Həkim dedi, Onkologiyaya getmək lazımdır…

Həmin gündən atam qida borusu xərçəngi, mən də qida borusu xərçənginin oğlu oluram…

Üç gün sonra buradakı diaqnozu da götürüb atası xərçəng olan bütün övladlar kimi vicdanımın analizini vermək üçün İstanbula gedirəm. Orada da eyni diaqnozu təyin edib geri dönməyimizi tövsiyə etdilər.

İstanbulda klinikanın həyətində var-gəl edirik. İsrarla yarı-ciddi, yarı-zarafat, ürəyində nə sözü var eşitmək istədiyimi deyirəm. O da hər dəfə qayıdır ki, mən sözümü axıra saxlayan ata olmamışam, hər şeyi sizə əvvəldə demişəm.

- Axı ola bilməz ki, 74 yaşın deyəcək bir sözü olmasın…

Barmaqlarımın, deyəsən, üçündən tuta bilib dayanır. Barmaqlarım ovcunun içindədir, əlləri buz kimidir. Hiss edirəm ki, bu ata əli deyil, bəlkə də, ölməyə ovcundan başlayan bir kişinin artıq bu dünyanın hərarətindən ayrılmış hissəsidir…

- Səndən ata kimi xahiş edirəm, qurtar bu tikintini…

Atama həmin gün hoteldə səhərə kimi inandırmağa çalışıram ki, biz özümüzə evdən başqa heç nə tikməmişik.

O isə həyətdə itə tikdiyimiz damı belə artıq tikinti hesab eləyib narahat olur. Lap uşaqlıqdan tez-tez işlətdiyi sözü deyib mövzunu bağlayır.

Ev ölmək və doğulmaq üçündür, həyat yollardadır…

Beləcə, 2024-cü ilin iyulun 25-dən evlərində başağrı dərmanı belə olmayan bir ailənin onkologiya yolçuluğu başlayır.

Bu gün də minnətdar olduğum və bir manat belə təmənna ummayan Milli Onkologiya Mərkəzinin həkimləri israrla atamın sağalacağını iddia edirlər. Mən isə əksini…

Həkim hər dəfə tibbə, analizlərə söykənib danışmağa çalışanda atamın eftanaziya yalvarışları yadıma düşürdü.

O, öz ürəyini söndürmüşdü. İsrarla bu prosesin tez bitməyini istəyirdi. Cəmi bir iynə ilə məsələnin bitirilməsini arzulayırdı.

Mən isə əvvəllər texniki şəkildə, sonralar isə ciddi təəssüf içində ölkədə eftanaziya haqqında qanunun olmadığını deyirdim.

Xəstəlik irəlilədikcə biz bəzi gecələri mərkəzdə keçirməli olurduq. Onu qoluna qoşulan sistemin yuxusu aparanda durub pəncərələri yoxlayırdım. İntihar riskini nəzərə alıb bütün pəcərələri kilidləmişdilər.

Bəs belə idisə, niyə pəncərələri qoyanda bu cəftələri quraşdırmışdılar? Qəribədir…

Bir dəfə səhər ona baş çəkməyə gedəndə gördüm sistemin şunurlarını qoluna dolayıb sıxmağa çalışıb. Qoluna xəfif şəkildə doladığı şunuru açıb gülə-gülə dedim ki, bir ədəbiyyat müəllimi ancaq belə intihar edə bilərdi…

Bakıda COP-un Zirvə görüşü keçirilən vaxt biz atamla Onkologiyada növbəti mücadiləmizi aparırdıq. O, israrla evə getmək istədiyini deyəndə yolların bağlı olduğunu söylədim və səbəbləri haqqında məlumat verdim. Həmin vaxt atam taleyinin COP-unu yaşayırdı deyə, dünyanın durumundan xəbərsiz idi.

Ancaq ona məlumat verdim ki, dünya quraqlıq, iqlim böhranı ilə üz-üzədir, durumu müzakirə etmək üçün yüzə yaxın ölkənin prezidenti Azərbaycana gəlib. Zarafatla Fransa ilə ABŞ ölkə rəhbərlərinin (Co Bayden) nədi-nədi Bakıda keçirilir deyə bu qlobal böhrana aid tədbiri boykot etdiyini də dedim. Həmin gün səhərə kimi söhbət etdik.

Atam səhərəyaxın öz vəsiyyətini dodaqları arasından pıçıldaya-pıçıldaya elan etdi:

- Mənə ehsan vermə. Ya ən sevdiyin ağacdan yüz dənəsini əkib böyüt, ya bir şəhidin yaşadığı küçəni abadlaşdır, ya da bir tələbə himayənə götürüb oxut…

-Baş üstə, elə axşam yolları buna görə bağlamışdılar. O qədər ölkənin prezidenti Azərbaycana bunları etməyin vacibliyini demək üçün yığışıb, - dedim.

Xəstəlik hesabda xeyli qabağa çıxanda qəbiristanlığa gedib atam üçün məzar yeri aldım. Qəbiristanlıqdan çıxanda, sanki, ürəyimin orada qaldığını hiss edib bir neçə dəfə geri çevrildim.

Sanki uzun illər Bakıda kirayə qalandan sonra min zülmlə “ev yeri” götürmüşdüm.

Az keçməmiş evdən zəng gəlib xatırladıldı ki, bir neçə gün sonra yaşanacaq reallıqla bağlı beşik də almalıyam.

Heç nə düşünmədən dükana gedib yeni doğulacaq körpəmiz üçün beşik də aldım.

Bütün bu prosedurlardan sonra işə gəlib öz otağımda sükuta dalmışdım.

Mənim bu durumumu görən əməkdaşlardan biri, müəllim, bəlkə təzyiqiniz yenə qalxıb, ölçək. Etiraz etmədim.

Ölçdük:

-120:80

İlahi, bu necə ola bilər? Bəlkə də anadan olandan ilk dəfədir məndə belə təzyiq qeydə alınır, deyib xeyli təəccüblənirəm.

Sonra astaca öz-özümə pıçıldayıram. Həyatın məzarla beşiyin arasında olduğunu biləndə adamın təzyiqi normal olmalıdır, nəinki məzarla beşiyin arasında qalanda…

Tez həmin anın fotosunu çəkirəm:

Atanın xəstəliyi son mərhələyə qədəm qoyur.

Həkimlər qida borusuna stend qoymağın qaçılmaz olduğunu deyirlər.

Biraz müşkülə çevrilir nəsə həmin vaxt stendi tapmaq.

Bu barədə dostum Mir Şahinlə danışanda atanın durumunu izah etmək üçün qeyri-ixtiyari “Mir Şahin, atam suyu dişləyir” - deyirəm.

Bu söz ona necə təsir edirsə, qısa zamanda mənə zəng edib lazım olan vasitəni çatdırırlar…

Ömrünün son günlərini bütün həyatını nə ilə fəxr edərək keçirmişdisə, onların sınağından keçərək yaşayır. O həmişə fəxrlə deyərdi ki, bu yaşa çatmışam hələ narkotikin üzünü belə görməmişəm, nəinki istifadə etmək…

Son günlərində ona elə iynələr vuruldu ki… Bilmirəm, o ağrının arasında nəsə hiss etdimi…

Və ötən il, fevralın 22-si qar yağdı, çovğun qopdu, küçələr buz bağladı, bütün yollar təsadüfi adamlar üçün bağlandıqdan sonra atam öldü…

Onu qəbiristandakı “ev yerimə” aparıb qoyub qayıdanda dostların eşidə biləcəyi səslə dedim:

- Əsl oğlun atası belə havada ölməlidir. Atam son addımı ilə də övladlarının kimliyini yoxladı, necə yaşadıqlarını bildi.

Son imtahanını götürüb getdi… O mənim həm də müəllimim olmuşdu. Orta məktəbdə mənə dərs deyəndə nəzakət qaydaları hicabı “siz” deyə müraciət edərdim. İndi həyatımda düzəliş etmək istədiyim təkcə bir ifadə var. Kaş ona həmişə “siz” deyə xitab edərdim...

Atadan sonra ən çətin iş ananı saxlamaqdır. Tək göyərçini saxlamaq necə çətindirsə, atasız ana saxlamaq da, kişisiz qadın saxlamaq o qədər çətindir...

Atam həmişə deyərdi ki, qadın kişinin həyatına mahnı kimi girməlidir. Necə ki, atamın ən gözəl mahnısı idi anam. Hər yerdə anamı səsləndirirdi, onu oxuyurdu… İndi ata yoxdur bir yana, anam da müəllifsiz musiqi kimi ortalıqda qalıb…

Elbrus Ərud

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:182
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 11 Fevral 2026 22:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see278

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see274

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see273

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see267

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see263

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see256

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see256

Rüstəmə dedim ki, sən şair deyilsən…

12 Sentyabr 2026 16:19see252

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see241

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.09.2026)

12 Sentyabr 2026 10:00see238

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see227

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

12 Sentyabr 2026 19:16see224

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see220

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see220

Azərbaycanlılar pullarını nəyə xərcləyir? Rəqəmlər ŞOK MƏNZƏRƏNİ göstərdi

12 Sentyabr 2026 13:55see218

Türkiyədə Parkinson xəstələri üçün qolbaq hazırlanıb

12 Sentyabr 2026 14:21see207

Hər evdə var, amma bu təsirini çoxları bilmir

12 Sentyabr 2026 12:30see207

Zoopark 5 milyon manatdan çox gəlir qazanıb

12 Sentyabr 2026 10:32see207

Neft kəskin ucuzlaşdı

12 Sentyabr 2026 10:14see204

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

13 Sentyabr 2026 09:27see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri