Icma.az
close
up
RU
Bir ekosistem ölkənin ən böyük e ticarət platforması Birmarket ilə daha da güclənir

Bir ekosistem ölkənin ən böyük e ticarət platforması Birmarket ilə daha da güclənir

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qafqaz regionunun ilk tam inteqrasiyalı rəqəmsal ekosistemi olan Bir ekosistemi-nin mühüm parçası olan aparıcı onlayn alış-veriş platforması Umico rebrendinq edərək müştərilərinə Birmarket adı ilə xidmət göstərir. 2 milyondan çox müştərinin etibar etdiyi Birmarket elektronika, məişət texnikası, şəxsi qulluq vasitələri, gözəllik məhsulları, ev əşyaları, istirahət və əyləncə də daxil olmaqla onlarla kateqoriyada minlərlə məhsul çeşidi təklif edir. 

Platforma təkcə məhsul çeşidinin zənginliyi ilə deyil, həm də təqdim etdiyi rahatlıq və əlçatanlıqla seçilir. Müştərilər sifarişlərini ya kuryer vasitəsilə birbaşa ünvanlarında, ya da ölkə üzrə fəaliyyət göstərən 850-dən çox "Al-apar” təhvil məntəqəsindən əldə edə bilərlər. 24 ayadək hissə-hissə ödəmə, taksit və yerində kredit imkanları isə istifadəçilərə arzuladıqları məhsullara asanlıqla sahib olmaq üçün sərhədsiz alış-veriş fürsəti yaradır. Qeyd edək ki, rebrendinq çərçivəsində 1 iyul 2025-ci il tarixindən etibarən Umico mobil tətbiqi mərhələli şəkildə Birmarket tətbiqinə çevrilir. İstifadəçilər sadəcə tətbiqi yeniləməklə mövcud hesablar, sifarişlər və bonus proqramlarından heç bir dəyişiklik olmadan istifadə etməyə davam edə bilərlər.  

Bir ekosistem-in Baş İcraçı Direktoru Fərid Məmmədov bu inkişaf mərhələsi ilə bağlı qeyd edib: "Ölkənin ilk onlayn alış-veriş platforması kimi Umico bizim üçün möhkəm bir başlanğıc idi. Lakin qısa zamanda biz yalnız böyümədik, dəyişdik, inkişaf etdik və ölkəmizin müştəri təcrübəsindəki dəyər zəncirinin əsas hissəsinə çevrildik. Umico – indiki adı ilə Birmarket bu dəyişimin və inkişafın əsas komponentlərindəndir. Birmarket təkcə alış-veriş platforması deyil, insanların gündəlik həyatına dəyər qatan, alış-verişi, bonus imkanlarını və bir çox xidməti bir araya gətirən vahid bir təcrübədir”. 

Bir ekosistem ölkənin aparıcı brendləri olan Birbank, Birmarket, m10 və MilliÖn brendlərini bir çətir altında birləşdirir. Eyni zamanda ekosistem Trendyol Azərbaycan və BakıKart kimi strateji tərəfdaşlarla əməkdaşlıq edərək həm təsir dairəsini genişləndirir, həm də müştəri təcrübəsini zənginləşdirir. Bu inteqrasiya sayəsində müştərilər partnyor şəbəkəsində və ictimai nəqliyyatda QR ödənişlərdən, Birmarket-də Birbank vasitəsilə kreditli alış-verişdən, Trendyol Azərbaycan-da Birbank taksit kartları ilə ödənişlərdən, vahid bonus proqramından və bir çox digər yenilikçi həllərdən faydalanırlar. Bütün bu imkanlar ekosistemin dörd əsas konsepti – Vahid giriş, Vahid bonus, Vahid ödəniş və Vahid kredit platforması üzərində qurularaq müştərilərə sürətli, rahat, sərfəli və təhlükəsiz xidmət təqdim edir.  

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:417
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 02 İyul 2025 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri