Həmin bəyanata Kiyevlə bağlı xəbərdarlıq əlavə edib
Icma.az bildirir, Bakivaxti portalına istinadən.
ABŞ Prezidenti Donald Tramp NATO-nun Baş katibi Mark Rutte ilə razılaşdırmadan onların birgə bəyanatına Ukrayna münaqişəsinin genişlənməsinə səbəb ola biləcək addımlardan çəkinməsi üçün Kiyevə ünvanlanan xəbərdarlıq əlavə edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Qeyd edək ki, Tramp və Rutte noyabrın 25-də ABŞ Prezidentinin Florida ştatındakı Mar-a-Laqo iqamətgahında görüşüblər.
Görüşün yekununda Ağ Ev ABŞ Prezidenti və NATO-nun Baş katibinin birgə bəyanatını yayıb.
Sənəddə Ukrayna münaqişəsinin mümkün qədər tez sülh yolu ilə nizamlanmasının və onun genişlənməsinin qarşısının alınmasının vacibliyi vurğulanıb.
Tramp və Rutte münaqişənin genişlənməsi riskini Rusiyanın qəsdən və ya bilməyərəkdən belə nəticələrə gətirib çıxara biləcək hərəkətləri ilə əlaqələndiriblər.
Birgə bəyanat NATO-nun rəsmi saytında da dərc olunub.
Baxış sayı:77
Bu xəbər 27 Noyabr 2026 08:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















