Icma.az
close
up
RU
Bir əsr Asayişin Keşiyində

Bir əsr Asayişin Keşiyində

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Azərbaycan polisi dövlətçiliyimizin dayağıdır, xalqımızın təhlükəsizliyinin təminatçısıdır” - Ulu Öndər Heydər Əliyev.

Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin polis haqqında ibrətamiz bir kəlamında deyildiyi kimi, “Azərbaycan polisi dövlətçiliyimizin əsas dayaqlarından biridir və öz peşəkarlığı, fədakarlığı ilə xalqın etimadını qazanıb”.

Azərbaycan dövlətçiliyinin mühüm sütunlarından olan polis orqanları artıq 108 ilə yaxındır ki, xalqın təhlükəsizliyinin, ictimai asayişin və qanunçuluğun keşiyində dayanır. Hər il 2 iyul tarixinin Polis Günü kimi qeyd olunması bu şərəfli peşə sahiblərinə göstərilən dövlət qayğısının və ictimai ehtiramın canlı ifadəsidir.

1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Polis Orqanlarının yaradılması haqqında qəbul etdiyi qərarla ölkəmizdə müasir hüquq-mühafizə sisteminin əsası qoyuldu. Cümhuriyyətin qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq, dövlət idarəçiliyinin səmərəli təşkili məqsədilə daxili təhlükəsizlik sistemi formalaşdırmış, inkişaf etməklə müasir Azərbaycan polisinin təməli təşkil etmişdir.

Müstəqilliyin ilk illərində ölkədə yaranmış mürəkkəb ictimai-siyasi vəziyyət, separatçılıq meylləri, cinayətkarlığın artması, Ermənistanın işğalçılıq siyasəti və hərbi təcavüzü daxili işlər orqanlarının qarşısında olduqca çətin vəzifələr qoymuşdu. Polis əməkdaşları dövlət müstəqilliyinin qorunması, ictimai sabitliyin təmin edilməsi və hüquq qaydalarının bərpası uğrunda mübarizədə əsl vətənpərvərlik nümunəsi, əzmkarlıq, cəsarət və şücaət göstərdilər.

Bu gün, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ölkədə cinayətkarlığa qarşı mübarizəni müasir metodlar əsasında həyata keçirir. Nazirliyin aidiyyəti qurumları tərəfindən Transmilli mütəşəkkil cinayətkarlığa, Narkotik Vasitələrin Qanunsuz dövriyyəsi, İnsan Alveri, Qanunsuz Silah əldə etmə halları, Kibercinayətkarlıq və digər mütəşəkkil dəstələrə qarşı ardıcıl əməliyyat tədbirləri görülür. Cinayətlərin qarşısının alınması və açılması sahəsində əldə olunan nəticələr ölkədə sabitliyin dayanıqlı və kriminogen durumun nəzarətdə olmasına xidmət edir.

Son illərdə informasiya texnologiyalarının sürətli inkişafı hüquq-mühafizə orqanlarının fəaliyyətində yeni istiqamətlər müəyyənləşdirir. Elektron xidmətlərin tətbiqi, rəqəmsal nəzarət sistemlərinin genişləndirilməsi, kibercinayətkarlığa qarşı xüsusi mübarizə mexanizmlərinin yaradılması Daxili İşlər Nazirliyinin fəaliyyətinin effektivliyini artıran amillər sırasında vətəndaş məmnunluğu ilə yadda qalır.

Azərbaycan polisi həm də, ictimai asayişin təmin edilməsində mühüm rol oynayır. Bakının kütləvi Beynəlxalq tədbirlərə ev sahibliyi edib onun təhlükəsiz keçirilməsi, yol hərəkətinin tənzimlənməsi, vətəndaş müraciətlərinə operativ baxılması və fövqəladə hallara çevik reaksiya verilməsi polisin gündəlik xidmətinin ayrılmaz tərkib hissəsidir, - deyərdim.

Ölkənin sabit və təhlükəsiz dövlət kimi beynəlxalq nüfuzunun qorunmasında polis əməkdaşlarının xidməti xüsusi əhəmiyyət daşıyır. Ölkədə vətəndaş təhlükəsizliyinin təmin edilməsi COP-29 və WUF-13 beynəlxalq tədbirlərin keçirilməsinə zəmanət verdi.

Qanunun aliliyinə, vətəndaşların hüquq və azadlıqlarına hörmət, cinayətkarlığa qarşı qətiyyətli mübarizə Azərbaycan polisinin əsas fəaliyyət istiqamətləri və prinsipləridir. Məhz buna görə də, polis xalqın təhlükəsizliyinin və sabitliyinin etibarlı təminatçılarından biri hesab olunur.

Son illərdə ölkədə kriminogen vəziyyətin sabit saxlanılması, cinayətlərin qarşısının alınması və açılma faizinin yüksəldilməsi istiqamətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Rəsmi məlumatlara görə, 2025-ci ildə ölkə üzrə 31 min 852 cinayət qeydə alınmışdır.Bu da, 2024-cü il ilə müqayisədə 6,2 faiz azdır. Həmin cinayətlərin 90,5 faizinin açılması təmin edilmiş, daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində araşdırılan cinayətlərin 93,5 faizi açılmışdır. Göstəricilər hüquq-mühafizə orqanlarının operativ fəaliyyətinin səmərəliliyini və ölkədə ictimai təhlükəsizliyin etibarlı şəkildə qorunduğunu təsdiq edir.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 300-ə yaxın kriminal qrup zərərsizləşdirilmiş, mütəşəkkil cinayətkarlıqla mübarizə tədbirləri çərçivəsində 600 nəfər saxlanılmışdır. Belə tədbirlər cinayətkar qruplaşmaların fəaliyyətinin məhdudlaşdırılması və ictimai təhlükəsizliyin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Kibercinayətkarlıq və informasiya texnologiyalarından istifadə etməklə törədilən hüquqpozmalara qarşı mübarizə də diqqət mərkəzində olmuşdur. Daxili İşlər Nazirliyi rəqəmsal texnologiyaların imkanlarından istifadə etməklə əməliyyat-axtarış fəaliyyətini təkmilləşdirmiş, vətəndaşların internet məkanında təhlükəsizliyinin təmin olunması istiqamətində yeni mexanizmlər tətbiq edilmişdir.

Polis peşəsi ən vacib və məsuliyyətli peşələrdən biridir. Cinayətkarlıqla mübarizə, asayişi, vətəndaşların həyatını və hüquqlarını qorumaq hər bir polis əməkdaşından yüksək peşəkarlıq, cəsarət, dəmir intizam və qüsursuz şəxsi kefiyyətlər tələb edir.

Polis veteranları da xidmətin ən gözəl ənənələrini qoruyub saxlamış və inkişaf etdirmişlər.

2 İyul - Polis Günü münasibətilə daxili işlər orqanlarının əməkdaşlarını, veteranları və bu şərəfli peşəyə ömrünü həsr etmiş bütün polis işçilərini təbrik edir, onlara cansağlığı və yeni nailiyyətlər arzulayır, dövlətə və xalqa sədaqətlə xidmət edən Azərbaycan polisinə ölkədə təhlükəsizlik naminə məsuliyyətli missiyasının layiqincə davam etdirilməsində uğurlar diləyirik.

“Polisə Dəstək” İctimai Birliyini sədri,

DİO-nun və I Qarabağ müharibəsinin veteranı                            

Şəmsəddin Əliyev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://moderator.az
archiveBu xəbər 30 İyun 2026 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see689

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see414

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see245

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see222

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see200

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see198

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see195

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see195

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see190

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see189

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see187

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see185

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see182

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see179

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see178

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see177

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see176

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see176

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see165

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri