Bir əsrlik söz yolçuluğu Səsini itirən Gəray Fəzlinin 100 illiyi qeyd olundu FOTO
Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan Yazıçılar Birliyində XX əsrin böyük ədiblərindən olmuş Gəray Fəzlinin 100 illiyi münasibətilə tədbir keçirildi.
Bizim.Media xəbər verir ki, tədbiri giriş sözü ilə açan ədəbi tənqidçi Əsəd Cahangir qeyd etdi ki, bu yubiley mərasimi sənətkarın zəngin yaradıcılıq irsinə ehtiram olmaqla yanaşı, onun ədəbiyyat tariximizdə tutduğu mövqenin bir daha dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
O bildirdi ki, Gəray Fəzli Azərbaycan poeziyasında özünəməxsus dəst-xətti ilə seçilən şairlərdən biridir.
“Ağır həyat yolu keçmiş, müharibə görmüş şair boğazından yaralanaraq səsini itirir və o gündən qələm onun səsini əvəzləyir. O, sözə və sənətə həssas yanaşan, əsərləri ilə oxucuların yaddaşında, mənəvi aləmində dərin iz buraxan ədiblərdən idi. Fəzlinin şeirlərində dürüstlük, vicdan, daxili azadlıq daim ön plana çıxır. Dilin səmimiyyəti, ifadələrin təbiiliyi və poetik metaforaların dərinliyi onun yaradıcılığının əsas xüsusiyyətləri hesab olunur”, - deyə o, vurğuladı.
Tədbirdə çıxış edən publisist Tahir Aydınoğlu, filologiya elmləri doktoru Vaqif Yusifli, yazıçı-publisist Akif Cabbarlı, eləcə də digər ədiblər, tədqiqatçılar və ədəbiyyatsevərlər iştirak edərək Gəray Fəzlinin yaradıcılığı və şəxsiyyəti ilə bağlı xatirələrini, fikirlərini bölüşdülər. Çıxış edənlər şairin ədəbiyyatımızda tutduğu mövqeyi yüksək qiymətləndirərək, onun şeirlərinin bu gün də aktual olduğunu vurğuladılar.
Xatırladaq ki, Gəray Fəzli 1925-ci ildə Qax rayonunun İlisu kəndində anadan olub. Müharibədən sonra Azərbaycan Pedaqoji İnstitutuna daxil olub.
Kənd müəllimi, atası Fəzli kişinin adını özünə təxəllüs götürüb. 1956-cı ildə "Mənim səsim" adlı ilk şeirlər kitabını çap etdirib. Sonralar xalq şairi Nəriman Həsənzadə Gəray Fəzli haqqında "İtirilmiş səs" adlı poema da yazıb... Onun sözlərinə yazılmış mahnıları Zeynəb Xanlarova, Rübabə Muradova, Şövkət Ələkbərova, Yalçın Rzazadə, Hüseynağa Hadıyev kimi korifey sənətkarlar səsləndiriblər.










Şəfiqə Şəfa, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 18 Noyabr 2025 19:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















