Icma.az
close
up
RU
Bir əsrlik problem kökündən həll olundu ŞƏRH

Bir əsrlik problem kökündən həll olundu ŞƏRH

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ermənilər nəinki təslim oldu, ümumiyyətlə, 100 illik haqsız davalarını buraxıb getdilər

 2023-cü il sentyabrın 19-dan 20-nə keçən gecə həyata keçirilən antiterror tədbirləri Azərbaycanın dövlətçilik tarixində yeni bir səhifə açdı. Bu əməliyyatla ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam şəkildə bərpa olundu. Bu gün isə həmin tarixi qələbənin 2-ci ildönümünü qeyd edirik.

Bu əməliyyat yalnız təhlükəsizlik tədbiri deyil, həm də milli dövlətçiliyimizin, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası baxımından əlamətdar hadisə kimi yaddaşlara həkk olunub. Onilliklər boyu işğal altında qalmış torpaqlarımızda separatizmin kökünün birdəfəlik kəsilməsi, qanunun aliliyinin və dövlət hakimiyyətinin təmin olunması Azərbaycan tarixində yeni mərhələnin başlanğıcı oldu.

Bu tarix həm də Azərbaycanın gücünün, xalq-dövlət birliyinin və qətiyyətli siyasi iradəsinin simvoludur. İki il əvvəl qısa müddətdə həyata keçirilən əməliyyat separatizmi tamamilə aradan qaldırdı və Azərbaycan qanunun aliliyini öz torpaqlarında bərpa etdi.

Bu hadisə həm də bölgədə yeni reallıq yaratdı. Ermənistanın illərlə bəslədiyi əsassız iddialara son qoyuldu, Azərbaycan xalqı isə öz torpaqlarında təhlükəsiz və sabit gələcəyin təməlini atdı. Antiterror tədbirləri ilə biz yalnız torpaqlarımız üzərində tam suverenliyimizi təmin etmədik, həm də gələcək inkişaf, sülh və əməkdaşlıq üçün möhkəm zəmin yaratdıq.


Antiterror tədbirlərinin tarixi əhəmiyyəti ilə bağlı təəssüratlarını Sherg.az-a bölüşən hərbi ekspert Səxavət Məmməd deyib ki, antiterror əməliyyatının əsası Şuşa şəhərinin işğaldan azad edilməsi əməliyyatı zamanı qoyulmuşdu. O zaman seçim etmək lazım idi: Xankəndini işğaldan azad edib Şuşanı antiterrora saxlamaq, yoxsa Şuşanı işğaldan azad edib Xankəndini antiterrora saxlamaq. Azərbaycan tərəfinin qərarı Şuşanı işğaldan azad edib Xankəndini antiterrora saxlamaq yönündə oldu.

Onun sözlərinə görə, sonuncu antiterror əməliyyatına qədər bir neçə dəfə lokal əməliyyat keçirilmişdi. 44 günlük müharibədən sonra, xüsusilə Laçın və Kəlbəcər istiqamətində əlbəyaxa mövqeləri nəzarətə götürülürdü:

 "İlk və ən önəmli əməliyyatlardan biri isə Fərrux əməliyyatı idi. Birinci müharibə zamanı Azərbaycan ordusunun bəlkə də ən çox itki verdiyi istiqamətlərdən biri Fərrux dağı olub. Fərrux əməliyyatı 2022-ci ilin mart ayının 26-da həyata keçirilir və əməliyyat itkisiz başa çatır. Bu əməliyyatın əhəmiyyəti barədə dəfələrlə yazmışam. Bu əməliyyatın ən uğurlu tərəflərindən biri də əməliyyatın qısa zamanda baş verməsidir. 15:00-da əməliyyata start verilir. 55 dəqiqə sonra, yəni 15:55-də Fərrux kəndi, 16:05-də isə Fərrux dağı Azərbaycan ordusunun nəzarətinə keçir. Qeyd edim ki, əməliyyata polkovnik Elşən Qapaqov rəhbərlik edib. Ardınca Qırğız, Sarıbaba yüksəkliklərinin işğaldan azad edilməsi ilə nəticələnən “Qisas” əməliyyatı həyata keçirildi. Bundan əlavə, sərhəd toqquşmaları baş verdi. Həyata keçirilən əməliyyatların hər biri Azərbaycan üçün uğurlu oldu.

Qarabağda 19-20 sentyabr həyata keçirilən antiterror əməliyyatı Azərbaycan ordusu üçün sonuncu və separatizmin sonunu gətirən əməliyyat oldu. Bu əməliyyata qədər isə xeyli işlər görüldü. Azərbaycan tərəfi Ermənistanla Azərbaycan arasında Laçın sərhəd keçid məntəqəsi qoymaqla həm də Ermənistandan separatçı rejimə və onun ordusuna gətirilən təchizatın qarşısını almış oldu. Hesab edirəm ki, bu hadisənin özü əməliyyat qədər önəmli idi və əməliyyatın qısa zamanda baş verməsinə şərait yaratdı. Əgər sərhəd keçid məntəqəsi qoyulmasa idi, Ermənistandan dəstək mütləq şəkildə gələcəkdi. Bu isə əməliyyatın planlanıldığı kimi 24 saata başa çatmasına mane törədə bilərdi".


S.Məmməd qeyd edib ki, antiterror əməliyyatı xarakter baxımdan 44 günlük müharibədən xeyli dərəcədə fərqlənirdi:

 "Hava şəraitinin pis olması, yağış və duman dronların işləməsinə konkret maneçilik törədirdi. Azərbaycan ordusu havaya xeyli sayda dron qaldırsa da, onlardan heç bir nəticə ala bilməmişdi. Ona görə də bu əməliyyatı quru əməliyyatı da adlandıra bilərik. Qeyd etmək lazımdır ki, separatçı rejim və onun “ordu”su da ciddi şəkildə hazırlıq görmüşdü. Onlar saysız-hesabsız kameralar quraşdıraraq Azərbaycan ordusunun hərəkətini əvvəlcədən görə bilir və atılan addımlara qarşı adekvat davrana bilirdilər. Bəzi yerlərdə az qala hər ağaca kamera quraşdırdıqları sonradan məlum olur. Havanın əlverişsiz olması isə Azərbaycan ordusunu “kor” edirdi. Bundan əlavə, çətin relyef də qarşı tərəfin işini asanlaşdırırdı. Əslində, bir çox şey qarşı tərəfin xeyrinə idi. Əlverişsiz hava, çətin relyef, sanksiya üçün pusquda gözləyən Qərb…

Digər çətinlik isə mülki obyektlərə və insanlara zərər vermədən əməliyyatın həyata keçirilməsi idi. Demək olar ki, bütün artilleriya vasitələrinin yanında mülki maşınlar saxlanılmışdı. Bundan əlavə, hərbi obyektlərdə mülki formada insanlar peyda olmuşdu. Bunlara zərər vermək pusquda duranların işinə yarayacaq amillərdən idi. Azərbaycan ordusu bütün bu çətinliklərə rəğmən, qüsursuz hərbi əməliyyat həyata keçirməyə məcbur idi. Onu da qeyd etmək lazımdır ki, qarşı tərəf ciddi şəkildə müqavimət göstərirdi". 


Ekspertin sözlərinə görə, 44 günlük müharibədən fərqli olaraq Azərbaycan ordusunun qarşısında qoyulan tapşırıq hansısa yüksəkliyi, kəndi, rayonu işğaldan azad etmək yox, qarşı tərəfi təslimçiliyə gətirmək, ağ bayraq qaldırmağa nail olmaq idi:

 "Bunun üçün ən önəmli məsələ yol qovşaqlarının tutulması, təchizat yollarına nəzarəti götürmək, separatçılar arasında həm fiziki, həm də rabitə əlaqəsini kəsmək idi. Bunların icrası qısa zamanda və sürətli şəkildə həyata keçirilməli idi. Zaman və sürət itkiləri qaçılmaz edirdi. İcra olunan əməliyyat zamanı mülki obyektlər və mülki şəxslər zərər görmədi. Qərbin çağırdığı BMT iclası da nəticəsiz qaldı. Antiterror əməliyyatı göstərdi ki, 44 günlük müharibədən keçən 3 il ərzində separatçı rejim ciddi şəkildə silahlana bilmiş, 44 gün ərazində dağıdılmış ordunu yenidən formalaşdırmaq yönündə addımlar atmışdılar, ancaq güc nisbəti Azərbaycanın tərəfində idi.

Yuxarıda da qeyd etmişdim, Azərbaycanın əsas məqsədi hansısa ərazini işğaldan azad etmək yox, qarşı tərəfin təslim olması idi. Təslimçilik şərtləri diktə etmək, qəbul etdirmək deməkdir. Ermənilər nəinki təslim oldu, ümumiyyətlə, 100 illik davalarını buraxıb getdilər. Azərbaycan isə 100 illik problemini kökündən həll etmiş oldu".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://sherg.az
archiveBu xəbər 21 Sentyabr 2025 21:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see563

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see221

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see207

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see203

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see196

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see186

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see186

Bu işlə məşğul olan kişilərdə qırtlaq xərçəngi qaçılmazdır

07 Oktyabr 2026 22:25see186

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see181

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see179

“Real” Holand transferində “Barselona”nı qabaqlayır

07 Oktyabr 2026 23:56see179

Trampdan FTB yə biabırçı ittiham Həyat yoldaşımı və oğlumu...

08 Oktyabr 2026 00:00see174

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see173

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see172

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see171

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see169

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see169

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see167

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see166

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri