Bir fincan qəhvədə gizlənən sirr ARAŞDIRMA
Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Qəhvənin insan orqanizmi üçün əvvəllər düşünüldüyündən daha çox faydası ola bilər. Alimlər müəyyən ediblər ki, kofein hüceyrələrin qədim müdafiə mexanizmlərini aktivləşdirə bilir.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, qəhvə hüceyrələrin sağ qalmasına kömək edən əsas mexanizmlərdən birini işə sala bilər. Söhbət hüceyrələrin enerji səviyyəsini izləyən, onların böyüməsini, stressə qarşı müdafiəsini və DNT-nin bərpasını tənzimləyən sistemdən gedir.
Alimlər çoxalan maya hüceyrələri üzərində genişmiqyaslı təcrübələr aparıblar. Maya orqanizmləri biologiyada tez-tez model kimi istifadə olunur. Bunun səbəbi onların insan hüceyrələri ilə bir sıra genetik və təkamül xüsusiyyətlərini paylaşmasıdır.
Araşdırma göstərib ki, kofein bioloji qocalma prosesinə hüceyrələrin enerji vəziyyətini müəyyən edən fundamental mexanizm vasitəsilə təsir göstərə bilər. Bu mexanizmin yüz milyonlarla il ərzində təkamül prosesində qorunub saxlandığı bildirilir.
Əvvəllər alimlər kofeinin hüceyrələrin ömrünü uzatmasının əsasən TOR adlı böyümə tənzimləyicisi ilə əlaqəli olduğunu düşünürdülər. Yeni tədqiqat isə başqa bir mexanizmin də mühüm rol oynadığını göstərib. Söhbət AMPK - AMP-aktivləşdirilmiş protein kinaza adlı fermentdən gedir. Bu ferment hüceyrənin enerji “sensoru” kimi fəaliyyət göstərir. Enerji çatışmazlığı yarandıqda AMPK bunu müəyyən edir və hüceyrənin stress şəraitinə uyğunlaşmasına kömək edir. Mütəxəssislər qeyd edirlər ki, AMPK həm maya hüceyrələrində, həm də insan orqanizmində mövcuddur.
Bu ferment maddələr mübadiləsində və DNT-də yaranan zədələrin aradan qaldırılmasında iştirak etdiyindən, kofeinin AMPK sisteminə təsiri uzunömürlülüklə bağlı gələcək araşdırmalar üçün maraqlı istiqamət hesab olunur. Bununla yanaşı, alimlər xatırladırlar ki, kofein digər mühüm bioloji mexanizmə - TOR tənzimləyicisinə də təsir göstərə bilir. TOR hüceyrələrin qida maddələrinin mövcudluğundan asılı olaraq böyüməsini və inkişafını tənzimləyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 21 Sentyabr 2026 16:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















