Icma.az
close
up
RU
Yer su qiyamətinin bir addımlığındadır ARAŞDIRMA

Yer su qiyamətinin bir addımlığındadır ARAŞDIRMA

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Quraqlıq riski bütün dünyanı hədələyir, bəs biz su qıtlığına qarşı nə edə bilərik?

Əhalinin artması, həddindən artıq istehlak və israf, son illərdə qeyri-müntəzəm və qeyri-kafi yağıntılar səbəbindən dünya çox ciddi təhlükənin astanasındadır: quraqlıq. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünya əhalisinin 40%-i su qıtlığı ilə mübarizə aparır və 700 milyona qədər insan 2030-cu ilə qədər quraqlıq səbəbindən miqrasiya riski altındadır. Bu, həm də qida çatışmazlığı və epidemiyalar kimi bir çox risklər yaradacaq.

Təhlükə qaçılmaz olacaq

Dünyada hər il təxminən 55 milyon insan quraqlıqdan əziyyət çəkir. Qeyri-adekvat su ehtiyatları heyvandarlıq və kənd təsərrüfatı sektorlarına zərər vurmaqla yanaşı, insanların əsas dolanışıq vasitələrini də risk altına qoyur. O, epidemik xəstəliklər, məcburi köçlər və ərzaq qıtlığı kimi təhlükələr yaradaraq bəşəriyyətin həyatını təhlükəyə atır. Üstəlik, Yerdəki suyun yalnız 2,5 faizi şirin sudur.

Dünyadakı şirin su qaynaqlarının yalnız 10 faizi əlçatandır. Qalan şirin su ehtiyatları yeraltı sularda və buzlaqlarda mühafizə olunur. Dünyada 663 milyon insanın adekvat su ehtiyatlarına çıxışı yoxdur, hər gün 5 yaşınadək 800 uşaq qeyri-adekvat su, kanalizasiya və pis gigiyena şəraitinin yaratdığı ishaldan ölür. Dünyada qadınlar və qızlar evlərinə su daşımaq üçün ümumilikdə 200 milyon saat sərf edirlər.

Əhalinin artımı, sənaye və enerji sektorlarında artan tələb və istehlak nisbəti ilə birlikdə məişət sularından istifadənin artması qarşıdakı quraqlıq riskini daha aydın göstərdi. Son bir neçə onillikdə suya tələbatın artması dünya əhalisinin artımından iki dəfə çox artıb. 2040-cı ilə qədər bu tələbatın 4,350 milyard kubmetrə çatacağı bildirilir. Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, növbəti 30 il ərzində qlobal sudan istifadənin ildə təxminən 1% artacağı gözlənilir.

Biz nə edə bilərik?

Mövcud vəziyyətə nəzər saldıqda aydın olur ki, təcili tədbirlər görməliyik. Bu gün hamımız sudan istifadə, istehlak və idarə etmə üsulumuzu dəyişdirməklə gələcəyimizi təminat altına ala bilərik. Lakin bunlardan əlavə təsir zonamızı genişləndirmək üçün qlobal əməkdaşlıqlar etməyimiz vacibdir. Birləşmiş Millətlər Təşkilatının rəhbərliyi ilə hər il martın 22-də keçirilən Ümumdünya Su Günü qeyd olunması bunun üçün yaxşı fürsətdir. Lakin bu mübarizəmiz 1 gündə deyil, ilin 365 günündə davam etməlidir.

Dayanıqlı İnkişaf Məqsədlərinin 6-cısı olan “Təmiz Su və Kanalizasiya” maddəsi 2030-cu ilə qədər hər kəsin təhlükəsiz və əlçatan içməli suya çıxışını təmin etmək məqsədi daşıyır. Birləşmiş Millətlər Təşkilatına görə, bu məqsədə çatmaq üçün hökumətlər orta hesabla dörd dəfə daha sürətli işləməlidir. Ancaq bu, təkbaşına həll edə biləcəkləri bir vəziyyət deyil. Fərdi və institusional olaraq mübarizəni gücləndirməliyik. Məhz buna görə də kampaniyaların builki mövzusu “tərəfdaşlıq və əməkdaşlıq vasitəsilə dəyişikliyi sürətləndirmək” kimi müəyyən edilib.

Yeraltı su ehtiyatlarımız yanlış kənd təsərrüfatı təcrübələri və iqlim dəyişikliyinin təsirləri səbəbindən sürətlə tükənir. İqlim dəyişikliyi su ehtiyatlarına çıxışa, su ehtiyatlarının səmərəliliyinə və miqdarına birbaşa mənfi təsir göstərir. İqlim dəyişikliyi səbəbindən 2000-ci ildən bəri sellə bağlı fəlakətlər 134 faiz artdığı halda, quraqlıqların sayı və müddəti əvvəlki 10 illə müqayisədə 29 faiz artıb. Son 50 ildə qlobal istiləşmənin 90 faizindən çoxu okeanlarda baş verib. Dəniz suyunun temperaturunun artması və buzlaqların əriməsi ilə əlaqədar növbəti 2000 ildə dəniz suyunun hündürlüyünün 1,5 dərəcə artımla 2-3 metr, 5 dərəcə artımla isə 19-22 metrə çatacağı proqnozlaşdırılır. Bu, o deməkdir ki, dünyada bir çox sahilyanı yaşayış məntəqələri su altında qalacaq.

Milli sərvət – içməli su

Dünyada su ehtiyatları sonsuz deyil, sürətlə tükənir. Xüsusilə, 20-ci əsrin ikinci yarısından sonra əhalinin sürətlə artması, qidaya ehtiyacın artması, cəmiyyətin sənayeləşməsi, çirklənmənin artması və iqlim dəyişikliyinin təsiri su ehtiyatlarına təzyiq göstərir. Əhali sürətlə artdıqca, təmiz su ehtiyatları sabit qaldıqda və hətta getdikcə daha çox çirkləndikcə su problemi daha da aktuallaşır. Üstəlik, gündəlik istifadə etdiyimiz suyun dəyəri bu gün də yaxşı qiymətləndirilmir. Mövcud sudan kifayət qədər israfçılıqla istifadə olunur. Yalnış istehlak vərdişləri dünyanı gündən-günə su böhranına yaxınlaşdırır.

Dünyanın 70 faizi su ilə örtülüdür, lakin içməli su ehtiyatları bütün suyun yalnız 1 faizini təşkil edir. Bununla belə, mövcud içməli su mənbəyinin əlçatanlığı ciddi problemdir. Su ehtiyatlarının kəmiyyət və keyfiyyətcə qeyri-kafi və əlçatmaz olması təbiətə, cəmiyyətə və fəaliyyət göstərən iqtisadiyyatlara birbaşa təsir göstərir. Qlobal suya tələbat artır. Sosial, iqtisadi və ekoloji sahələrdə su problemi bəşəriyyət üçün əsas təhlükələrdən biri hesab olunur. Həyati əhəmiyyətinə görə “Su iqtisadi sərvət olmamalıdır” fikri səsləndirilsə də, əslində içməli su indi ən çox ticari söz-söhbət yaradan təbii sərvətdir. Dünya ölkələri içməli suya çıxış, əlçatanlıq məsələsində bir-birindən gizlin tədbirlər görməkdir. Artıq qızıl yataqları, neft quyuları qədər içməli su ehtiyatları da milli sərvət hesab edilir.

Hətta biz də…

Azərbaycan ərazisində içməyə yararlı sular məhdud ehtiyatlara malik olmaqla qeyri-bərabər paylanmışdır. Hazırda ölkənin yerüstü su ehtiyatları 27 kubkilometr təşkil edir, quraq illərdə isə bu ehtiyat 20-21 kubkilometrə qədər azalır. Yerüstü su ehtiyatlarının mənbələrini çaylar, göllər, su anbarları və buzlaqlar təşkil edir. Ölkəmizin şirin su ehtiyatlarının 70-72 faizi ölkə hüdudlarından kənarda formalaşır.

Son 1 ildə Azərbaycanın su ehtiyatları minimuma düşüb. Həmişə bol sululuğu ilə məşhur olan Kür və digər kiçik çaylar quruyur. Dünyada gedən qlobal istiləşmə bizdən də yan keçmir, içməli su mənbələrimiz quruyur. Təəssüf ki, bizdən fərqli olaraq, bir çox dünya ölkələri bu həyati təhlükə ilə bağlı ciddi tədbirlər gördü. Azərbaycan su ehtiyatlarının az olduğu ölkələrdən biridir, ölkənin ümumi su ehtiyatının 70 faizi xarici mənbələr hesabına formalaşdığından qlobal problem başlayanda həmin 70 faiz su da bizə çatmayacaq. Transsərhəd çaylarından gələn suyu həmin ölkələr istifadə edəcək.

Kürdə suyun səviyyəsinin aşağı düşməsi məsələsinə gəlincə, bunun bir çox səbəbləri var. Onlardan biri Kür çayının mənbəyi olan Türkiyədə bir neçə su anbarının tikilməsidir. Mənbə sularının böyük hissəsi orada toplanılır və çaya az gəlir. İkincisi isə, Kürə axan kiçik çaylar ekoloji səbəbdən quruyub. Məsələn, meşələr qırılıb, qum, çınqıl daşları daşınılıb. Həmin çaylar lilli suyu Kürə gətirir və çayın aşağı axarlarında onun dibi yuxarı qalxır. Məhz ona görə də keçən il əksinə olaraq, dəniz suyu Kürə axmağa başladı. Üstəlik, Kür çayına təzyiq artıb. Ondan suvarmada nəzarətsiz və məhdudiyyətsiz istifadə edilir. Bir çox böyük plantasiyalar suvarma üçün Kür çayının suyunu normadan artıq götürürlər.

Qeyd edək ki, Azərbaycanın 30 faiz su ehtiyatı Qarabağda yerləşir. Həmin su ehtiyatlarından səmərəli istifadə edilsə, ətraf regionlar da vəziyyətdən çıxa bilər. Amma bu, kortəbii yox, sistemli, elmi şəkildə əsaslandırılmış işlər vasitəsi ilə həyata keçirilməlidir. Suyun düzgün paylaşdırılması, bölüşdürülməsi, su mənbələrinə normal təzyiq verilməsi kimi məsələlər nəzərə alınmalıdır. Yəni bir tərəfdə daha çox su istismar edib, digər tərəfdə qıtlıq yaratmamaq üçün düzgün kanalların çəkilməsi, alternativ mənbələrdən istifadə etmək lazımdır.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti çərçivəsində hazırlanıb

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 19 Mart 2025 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş nazir qərar imzaladı Onlar da Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

16 Sentyabr 2026 16:28see290

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see256

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see236

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see235

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see234

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see220

Bakıda və bölgələrdə işıq sönəcək

16 Sentyabr 2026 08:19see215

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

17 Sentyabr 2026 00:51see206

Xalq artisti: Burun əməliyyatı zamanı masada ölmüşəm (Video)

16 Sentyabr 2026 14:28see203

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see202

Gələn il səhiyyəyə ayrılan vəsait artırılır

16 Sentyabr 2026 22:34see202

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see202

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

17 Sentyabr 2026 00:38see200

Azərbaycandan 113 nəfər deportasiya edilib

16 Sentyabr 2026 18:34see200

2027 ci ildə ABŞ dolları neçə manat olacaq? RƏSMİ AÇIQLAMA

16 Sentyabr 2026 20:49see189

ABŞ Rusiyanı ukraynalı müttəfiqlərə suiqəsd cəhdində ittiham edir

17 Sentyabr 2026 00:35see189

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see188

Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək

16 Sentyabr 2026 19:51see185

 Azərbaycan effektli, ölçülü biçili siyasət aparır ŞƏRH

16 Sentyabr 2026 22:40see184

Avropa Liqası: Milan Benfika ya məğlub oldu GÜNÜN NƏTİCƏLƏRİ

17 Sentyabr 2026 01:04see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri