Icma.az
close
up
RU
Bir görüşlə həlli mümkün olmayan problemlər: “Fikir ayrılıqları çoxdur”

Bir görüşlə həlli mümkün olmayan problemlər: “Fikir ayrılıqları çoxdur”

Ayna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Aleksey Qaran: “Zelenski ilə Putin arasında görüş baş tutsa belə, çətin ki, münaqişənin həllində sıçrayış olsun”

“Ukrayna Prezidenti Volodimir Zelenskinin Türkiyəyə danışıqlar üçün getməyə hazır olduğunu təsdiqləməsinə, ABŞ Prezidenti Donald Trampın İstanbulda təkcə Zelenskinin deyil, Rusiya Prezidenti Vladimir Putinin də gözləyəcəyini deməsinə baxmayaraq, mən rus diktatorunun oraya gələcəyini düşünmürəm. Bəzən həqiqətən də liderlər arasında situasiyadan çıxmağa kömək edə biləcək görüşlər olur. Tramp isə belə görüşlərə inanır. Ancaq başa düşməliyik ki, Zelenski ilə Putin arasında görüş baş tutsa belə, çətin ki, münaqişənin həllində sıçrayış olsun”.

Bu sözləri “National University of Kyiv-Mohyla Academy”nin professoru Aleksey Qaran Rusiya və Ukrayna nümayəndə heyətlərinin mayın 15-də İstanbulda gözlənilən görüşü barədə yazdığı analitik məqalədə qeyd edib.

Xatırladaq ki, Zelenski iki gün əvvəl İstanbulda şəxsən Putinlə görüşə hazır olduğunu bildirib. Vaşinqton tərəfindən bu təklif təqdir edilib. Kremldən isə Ukrayna lideirnin bu təklifinə reaksiya verilməyib.

Qaran qeyd edir ki, Kiyev və Moskva arasında fikir ayrılıqları həddindən artıq çoxdur: “Və onları bir görüş zamanı həll etmək praktiki olaraq mümkün deyil. Xüsusən də təcavüzkar kimi Putinlə təcavüzün qurbanı olan ölkəyə rəhbərlik edən Zelenski arasındakı münasibətləri nəzərə alsaq. Ümumiyyətlə, İstanbulda hər iki tərəf üçün danışıqlar mövzusu hər birinin digərinə atmağa çalışdığı “qaynar kömür” kimidir. Heç kim Trampa danışıqlarda iştirak etmək istəməyən biri kimi görünmək istəmir. Ona görə də həm Ukrayna, həm də Rusiya məsuliyyəti bir-birinin üzərinə atmağa üstünlük verir”.

“Putinin Zelenskinin təıklifi ilə İstanbula gedəcəyi gözlənilmir. Ukrayna lideri Türkiyəyə gedə bilməyəcəyi vəziyyətə düşəcək. Yaxud əksinə, ruslar öz ərazilərində təxribat törədə bilər, sonra Putin deyəcək ki, “ukraynalılar bizə hücum edir, biz gedə bilmərik”. Bu ssenarini istisna etmək olmaz. Amma düşünürəm ki, Putin hələ də Trampı əksinə inandırmağa çalışacaq”, - deyə professor qeyd edib.

Onun sözlərinə görə, indi Rusiya birbaşa danışıqlara “hazır olduğunu” nümayiş etdirməyə çalışır: “Amma Putinin şəxsən İstanbula getməsinə niyə ehtiyac olmadığını izah etmək üçün ruslar çoxdan bizə məlum olan müxtəlif hiylələrdən istifadə edəcəklər. Məsələn, deyə bilərlər ki, liderlərin toplantısı hazırlanmalıdır. Və ya ilk görüş dərhal ən yüksək səviyyədə olmamalıdır. Həm də deyə bilərlər ki, legitim olmadığı iddia edilən prezidentlə görüşə bilməzlər... Üstəlik, onlar artıq İstanbulda 2022-ci ildə başlayan və Ukraynanın pozduğu iddia edilən danışıqları “bərpa etməkdən” danışdıqlarını deyirlər. Yəni ruslar 2022-ci ildə ortaya qoyduğu tələbləri yenidən səsləndirməyə başlayacaqlar”.

“Anlamaq lazımdır ki, bu paradiqmada Putin Trampa həmişəki kimi biznes təklif edəcək - Rusiyada nadir torpaq metallarının işlənməsi imkanları, Arktika resurslarından istifadə, Moskvada "Tramp Tower" tikintisi və s. Yəni ona yaltaqlanmaq üçün hər şeyi təklif edəcək. Eyni zamanda, Rusiya Ukraynanı bombalamağa davam edəcək. Bu, məhz Putin üçün məqbul olan “danışıqlar” növüdür. Hələlik o məhz bu axarda hərəkət edir”, - Qaran əlavə edib.

Analitik təəssüflə bildirib ki, Rusiyanın bütün hərəkətlərinə və həqiqətən atəşkəslə razılaşmaq istəməməsinə baxmayaraq, Tramp hələ də ona qarşı sanksiyaları gücləndirmək qərarına gəlməyib: “Çox təəssüf ki, ABŞ Prezidenti qətiyyətli mövqe tuta bilmir və daim ruslara güzəştə gedir. Onun tərəfində üstünlük təşkil edən yanaşma ondan ibarətdir ki, Rusiya digər regionlarda, məsələn, Yaxın Şərqdə və ya İranla danışıqlarda problemləri həll etmək üçün qlobal oyunçu kimi ona lazımdır. Tramp hələ də Moskvanı Pekindən "qopara" biləcəyinə inanır, baxmayaraq ki, Si Cinpinin Moskvadakı parada gəlişi bunun əksini göstərir. Ona görə də hesab edirəm ki, diplomatik mübarizə davam edəcək”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:202
embedMənbə:https://ayna.az
archiveBu xəbər 14 May 2025 19:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see358

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see344

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see336

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see330

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see329

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see300

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see295

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see287

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see268

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see262

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see250

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see241

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see239

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see220

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see209

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see201

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see196

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see195

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see193

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri