Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Turizmi daha da inkişaf etdirmək üçün hansı addımları atmaq lazımdır?

Turizmi daha da inkişaf etdirmək üçün hansı addımları atmaq lazımdır?

Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Cəfər Qara: "Aşağı büdcəli hava yolları şirkətlərinin paytaxt Bakı ilə yanaşı, bölğələrdə, regionlarda olan hava limanlarına uçuşlarını təşviq etmək laızmdır"
İşğal altında olan ərazilərimizin tarixi zəfərimiz nəticəsində azad olunması Azərbaycanın turizm imkanları, potensialının da artmasına, yeni turizm marşrutlarının işlənib hazırlanmasına yol açdı. Artıq 5 ildən çoxdur ki, azad olunmuş ərazilərdə turizmin inkişafı istiqamətində də müvafiq işlər görülür, tədbirlər həyata keçirilir. Ötən müddət ərzində Qarabağ və Şərqi Zəngəzurda otel və mehmanxana komplekslərinin tikilib istifadəyə verilməsi bunun əyani sübutudur. Bəs görəsən Qarabağ və Şərqi Zəngəzurun turizm imkanları, onun potensialı ayrı-ayrı turizm şirkətləri tərəfindən necə təbliğ olunur?. Həm bu, həm də ümumilikdə ölkəmizin turizm potensialı, onun perspektivləri barədə “Zakher Travel” turizm şirkətinin direktoru Cəfər Qara ilə söhbətləşdik.
-Cəfər bəy, hazırda Azərbaycanın turizm imkanları, potensialı və perspektivlərini necə dəyərləndirirsiniz?
-Azərbaycanın kifayət qədər turizm potensialı, imkanları, eyni zamanda perspektivləri var. Çünki respublikamızın əlverişli iqlimi, relyefi, dəniz, dağ, çaylar, meşə massivləri mövcuddur. Bütün bunlarla yanaşı ölkəmizdə müxtəlif millətlərin nümayəndələri yaşayır, zəngin tarixə, mədəniyyətə, incəsənət və milli mətbəxə malik ölkəyik. Yəni Azərbaycana səfər edən istənilən xarici turist qısa müddət ərzində bütün bu sadaladığım nümunələri görə bilər. Bəzən elə olur ki, Azərbaycanın bir tərəfində qar yağanda, digər bölgəsində hava Günəşli olur. Dörd fəsilin hər birini burada yaşamaq olur. Qış turizm potensialımız da böyükdür və hər il dekabrın 15-dən martın sonuna qədər Azərbaycanda 3 ay 15 günlük qış turizm mövsümü mövcud olur. Bildiyiniz kimi hazırda ölkədə 3 xizək qış turizm kompleksi mövcuddur. Bunlara Qusarda Şahdağ, Qəbələdə Tufandağ, Naxçıvanda Ağbulaq qış turizm kompleksləri daxildir. Bu da çox mühüm əhəmiyyətlidir. Açığını deyim ki, əvvəl turizm mövsümü deyəndə yalnız yay aylarını nəzərdə tuturduq. Ancaq hazırda mövsüm anlayışı aradan qalxıb və yay turizmi ilə yanaşı qış turizmi də mövcuddur. Bu sahə ildən-ilə daha da inkişaf edir. Məlum olduğu kimi işğaldan azad edilmiş ərazilərdə də yeni kanat xətləri çəkilir və həmin kanat xətlərinin çəkilməsi gələcəkdə həmin ərazilərdə qış turizminin inkişaf etdirilməsi, bu istiqamətdə infrastrukturun yaradılmasına gətirib çıxaracaq.

-Bu il necə, turizm sahəsində pandemiyadan əvvəlki nəticələri təkrarlaya bildikmi?
-Çox təəssüf ki, xeyr. Bunu ürək ağrısı ilə deyirəm. Biz turizm sahəsində 2019-cu ildə əldə etdiyimiz nəticələri hələ təkrarlaya, bərpa edə bilməmişik. Məndə olan məlumata görə, cari ilin 9 ayı ilə keçən ilin müvafiq dövrünü müqayisə etdikdə görürük ki, 2 faiz geridəyik. 2019-cu ildən, yəni pandemiyadan əvvəlki illə müqayisədə isə Azərbaycana xarici ölkələrdən gələn turistlərin sayına görə təxminən 30 faiz geridəyik. Əsas məqsədimiz təbii ki, pandemiayadan əvvəlki dövrü qısa müddətdə bərpa edib statistikanı yeniləməkdir. Təəssüf ki, bu gün üçün bu real deyil.
-Ölkəyə daha çox turist cəlb etmək üçün hansı addımları atmaq, nələri etmək lazımdır?
-Ən əsası aşağı büdcəli hava yollarının paytaxt Bakı ilə yanaşı, bölğələrdə, regionlarda olan hava limanlarına uçuşlarını təşviq etmək, buna imkan yaratmaq, onun həyata keçməsini təmin etmək lazımdır. Məsələn, Qəbələ, Gəncə hava limanları ilkin olaraq seçilə bilər. Bu zaman region da daha çox inkişaf edəcək və zəncirvari şəkildə turizmə yaxın olan sektorların da inkişafına zəmin yaranacaq. Buna misal olaraq qonşu Gürcüstandakı Kutaisi hava limanını göstərmək olar. Belə ki, əksər aşağı büdcəli hava yolu şirkətlərinin Kutaisi şəhərinə uçuşları həyata keçirilir. Eyni şeyi biz də Azərbaycanda Qəbələ və Gəncə şəhərlərindəki hava limanları üçün tətbiq edə bilərik.

İkinci diqqət edilməli olan mühüm məqam sadələşdirilmiş viza rejiminin tətbiq olunmasıdır. Qonşu ölkələrdən ikisi sadələşdirilmiş viza rejimi tətbiq etdiyi üçün xarici turist cəlb etmək baxımından bizdən çox irəlidədirlər. Gürcüstan bu sahədə bizdən təxminən 4 dəfə öndədir və il ərzində 8 milyona yaxın turist cəlb edir.
-Azərbaycana daha çox istirahət məqsədilə, yoxsa sağlamlıq turizminin imkanlarından yararlanmaq üçün turist gəlir?
-Azərbaycana indiki halda xarici turistlər daha çox istirahət, tətil üçün gəlir. Müəyyən bir qism turist isə sağlamlıq turizminin imkanlarından yararlanmaq üçün ölkəmizə üz tutur. Bunlar daha çox keçmiş ittifaq ölkələrindən olan vətəndaşlardır. Hansı ki, həmin illərdən onlarda istər Naftalan, istər Naxçıvan Duz Dağ Kompleksi barədə məlumat olub və bu gün də həmin komplekslərin faydasını görmək üçün keçmiş ittifaq ölkələrindən olan vətəndaşlar Azərbaycana gəlir. Yerdə qalanlar isə təbii ki, istirahət məqsədilə Azərbaycana gələnlərdir.
-Azad edilmiş ərazilərdə turizmin inkişafı istiqamətində atılan addımlar Qarabağı, Şərqi Zəngəzuru nə dərəcədə cəlbedici edir?

-Bunlar hamısı bir-birinə bağlıdır. Ölkə rəhbərliyi, hakimiyyət bütün bunları görür və dəqiq, hesablanmış, planlı şəkildə layihələndirilir, addımlar atılır, təməllər qoyulur. Bəziləri artıq fəaliyyətə başlayıb. Buna misal, son günlərdə Zəfər bayramı çərçivəsində gördük ki, işğaldan azad olmuş ərazilərə kifayət qədər axın, tələb var. Hətta kecələmək üçün bütün otellər dolmuşdu. Mehmanxanalar kifayət qədər sürətlə tikilir, hətta fəaliyyətə başlayan da var. Həm aşağı büdcəli, həm də orta və yüksək kateqoriyalı otel və mehmanxanalar tikilir. Bununla yanaşı, sanatoriyalar tikilir, kanat xətləri çəkilir. Təxminən 3-5 il sonra biz artıq orada real nəticələri görəcəyik və bölgələr üzrə qəbul edilən turistlərin sayından danışacağıq. Bunların hamısı təqdirəlayiqdir, alqışlanmalıdır və zəruridir. Bölgənin yenidən inkişafı, sürətlə bərpası prosesi gedir. Orada olan mövcud polis postlarının sayının azaldılmasının özü də turizmə töhfədir ki, nəticədə xarici turistlər özlərini orada daha Rahat hiss edəcəklər. Çünki xarici turist bölgəyə, rayona girəndə postlarda yoxlanışlardan keçirdi ki, bunun nəticəsində o özünü diskonfort hiss edirdi.
-Azad edilmiş ərazilərdə turizmin inkişafı məqsədilə atılan addımlar Qarabağ və Şərqi Zəngəzuru nə dərəcədə cəlbedici edir?
-Hazırda Azərbaycan Turizm Bürosu ilə Körfəz Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrdə səfərdəyik. Küveytdə olduq və növbəti istiqamət Qətərdir. Ondan sonra Isə Oman, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanına səfərimiz olacaq. Keçirdiyimiz görüşlərdə, tədbirlərdə və sərgilərdə Azərbaycanın ayrılması bir parçası olan Qarabağ və Şərqi Zəngəzurun turizm potensialını təbliğ edirik, videoçarxlar nümayiş etdiririk. Eyni zamanda bukletlər paylayır, Qarabağla bağlı olan turpaketlərimizi onlara təqdim edirik.
Artıq bir neçə ölkədən xarici turist qəbul etməyə başlamışıq. Təbii ki, ilk növbədə qardaş ölkə olan Türkiyədən daha çox turist qəbul edirik. Digər ölkələrdən vətəndaşlar da Qarabağa turist kimi səfər etmək istəklərini ifadə edirlər və biz də bunu təmin edirik. Biz mütəmadi bu işlə məşğul oluruq. Gələn il keçiriləcək müxtəlif turizm sərgilərində də Şuşanın, xüsusilə də Qarabağın, Şərqi Zəngəzurun turizm potensialı təbliğ ediləcək, video çarxlar, şəkillər, fotolar, bukletləri, braşurlar və tur paketlər təqdim olubacaq.
-Şirkət olaraq xarici səfərlər və turizm sərgiləri zamanı Qarabağın turizm potensialını təqdim edirsinizmi? Ümumiyyətlə, bu məqsədlə hansı addımlar atırsınız, yaxud atmağı düşünürsünüz ki, Qarabağ, Şərqi Zəngəzura daha çox turist cəlb edə bilək?
-Qarabağ, Şərqi Zəngəzura daha çox turist cəlb etmək üçün hazırda orda aparılan surətli inşaat işləri ilə yanaşı, eyni zamanda sürətli şəkildə mina təmizləmə işləri də aparılmalıdır ki, insanlar, xarici turstlər bu bölgədə mina təhlükəsizliyi barədə tam arxayın olsunlar.
Həmçinin orada mövcud olan yoxlama postlarının tam olaraq aradan qaldırılması bölgənin tam adaptasiya, inteqrasiya olduğunu göstərəcək və xarici turistlər Bakıdan maşına oturub Qəbələyə, Gəncəyə getdikləri kimi, eyni ilə Şuşaya, Xankəndiyə və Laçına gedəcəklər.
Süleyman İsmayılbəyli
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:540
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 12 Noyabr 2025 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see324

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see262

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see257

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see250

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see248

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see236

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see227

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see227

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see224

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see223

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see221

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see217

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see215

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see211

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see206

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see192

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see187

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see180

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see173

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri