Icma.az
close
up
RU
“Bir gün ilk dəfə içdən, gerçək, səmimi bir gülüşlə güldüyümü fərq etdim”

“Bir gün ilk dəfə içdən, gerçək, səmimi bir gülüşlə güldüyümü fərq etdim”

Olay.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Bir gün ilk dəfə içdən, gerçək, səmimi bir gülüşlə güldüyümü fərq etdim”

Mərhum Xalq yazıçısı Rüstəm İbrahimbəyovun qızı Fatimə İbrahimbəyova atası ilə bağlı paylaşım edib.

OLAY yazır ki, o, atasının vəfatından sonra yaşadıqlarından yazıb:

“Üç il əvvəl atam vəfat edəndə nə baş verdiyini dərhal dərk etmədim. Onun ölümü ilə bağlı sözlər havada səslənirdi, amma mən onları eşitmirdim. Dünya sanki yapışqan kimi ağırlaşmışdı, düşüncələrim yavaş hərəkət edirdi. İçimdə qəribə, soyuq bir sakitlik vardı – xəyanətə bənzər bir hiss. Axı ən yaxın insanını itirəndə ağrı hiss etməlisən. Amma mən heç nə hiss etmirdim. İnsanlar zəng edir, yazır, gəlir, məni qucaqlayırdılar… Mən başımla təsdiqləyir, dinləyirdim, amma içim boş idi. İtkinin ağrısı dərhal gəlmədi. O, səssizcə yaxınlaşdı, bu boşluğu doldurdu. Xatirələrlə içimə işləyir, sinəmi sıxır, nəfəsimi boğurdu. Elə bil dünya bir şüşənin o biri tərəfində idi, mən isə bu tərəfdə. Kədər mənim bir hissəmə çevrildi. 

Onu ikinci bir dəri kimi daşıyırdım. Elə bil onu üzərimdən atsam, unutmuş olacaqdım. Zaman sağaltmır, sadəcə kəskinliyi azaldır. Əvvəlcə hər gün o anı yenidən yaşamırsan. Sonra “zəng etmək” refleksi yox olur. Daha sonra isə özünü onun haqqında keçmiş zamanda danışarkən tutursan. Və sonra qəbul etmə gəlir. O, hiss olunmadan yaxınlaşır. Ağrı artıq səni iflic etmir. O, sadəcə sənin bir parçana çevrilir. Bir gün ilk dəfə içdən, gerçək, səmimi bir gülüşlə güldüyümü fərq etdim. Və birdən başa düşdüm: sevinc heç yerə getməyib. O, sadəcə, onu yenidən qəbul etməyə hazır olmağımı gözləyirdi. Və atam da məhz bunu istəyərdi. Qəbul etmək – unutmaq deyil. Bu, özünə yenidən həyata sevinməyə icazə verməkdir. Amma fərqli şəkildə. İndi hər gözəl anın içində onun da yeri var. Hər uğurumda onun dəstəyi. Hər xoş günümün içində onun müdrikliyi. Başa düşdüm ki, o, getməyib. O, buradadır. Mən onsuz yaşamıram. Mən onunla yaşayıram. Sadəcə, başqa cür”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:183
embedMənbə:https://olay.az
archiveBu xəbər 10 Mart 2025 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see372

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see368

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see345

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see340

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see339

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see305

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see297

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see274

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see272

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see251

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see245

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see229

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see213

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see210

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see203

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see203

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see201

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see179

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see173

Anamla atam ailə qurmağımı istəyir

25 Oktyabr 2026 00:12see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri