Bir gündür sakinlər susuz qalıb, rəsmi səhifənin paylaşımı isə müzakirə olundu
Icma.az, Olke.az portalına istinadən məlumat verir.
İsti iyul günlərində suyun verilməməsi əhali üçün əsl çətinliyə çevrilib. Bu gün Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində suyun kəsilməsi ilə bağlı narahatlıq doğurub. Artıq bir gündür ki, ərazidə su təchizatı yoxdur.
Sakinlər problemi öyrənmək məqsədilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin rəsmi feysbuk səhifəsinə üz tutsalar da, orada bu barədə heç bir məlumatla rastlaşmayıblar. Səhifədəki son paylaşım isə müzakirə mövzularından biri olub.
"Grammar Azi" səhifəsinin admini Murad Hüseynov bu məsələni özünəməxsus ironiya ilə belə şərh edib:
“İsti iyul axşamında suyun kəsilməsindən gözəl nə ola bilər? Heç nə. Dedim, bəlkə, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin feysbuk səhifəsində bu barədə məlumat olar. Yox, son paylaşım ‘jurralistlərə’ təbrik haqqındadır. Ən çox sevdiyim məqam isə başlığın qarşısında ‘başlıq’ yazılması oldu.”
Hazırda suyun nə zaman bərpa olunacağı ilə bağlı rəsmi açıqlama verilməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 20 İyul 2025 22:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















