Bir hərəkətlə qarşı tərəfi inandırmağın asan yolu Açıqlama
Icma.az bildirir, Milli.az portalına istinadən.
Həmişə deyilir ki, jestlər danışıqdan daha təsirlidir. İnsan kiçik bir hərəkətlə qarşısındakının emosiyalarını dəyişə bilər.
Milli.Az xəbər verir ki, bu barədə Bbədən dili üzrə ekspert Adrianne Carter söyləyib.
O, insanlara qarşısındakı ilə arasında səmimiyyət yaratmağın ən tez və sadə üsulunu açıqlayıb.
Ekspert başı bir az əyməyin insanlarla ünsiyyətdə sizi dərhal daha dostyana göstərdiyini bildirib. TikTok hesabında paylaşım edən Carter qeyd edib ki, başın əyilməsi sizi insanlara daha səmimi göstərir.
Mütəxəssis bildirib ki, başın bir tərəfə əyilməsi həm söhbəti diqqətlə dinlədiyinizi, həm də qarşınızdakına etibar göstərdiyinizi nümayiş etdirir. Bu jest, insanların sizi daha rahat qəbul etməsinə və ünsiyyətin daha pozitiv atmosferdə davam etməsinə imkan verir.
Ekspertlər bildirir ki, başın əyilməsi həm də bioloji cavabdır. Belə ki, boynun açıq qalması, qarşındakına etibar və rahatlıq siqnalı verir. Bu sadə jest ünsiyyətdə səmimiliyi artırmaq üçün effektiv üsuldur.
İsmayıl
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 10 Sentyabr 2025 02:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















