Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

Bu meyvələrin qabığını yemək olarmı?

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Bir, iki, üç: bəs sizin neçə uşağınız var?

Bir, iki, üç: bəs sizin neçə uşağınız var?

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Son 10-15 gündür sosial şəbəkələri bir foto bəzəyib, insanların təbəssümlə paylaşdığı, bəyəndiyi, şərh yazdığı bir çoxuşaqlı ailə fotosu. Zərdab rayonunun Sarıqaya kəndində yaşayan Mustafayevlər ailəsinin böyütdüyü 7 uşaq bütün ölkədə maraqla qarşılandı. 2011-ci ildə ailə həyatı qurmuş ata və ana – Amil və Sevda Mustafayevlər 4 qız, 3 oğlan olmaqla, 7 övlad böyüdürlər. Onlardan 6-sı atanın idman müəllimi olduğu kənd məktəbində təhsil alır, ən kiçikləri isə məktəbəqədər hazırlıq sinfindədir.

Ata mətbuata açıqlamasında özü də çoxuşaqlı ailədə böyüyüb: “ailədə 13 uşaq olubmuşuq - 8 qardaş, 5 bacı. Bəlkə də bu, genetik kodlara da təsir edir. Biz özümüz istəmişik ki, 7 övladımız olsun. Bizim heç bir işimiz plansız olmur, istər ailə büdcəsi, istər dolanışıq, işimiz. Belə olmasa, mümkün deyil. Plansız bir iş olsa, bu işlərin öhdəsindən gəlmək olmaz. Şükür Allaha, hamısı gül kimi uşaqdır. Mənim valideyn kimi üzərimə düşən yük onların təhsilli, sağlam böyüməsidir. İstəyirəm ki, digər ailələrə nümunə olaq. Bəzən düşünürlər ki, “çoxuşaqlı olmaq təhsildən, yaxşı yaşayışdan, cəmiyyətdən geri qalmaq deməkdir”. Əsla yox, bizim ailədə bunun heç biri yoxdur. Bununla bərabər, kənardan göründüyü qədər də asan deyil. Bu məsələdə səbir, sevgi, məhəbbət olmalıdır. Maddi cəhətdən də işlərin öhdəsindən gəlirik, həm dövlətin hər uşağa verdiyi sosial müavinət var, həm də özüm, yoldaşım müəllim işləyirik. Yəni, bir təhər qayğıların öhdəsindən gəlirik. Hər şey qaydasındadır. Yeri gəlmişkən, çoxuşaqlı olmağın daha çox müsbət tərəfləri var. Uşaqların sevincini görmək, gülüş səslərini eşitmək, böyüdükdə isə onların sənə arxa-dayaq olmaları… Vətənə, torpağa, ailəyə sevgi varsa, 10 uşağın da olsa, öhdəsindən gələ bilərsən”.

Bu gün çoxuşaqlılıq müasir dünyanın ölkədən-ölkəyə dəyişən rəqəmləri ilə xarakterizə olunan anlayışdır. Bir ölkədə 2 uşaq ailə üçün çox sayılır, digər ölkədə 5-6 uşaqlı ailələrin daha çox uşaq sahibi olmaq barədə arzuları var. Çoxuşaqlılıq fərqli ölkələrdə fərqli səbəblərlə - demoqrafik, iqtisadi, sosial və mədəni faktorlarla sıx bağlıdır.

Dünya ölkələrində doğum sayı fərqli olduğuna görə bir qadına düşən uşaq sayı da kəskin fərqlənir. Afrika ölkələri - Niger, Çad, Somali dünyada ən yüksək doğum nisbətinə sahib olan ölkələrdəndir. Bu ölkələrdə bir qadına düşən orta uşaq sayı 5-7 arasındadır. Bu çoxuşaqlılığı könüllü istəməkdən ziyadə, ailə planlaması, hamiləlikdən qorunma kontraseptivləri barədə məlumatsızlıqdan irəli gəlir. Cənubi Asiya və bəzi Orta Şərq ölkələrində - Pakistan, Əfqanıstanda da çoxuşaqlı ailələr daha çoxdur. Avropa, Yaponiya, Cənubi Koreya və Kanada kimi inkişaf etmiş ölkələrdə 3 və daha çox uşağı olan ailələr demək olar ki nadir rastlanır, bu ölkələrdə ailələr adətən 1-2 uşaqla kifayətlənirlər.

Adətən çoxuşaqlılığa təşviq edən əsas səbəb ənənəvi və dini dəyərlər olur. Xüsusilə də müsəlman ölkələrində ailədə çox uşaq bərəkət və ya ruzi kimi qiymətləndirilir. Lakin elə ölkələr də var ki orada xüsusilə uşaqların kənd təsərrüfatlarında ucuz işçi qüvvəsi olması ailələri çoxuşaqlılığa sövq edir. Bir sıra ölkələrdə isə sosial təminatı olmayan, gələcəyindən narahatlıq duyan valideynlər çoxuşaqlılığı qocalığa yatırım olaraq görürlər.

Bəzi ölkələrdə qadınların təhsilə, karyeraya verdiyi önəm artıqca ailədə doğulan uşaqların sayı azalır, bəzi ölkələrdə isə ailə planlaşdırmasının məhdudluğu, kontraseptiv vasitələrə çıxış məhdud olduğu üçün doğum sayı yüksək olur. Yəni əslində çoxuşaqlılıq bəzən seçim, bəzən məcburiyyət olur.

Çoxuşaqlılıq meyarları hər ölkədə fərqli təsnif edilir. Meyarlar, əsasən, sosial yardım, vergi güzəşti, dövlət dəstəyi, ev və ya torpaqla təminat, uşaqlar üçün bank hesabı, müxtəlif sosial imtiyazlardır. Rusiyada 3 uşağı olan ailələr dövlətdən mənzil və ya torpaq sahəsi alır, bu ailələrin uşaqları məktəblərdə pulsuz qidalana bilirlər, imtiyazlı nəqliyyat istifadəçiləri olurlar, hər ay dövlət uşaqpulu ödəyir, hər uşaq üçün dəyəri təxminən 10 min AZN olan kapitalı olan sertifikat təqdim edilir. Bu sənəd nağdlaşdırıla bilməz, mülk alan zaman ilkin ödəniş kimi təqdim edilə bilər. Fransada da 3 uşağı olan ailələr çoxuşaqlı statusu alır, onlara vergi güzəştləri edilir, uşaq pulu alırlar, komunal güzəştləri və dövlət bağçalarına qəbulda üstünlükləri olur.

Almaniya qanunlarına görə 3 uşağı olan ailə rəsmi olaraq çoxuşaqlıdır və bu meyar üçün təyin edilmiş bütün imtiyazlardan istifadə edirlər. 3 uşağı olan ailələrin uşaqpulu və digər sosial ödənişləri uşağın sayına görə artır. Eyni tətbiq Türkiyədə də aktivdir, 3 uşaqlı ailələr çoxuaşqlılıq meyarına uyğundur və dövlət tərəfindən imtiyazları var. ABŞ-da "çoxuşaqlı ailə" anlayışı qanunvericiliklə tənzimlənmir, lakin bir çox dövlət proqramı 4 və daha çox uşaq olan ailələri çoxuşaqlı sayır, ərzaq yardımı, ödənişsiz tibbi xidmət, digər sosial yardım proqramları uşaqların sayına görə tənzimlənir.

Ümumiyyətlə, BMT və UNICEF kimi qurumlar 3 və ya 4 və daha çox uşağı olan ailələri çoxuşaqlı kimi qiymətləndirirlər və imtiyazlarının olmasını dəstəkləyirlər. Azərbaycanda yalnız 6 və daha çox uşağı olan ailələr çoxuşaqlılıq statusu ala bilir və hər uşaq üçün dövlət 140 AZN müavinət ödəyir. Uşaqlar bu məbləği 18 yaşınadək, əgər təhsilləri davam edirsə 23 yaşınadək ala bilərlər. Çoxuaşqlı ailənin əmək və məşğulluq güzəştləri olur, çoxuşaqlı analara iş yerlərində güzəştli şərtlər tətbiq olunur, əmək pensiyasına çıxışda əlavə hüquqları və sosial mənzilə müraciət imkanı olur.

Lalə Mehralı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:187
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 Sentyabr 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see686

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see487

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see281

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see279

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see265

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see262

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see255

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

09 Sentyabr 2026 15:12see250

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see249

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see248

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see246

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

09 Sentyabr 2026 15:28see236

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see232

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see227

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see227

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see223

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see222

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see215

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see214

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri