Icma.az
close
up
RU
Bir deyil, iki deyil, üç deyil... FELYETON

Bir deyil, iki deyil, üç deyil... FELYETON

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İnternet dünyası dünyamıza baş vurandan sonra onu bizdən aldı. İndi bizim dünyamız yoxdur, internet dünyası vardır. Ta bir-birimizə qonaq getmirik, görüntülü danışırıq. Ta bir-birimizə məktub yazmırıq, ismarıc göndəririk. Nəyimizə lazımdır tez-tez kəndlərə gedib yaşlıları ziyarət etmək? Onları görüntülü telefon danışıqlarında hərdən görürük də...

Qız bəyənmə, elçilik, bayramlaşma, başsağlığı, özünüreklam, eyham, söz ilişdirmə, olanını göstərmək, olmayanı əsla düşünməmək-hamısı sosial şəbəkələrdə dünyamızı əlimizdən ala-ala getməkdədir.

İndi yalan danışanların sayı artmaqdadır. Bilmirəm, süni qidaların təsirindəndir, yoxsa elə bu internet dünyasının bəxşişidir, nədir, yalan danışan insanların sayı artmaqdadır. Bəzi insanlar verdikləri sözü tuta bilmir, hansısa vasitə əlindən dartıb alıb onu yalançı edir. Yalan danışmaq yolunun hara qədər davam edəcəyi isə hələlik məlum deyil.

Dünya əvvəlki dünya deyil, vallah. Dəyişilənlər çoxdur. Geyimlər, saçlar, üzlər, dəblər... Baxırsan ki, o tərəfdən bir oğlan gəlir, saçının bir hissəsi bənövşəyi rəngdə. Corabının biri qırmızı, biri yaşıl rəngdə. Deyirsən, İlahi, bəlkə səhərin sübhündə qaranlıq olub, corabları səhv geyinib. Lakin onu ayaqdan başa qədər süzdükdə və başda dayandıqda, saçların da iki rəngdən ibarət olduğunu gördükdə, anlayırsan ki, yox, heç bir səhvlik yoxdur, bu, oğlanın özünəməxsus dəbidir.

Küçədə bir qızla rastlaşırsan. Baxırsan ki, əynindəki paltara bir neçə santimetr parça istifadə olunub. Ətək beldən bir qarış aşağı, köynək beldən bir qarış yuxarı. Qalan yerlər açıq... Deyirsən, ilahi, nənələrimizin o vaxtlar ətəkləri bəlkə də 8-10 metr parçadan qat-qat tikilirdi, görəsən onlar o ağırlıqda ətəklə necə gəzib dolanırdılar? 8-10 uşağın qayğısına qalırdılar, üstəlik ev və bayır işləri. Su evdən neçə kilometr aralıda. Kanalizasiya yox. Suyu evlərə daşıdıqları kimi, tullantı suları da eynilə evdən xeyli kənara daşıyırdılar, həm də o qatlama, uzun ətəklərdə.

İndiki əksər cavanın yay-qış ayağı açıqdır. Yəqin mənim kimi siz də müşahidə etmişiniz. Oğlan-qız baxırsan ki, ayağında yalnız ayaqqabının içinə geyilən balaca bir corab var. O corabla şalvarın ayağı qarşındakı məsafə lütdür. Oğlanları demirəm, qızlar bunun altını əvvəl-axır çəkəcəklər. Belə də dəb olar? Axı bu qızlar sabah ana olacaq, dünyaya, daha doğrusu dünyamıza uşaq gətirəcək. Bu açıq ayaqların çəkib canlarına verdiyi soyuğun bədənlərindən çıxması üçün görəsən neçə il lazım olacaq?

Məktəbə gedən uşaqları görəndə, vallah adamın yazığı gəlir. Çantalarının özlərindən ağır olması kənardan hiss olunur. Bunu düşünən valideynlər də indi uşaqları ilə birlikdə məktəbə gedir, məktəbdən gəlir. Çünki onların əsas vəzifələrindən biri də uşaqlarının çantasını daşımaqdır. Nə etsinlər, ya daşımalıdırlar, ya da irəlidə övladlarını xəstəxanalarda gəzdirməli, əyilmiş sümüklərinin müalicəsi ilə məşğul olmalıdırlar. Bunu da edə bilsələr və ya bunu bacaran olsa...

Əvvəllər hava günəşli olanda baxırdın ki, analar körpələri gəzintiyə çıxarır. İndi bunu görmək bir o qədər tez-tez olmur. Çünki əksər analar telefon əllərində sosial şəbəkələrdə o qədər məşğuldur ki, bayırda havanın günəşli, yoxsa buludlu olmasından xəbərləri belə olmur. Körpələr də ki, evdəcə qalmalı olurlar. Bir az böyüyəndən sonra isə analar onları qoyur televizorun qarşısına, cizgi filmlərinə baxmağı tövsiyə edir. Bir də baxırıq ki, uşaqlarımız 4-5 yaşına çatıb, danışmır. Götürüb bu dəfə bayıra çıxarırıq və gəzmədiyimiz loqoped qalmır. Danışanda da uşaq ya türk, ya ingilis, ya da rus dilində danışır. Azərbaycan dilindən xəbərləri əsla olmur.

Nə isə... Dünyamızda o qədər qeyri-adiliklər var ki... Hələ iki-üçündən danışdım. Dəyişənlər yaman çoxdur…

Mətanət Məmmədova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 07 İyul 2026 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see944

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see569

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see314

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see299

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see297

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see294

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see290

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see248

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see222

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see198

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see191

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see190

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see188

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see188

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see188

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see185

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see183

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see179

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see171

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri