Icma.az
close
up
RU
Bir il ərzində 30 mindən artıq namizəd elektron imtahan verib Vəfadar Misirov

Bir il ərzində 30 mindən artıq namizəd elektron imtahan verib Vəfadar Misirov

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

"Son bir il ərzində müxtəlif kateqoriyalar üzrə 30 mindən artıq namizəd Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda imtahan verib. Bu imtahanlardan təxminən 6 mini dövlət qulluğu sahəsini əhatə edib. Namizədlərin təxminən yarısı ümumi əsaslı imtahanlarda, digər yarısı isə müxtəlif növ imtahanlarda iştirak edib". SİA xəbər verir ki, bu fikirləri Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov aprelin 8-də elektron imtahanlar korpusunda təşkil olunan mediaturda çıxışı zamanı səsləndirib.

Aparat rəhbəri bildirib ki, bir il ərzində 9 beynəlxalq imtahan da uğurla təşkil olunub. Yazılı cavab tələb edən tapşırıqların yoxlanılması xüsusi prosedurla həyata keçirilir. Mərkəzin fəaliyyətində istifadə olunan “qapalı zona” sistemi bu prosesin təhlükəsizliyini və şəffaflığını təmin edir. Həmin zonada həftəlik əsasda 30-40 ekspertin iştirakı ilə qiymətləndirmə aparılır və bu mühitdə imtahan materialları tam məxfi şəkildə hazırlanır.

V.Misirov qeyd edib ki, buraxılış və qəbul imtahanları çərçivəsində mart ayında keçirilən imtahanların nəticələri altı həftə ərzində emal olunur. Onun sözlərinə görə, onlayn yoxlama sistemi vasitəsilə ekspertlər regionlardan birbaşa sistemə qoşularaq cavabları qiymətləndirə bilir. Bu il mart ayında keçirilmiş imtahanlarda ümumilikdə 1,7 milyon test tapşırığı yoxlanılıb. Hər tapşırıq azı iki marker tərəfindən yoxlanılır və cavablar uyğun gəlmədikdə üçüncü marker prosesə cəlb olunur. “Bu prosesin düzgün aparılması böyük məsuliyyət tələb edir. Hər bir cavabın dəqiq və obyektiv qiymətləndirilməsi bizim əsas prioritetimizdir”, – deyə Vəfadar Misirov əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://sia.az
archiveBu xəbər 08 Aprel 2025 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see361

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see332

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see326

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see270

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see257

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see248

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see236

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see232

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see229

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see225

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see222

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see220

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see216

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see203

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see194

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see186

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see185

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see177

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see177

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri