Icma.az
close
up
RU
Osteoporoz lal epidemiya

Osteoporoz lal epidemiya

Saglamolun saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Sümük – daim təzələnən toxumadır. Sümüklərin orqanizmdə əsas vəzifələrindən biri mineral maddələr mübadiləsidir. İnsanın bütün ömrü boyu onun skeleti daimi regenerasiyaya uğrayır, yəni sümük toxuması daimi olaraq dağılır və yeni əmələ gələn sümük toxuması ilə əvəz olunur.

Müasir məlumatlara əsasən, insan skeleti 10-15 il ərzində tam şəkildə yenilənir.

Yeniyetmə və gənc insanlarda sümüklərin əmələ gəlmə prosesi onların dağılması prosesindən üstün olur. Ona görə də onlarda sümük toxumasının sıxlığı artır. Bu proses yalnız “sümük kütləsinin zirvəsi” adlanan müəyyən bir həddə qədər davam edir ki, bu da təxminən 20-30 yaş arasında baş verir. Bundan sonra isə sümük kütləsinin tədricən itirilməsi baş verir.

Osteoporoz zamanı nəinki sümük toxuması kütləsinin itməsi, həmçinin onun daxili strukturunun da pozulması baş verir ki, bunun da nəticəsində sümüklər kövrək olur. Bu zaman hətta kiçik travmalar nəticəsində, bəzən isə travmalar olmadan da (boy ölçüsündə olan hündürlükdən yıxıldıqda, bədənin əyilməsi, çevrilməsi zamanı və s.) sümüklərdə sınıqlar baş verir. Sümük toxumasının itirilməsi nəzərə çarpmadan baş verir və buna görə də xəstəlik yalnız sümükdə sınıq baş verdikdən sonra aşkar olunur. Osteoporoz üçün xarakterik olan xüsusiyyət sınıqların əsasən fəqərələrdə, bud sümüyünün boynunda, bazuönü sümüklərində baş verməsidir. Bu sınıqların tezliyi yaş artdıqca həm qadınlarda, həm də kişilərdə artmış olur. Ümumiyyətlə, sümük sınıqlarının 70%-nin səbəbi də məhz osteoporozdur.

Sınıqlar içərisində məhz fəqərələrin və bud sümüyü boynunun sınıqları osteoporoz xəstəliyinin ən ciddi fəsadlarından hesab olunur. Belə ki, bud sümüyü sınığı olanlar arasında travma aldıqdan sonra 1 il ərzində ölənlərin sayı 30% təşkil edir. Bu sınığa məruz qalanların 1/3-i özlərinə xidmət göstərmək qabiliyyətini itirərək digər şəxslərin daimi qulluğuna möhtac olur, 50%-ndə isə həyatın keyfiyyəti aşağı düşür.

Onurğa sütununda olan sınıqlar beldə daimi ağrıların yaranmasına, boy ölçüsünün qısalmasına, onurğanın deformasiyasına (“dulluq qozbeli”) və daxili orqanların funksional pozğunluqlarına səbəb olur.

Hazırda müasir dərman preparatlarının tətbiq edilməsi, müvafiq qida rejimi, fiziki hərəkətlər və həyat tərzinə əməl edilməsi nəticəsində osteoporozu müvəffəqiyyətlə müalicə etmək və sınıqların baş verməsinin qarşısını almaq olur.

Osteoporozun risk faktorları
Əfsuslar olsun ki, heç bir adam osteoporoz xəstəliyindən sığortalanmayıb. Mütəxəssislər osteoporoz xəstəliyinə meylli olan insanların 3 risk qrupunu ayırd edirlər. Bu qrup insanlar vaxtında həkimə müraciət edib müayinədən keçməli və müalicə almalıdırlar.

- Yaşın 50-dən artıq olması.

- Qadın cinsinə mənsub olmaq. Kişilərə nisbətən qadınlarda sümük toxuması əvvəlcədən daha nazik və yüngül olur. Menopauza (klimaks) baş verdikdən sonra qadınlarda sümük toxumasının ümumi kütləsi kəskin şəkildə azalmağa başlayır. Əgər klimaks dövrü qadınlarda yaşına uyğun olmayaraq (və ya uşaqlığın və onun artımlarının xaric edilməsi əməliyyatından sonra), vaxtından daha tez baş vermişdirsə, bu halda sümük kütləsinin azalması bioloji olaraq müəyyən edilmiş vaxtdan daha tez başlayır.

- İrsi meyllilik. Əgər sizin yaxın qohumlarınızda ağır olmayan travmatik zədələnmə zamanı sümük sınıqları (xüsusən də bud sümüyünün) baş verərsə, siz öz təhlükəsizliyinizi qorumaq üçün osteoporozun profilaktik tədbirlərinə riayət etməlisiniz.

- Uzun müddət ərzində sümüklərin vəziyyətinə təsir edən qlükokortikoidlərin (prednizalon və s.), hormonların və digər dərman preparatların qəbul edilməsi.

- Revmatik (revmatoid artrit) və endokrin xəstəliklər.

- Kişilərdə kişi cinsi hormonları olan androgenlərin çatışmazlığı (hipoqonadizm).

- Zərərli adətlərin olması – aktiv şəkildə siqaret çəkilməsi və alkoqollu içkilərin qəbul edilməsi.

Osteoporozun əlamətləri

Osteoporozu “lal epidemiya” adlandırırlar. Ona görə ki, əksər hallarda xəstəlik özünü heç bir əlamətlə büruzə vermir. Lakin bir sıra əlamətlər vardır ki, onlar dolayı yolla osteoporoz xəstəliyinin olmasına işarə edə bilərlər:

- 25 yaşında olan ölçüsünə nisbətən boyun 3-sm və daha artıq dərəcədə qısalması;

- Belin bir az bükülməsi, qamətin pozulması;

- Sümüklərdə və onurğa sütununda olan ağrılar;

- Dişlərin tökülməsi.
Ancaq əksər hallarda insanlar bu əlamətlərə fikir verməyərək, onları digər səbəblərlə əlaqələndirirlər. Buna görə də həkimlər yaşı 50-yə çatmış qadın və kişilərə, həmçinin risk qrupuna daxil olanlara (uşaqlığı yumurtalıqlarla birlikdə xaric edilən qadınlar, aktiv şəkildə siqaret çəkənlər, yaxın qohumlarında bud sümüyünün sınığı təsadüf edilən insanlar və s.) profilaktik olaraq sümüklərin mineral sıxlığının müayinəsindən keçmək məsləhət görülür. Bu məqsədlə xüsusi müayinə olan sümük densitometriyasından istifadə olunur!

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 05 Noyabr 2024 05:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həyatın görünməz tərəzisi Məryəm Bağırova yazır

18 Avqust 2026 14:25see669

Şimali Makedoniyada Qərbi Nil virusundan 4 nəfər ölüb

19 Avqust 2026 01:53see336

Müşfiq Ələsgərli: “Azərbaycanın geosiyasi əhəmiyyətinin artması Rusiyadakı mərkəzləri narahat edir”

19 Avqust 2026 01:51see301

İranın, ABŞ və İngiltərənin hərbi obyektlərini hədəf alması real görünür Şərh

19 Avqust 2026 16:56see291

Çində 5,9 bal gücündə zəlzələ baş verib

19 Avqust 2026 02:23see286

Azərbaycan əleyhinə danışan şəxs Rusiyada vəzifədən qovuldu

19 Avqust 2026 03:06see260

Mustafa Abbasbəyli nazirlikdə yeni vəzifəyə TƏYİN EDİLDİ

19 Avqust 2026 01:35see241

İnstagram da 1,4 milyon izləyicisi olan azərbaycanlı qız (VİDEO)

19 Avqust 2026 04:49see234

Xaricdə həyat qurmaq üçün ən yaxşı 10 ölkə Siyahı açıqlandı gecə

19 Avqust 2026 05:06see234

“Prezidentin verdiyi mesajlar regionumuzun gələcəyi baxımından böyük önəm kəsb edir” ŞƏRH

18 Avqust 2026 15:52see231

Cəmi iki dəqiqəyə əmanət təminatlı kredit!

19 Avqust 2026 10:01see197

FFF İnfantinoya “yox” deyəcək

19 Avqust 2026 00:26see180

Venesuelanın gündəlik neft hasilatının təxminən yarısının ABŞ yə ixrac edildiyi açıqlanıb

19 Avqust 2026 04:53see178

Tramp İranla Hörmüz boğazı üzrə hazırlanan razılaşmaya görə Omana hədə qorxu gəlib

19 Avqust 2026 02:34see178

Çətin anda uzanan yardım əli...

19 Avqust 2026 10:05see170

17 il sonra ekranlara qayıdır Rekord qonorar alacaq

19 Avqust 2026 06:20see169

Bakıda 30 küçədə təmir işləri BİTDİ

18 Avqust 2026 19:15see168

Rusiyada DƏHŞƏT: Ayı turist qızı çadırdan çıxarıb meşəyə apardı FOTO

19 Avqust 2026 09:57see161

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? Həkim AÇIQLADI

19 Avqust 2026 20:00see159

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri