Icma.az
close
up
RU
Bir iş yerində neçə il işləmək məsləhətdir?

Bir iş yerində neçə il işləmək məsləhətdir?

Azpost portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İş yerinə sadiqlik müsbət xüsusiyyət hesab olunsa da, eyni vəzifədə həddindən artıq uzun müddət qalmaq karyera inkişafına mənfi təsir göstərə bilər. Ekspertlər hesab edirlər ki, müəyyən mərhələdən sonra yeni iş imkanlarını dəyərləndirmək həm peşəkar inkişaf, həm də gəlir baxımından daha faydalı ola bilər. Bəs bir iş yerində nə qədər işləmək artıq risk sayılır?

“Allen Recruitment” şirkətinin təhlilinə görə, bir vəzifədə 5 ildən artıq qalmaq əksər peşələr üçün optimal hesab edilmir. Bununla belə, bu müddət çalışılan sahədən, şirkətdə irəliləmə imkanlarından və şəxsi karyera məqsədlərindən asılı olaraq dəyişə bilər.

Ekspertlər qeyd edirlər ki, eyni vəzifədə uzun müddət işləmək işçinin peşəkar inkişafını zəiflədə, yeni bacarıqlar əldə etməsini məhdudlaşdıra və əmək bazarında rəqabət qabiliyyətini azalda bilər. Xüsusilə texnologiyaların sürətlə dəyişdiyi dövrdə yenilikləri izləməyən əməkdaşların geridə qalmaq riski artır.

Araşdırmada bildirilir ki, iş yerini dəyişməyin vaxtının çatdığını göstərən əsas əlamətlər bunlardır:

yeni bilik və bacarıqlar qazanmamaq;  maaşın uzun müddət artmaması;  vəzifə yüksəlişi və yeni məsuliyyətlərin olmaması;  işdən narazı qalmaq, lakin dəyişiklikdən çəkinmək. 

Mütəxəssislərin fikrincə, bir şirkətdə uzun müddət vəzifə dəyişikliyi olmadan qalmaq işəgötürəndə əməkdaşın mövcud vəziyyətdən razı olduğu təəssüratı yarada bilər. Halbuki yeni işə keçid həm maaş artımı, həm də daha geniş karyera imkanları təqdim edə bilər.

“Allen Recruitment” namizədlərə iş bazarına çıxmazdan əvvəl CV-lərini yeniləməyi, peşəkar əlaqələrini genişləndirməyi, maraqlandıqları şirkətləri araşdırmağı və müsahibələrə əvvəlcədən hazırlaşmağı tövsiyə edir.

Şirkətin qənaətinə görə, karyera inkişafını davam etdirmək istəyən şəxslər üçün ən vacib məsələ uzun müddət eyni vəzifədə qalmaq deyil, yeni bacarıqlar qazanmaq və inkişaf imkanlarını vaxtında qiymətləndirməkdir./Valyuta.az/

AzPost.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://azpost.info
archiveBu xəbər 26 İyun 2026 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see212

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see202

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see199

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see192

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see185

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see182

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see179

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see178

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see175

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see174

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see172

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see169

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see168

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see166

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see165

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

03 Oktyabr 2026 04:53see164

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see162

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see162

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see161

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri