Icma.az
close
up
RU
Bir qərinə, iki il

Bir qərinə, iki il

Sitat.info saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Həyat hər kəsi müxtəlif cür sınayır. Gah iti, gah da ləng addımlarla keçilən kələ-kötür yollarda qarşılaşdığı çətinliklər bəşər övladı üçün bir zərrə sevincin və ya kədərin təzahürüdür. Ruh halının fərqli notlarında zaman, məkan anlayışını unutdurub hərdən şükürü, hərdən də üsyanı zikr etdirən hadisələr insanlığın ən böyük yaşam təcrübəsinə çevrilir. Əslində həyat və insanların gerçək üzü məhz hadisələrlə aşkara çıxır. Bəlkə ona görə ömür boyu bitməyən yolun hər qarışında irili, xırdalı qığılcımlar gizlidir? Bizim kiçik sayıb əhəmiyyət vermədiyimiz közərtilər belə nəzərdən yayınıb alova çevriləndə isə yalnız bir evin deyil, elin, yurdun, xalqın başına od ələnir. 
Yaşı ilk yaranışa bərabər bəşər tarixinin hər səhifəsi belə qığılcımların yol açdığı hadisələrlə doludur. Adına faciə, fəlakət dediyimiz hadisələr hər dövrdə cəmiyyətləri kölgə kimi izləyərək millətin taleyində dərin yaralar açıb. Yolu əzablardan keçən millətlərin qəhrəmanlıq tarixi də bax beləcə yaranıb. Xalqı üçün heç bir fədakarlıqdan çəkinməyən vətən balalarının yazdığı tarixə sahib olan hər millətin qan yaddaşına köçürülən ömür payı qəhrəmanlıq zirvəsinin silinməyən imzasıdır. 
Əziz oxucu, yəqin mənimlə razılaşarsan ki, hər dövrdə bəlalara düçar edilib qəhrəmanlıq tarixini qanla yazan millətlər sırasında Odlar yurdunun da öz imzası var. Əsrlərdən bəri aldığı yaralar qəlbinin ən dərin guşəsində qövr edib. Yaşadığı sarsıntılardan sonra özünü toplayıb ayaq üstə qalxmağı zaman alsa da nə əzmini, nə də mətanətini itirməyib. Elə bu cəhəti ömür boyu onu sevməyənlərə göz dağı olub. Od diyarının bağrında çatılan ocaqlar tarixin hər dövrünə işıq tutur. 
Dəyərli könül dostum, əslində bayaqdan bədii təsvirlərlə təqdim etdiyim duyğuların nüvəsində iki rəqəmli bir tarix dayanır. O gün yaşanan dəhşət nə dünyaya, nə də insanlığa sığırdı. Zənnimcə bundan 35 il əvvəli xatırlatmaq fikrimin ən mükəmməl izahı olar. 1990-cı ilin ilk ayında törədilən cinayətlər yüzlərlə günahsızın həyatını məhv etdi. Ananı bala, övladı valideyin itkisi ilə sınağa çəkən tarix xalqın yaddaşına qan donduran mənzərələrlə həkk oldu. Soyuq yanvar gecəsində hər kəsin taleyinə həyatla ölüm arasında çəkilmiş incə bir cizgi hakim idi. İllərdən bəri səksəkələr içində boğulan əhalinin varlığı yaşanan vəhşət qarşısında sanki daş kəsilirdi. Şahidlərin zehninə ilmə-ilmə işlənən hadisələr mənim də uşaq xəyalımın ən qorxulu nağılına çevrilmişdi. 
Həmin gecə tarix səhnəsindən boylanan təsvirlərin hər rəngi qaraya məhkum idi. Ətrafı qorxu saçan nəzərlərlə izləyib anlamağa çalışdığım hadisənin məna yükü bütün ölçü vahidlərini üstələyirdi. Nə yeriməyə, nə dayamağa macal tapmayan adamların axını dünyanı öz ağuşuna almışdı. Adına insan deyənlərin insanlığa qarşı vəhşiliyi yer planetini orbitindən çıxarıb məhv etsə heç kimin cınqırı da çıxmazdı. Uşaq ağılımla vəziyyəti təhlil edəndə suallar zəncirinin halqaları sıxlaşıb boğazıma iz salırdı. Yaşım artdıqca fikrimin duman pərdəsi yerini aydınlığa ötürdü və dünyada əsl susqunların danışmağa sözü çox adamlar olduğunu öyrəndim. Od-alov saçan səs-küydən qulaq tutulan gecənin mənim körpə zehnimin tozlu rəflərinə ölüm səssizliyi ilə həbs olacağı heç ağılıma gəlməzdi. 
İllər keçdikcə həm o tarixi, həm də hadisənin əsl mahiyyətini anlayıb dərin qatları və səbəbləri təhlil etdikcə ölkəmizə qarşı xüsusi amansızlıqla hazırlanmış cinayət planının nə o günün, nə də yaxın keçmişin deyil, əsrlərə dayanan kinin təzahürü olduğunu anladım. Başı bəlalı milləti yer üzündən silmək istəyənlər öz niyyətlərini sərhəd tanımadan yerinə yetirib cəmi bir neçə saatda misli görünməyən fəlakətin dırnaqarası qəhrəmanlarına çevrildilər. 
Gecəni səhərə bağlayan xananın ərişi nazildikcə ilmələrin sayı seyrəlir, naxışların rəngi isə avazıyırdı. Bitmək bilməyən saatlardan sonra dan ulduzunun parıltısı zülmün ocağına su səpmiş, günahsızları qətl edən yarasalar da öz zülmətlərinə həbs olmuşdular. Açılan hər yeni səhər əzabların ən ağırı ilə sınanan vətənimin yaralarına məlhəm çiləmək üçün yerə-göyə yalvarırdı. Göz yaşlarının sel olub Xəzərə töküldüyü günlərdə şəhərin bütün yolları, küçələr, səkilər qərənfilə qərq olmuş, eyvanlara qaralar asılmışdı. İyirmi yanvar faciəsindən sonra şəhid çiçəyinə çevrilən qərənfilin kövrək çiyninə ayrılıq dərdi yükləndi. 
Doğmalarının soyuq üzünü görmək istəyən insanlar axsaq bir ümüdün ətəyindən tutub hər çarəyə əl atırdılar. Ürək parçalayan talelərin sayı bir gecədə bəyaza boyanan tellər qədər idi. Ölkədə hər kəs səfərbər olub bu çarəsizliyi azaltmaq üçün çırpınırdılar. Küləklər şəhərinin ən uca guşəsi vətən balalarının son mənzili oldu. Şəhidlər xiyabanını ziyarət edənlərin ardı-arası kəsilmirdi. Ötən əsrin son onilliyi xalqın qəhrəmanlıq tarixində qürurdan bir abidə ucaltdı. O illərdə düçar olduğumuz hadisələr burulğanı daha neçə günahsızın nəfəsini kəsəcəkdi. 
Çox keçmədən Qarabağ alovlara büründü. Hər gün şəhid, yaralı xəbərləri gəlir, doğma yurdlarından didərgin salınan insanlar qaçqın damğası yeyib digər bölgələrə pənah aparırdılar. İtirilən ərazilərin sayı gün keçdikcə artırdı. Gücü tükənən insanların inamı sarsılmırdı. Millətin başına gələn bəlaların əsl səbəbi də bu inam və iradədə gizli idi. İnsanların “bəsdir fəraq odlarından kül ələndi başımıza!” şüarı zülmün buz tutmuş zindanında səsləndikcə zalımların hökmü sarsılırdı. 
Ötən əsrin son qərinəsində yaşanan haqsızlıqlara 44 günlük haqq savaşında qazanılan qələbə ən gözəl cavab oldu. Vətən dərdi ilə böyüyən oğullar ataların qisasını alıb narahat ruhları hüzura qovuşdurmuşdular. Odlar yurdu əsir torpaqlarına qovuşmuşdu. Nakam taleli insanların üzü az da olsa gülürdü. Ancaq sayılan məqamlar belə yaşanan fəlakətləri unutdurmağa qadir deyildi. Çünki, biz haqq savaşında qazanılan zəfəri, havasını udub suyunu içdiyimiz vətənin hər qarış torpağını qanı ilə suvaran igidlərə borcluyuq. Əgər sayılan və sayılmayan mübarizələr olmasa qələbəyə aparan cığırlar açılmazdı. Hər faciədə torpağa bir uğurun toxumu səpildi. Nə az, nə çox bir qərinə iki il əvvəl çiynimizə yüklənən mənəviyyat borcu da millət var olduqca unudulmayacaq.
Əziz oxucu, iyirmi yanvar faciəsinə həsr etdiyim yazı mənim könül dünyamda baş qaldıran təlatümlərin ifadəsidir. Qələmə aldığım fikirlərin dərin qatlarına insanların başına gələn fəlakətlər hopub. Oxuyub qiymət vermək ixtiyarı isə yalnız sənə məxsusdur. Mənə isə yazını təqdim edib, minnətdarlıq bildirmək və gözünün nurunu halal et demək düşər.
Rəfiqə Rafiqqızı
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://sitat.info
archiveBu xəbər 20 Yanvar 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see226

Türkiyədə şübhəli maddənin iyindən zəhərlənən 9 polis xəstəxanaya yerləşdirilib

03 Sentyabr 2025 07:22see210

İrandakı daxili siyasi gərginliyin kökündə nə dayanır?

04 Sentyabr 2025 14:37see205

Husi qüvvələri Təl Əvivdə hədəfləri raketlərlə vurduğunu iddia edir

03 Sentyabr 2025 18:37see172

İranın Azərbaycandakı səfirliyinə bir neçə XATIRLATMA VİDEO

02 Sentyabr 2025 20:43see159

Keçmiş prezident özünə yeni iş tapdı

04 Sentyabr 2025 15:44see155

Ekspert: Parlaq çamadan oğrular üçün “cazibədar hədəf”dir

03 Sentyabr 2025 11:23see145

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see138

Hələ qol vurmadan Fənərbaxçanın tarixinə düşdü

03 Sentyabr 2025 07:36see138

Hərbi xidmət yaşının artırılması təhsilə necə təsir edər?

03 Sentyabr 2025 13:21see137

ABŞ də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi

04 Sentyabr 2025 04:31see133

Rusiya Hindistana əlavə S 400 satır Danışıqlar yekunlaşır

03 Sentyabr 2025 00:13see132

Qazaxıstanda aviasiya təhlükəsizliyi üzrə ICAO auditi aparılır

03 Sentyabr 2025 02:43see131

Məni azadlığa buraxın, qeyri adi istedadım var İlhamə Elşadqızı

03 Sentyabr 2025 13:18see128

Yaponiyada 80 yaşlı qadın özünü astronavt kimi təqdim edən fırıldaqçının qurbanı olub

03 Sentyabr 2025 06:33see127

Türkiyədə dəhşət: İldırım ata və oğlunun həyatına son qoydu

04 Sentyabr 2025 00:53see126

Lissabonda funikulyor relsdən çıxdı − Ölənlər var

03 Sentyabr 2025 23:28see126

İslandiya millisinin yarımmüdafiəçisi: Azərbaycan bizi cəzalandıra bilər

03 Sentyabr 2025 23:00see126

Lazer faraların istehsaldan çıxarılmasının SƏBƏBİ

02 Sentyabr 2025 21:00see124

Tramp Rusiyaya gedə bilər Vacib şərt açıqlandı

03 Sentyabr 2025 13:46see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri