Loris Karius “Bavariya”ya mümkün keçidi barədə xəbərlərə cavab verib
Icma.az, Idman.biz saytına istinadən bildirir.
Almaniyanın “Şalke 04” futbol komandasının qapıçısı Loris Karius “Bavariya”ya mümkün transferi barədə yayılan məlumatlara münasibət bildirib.
İdman.Biz xəbər verir ki, 33 yaşlı qolkiper Bundesliqada “Ştutqart”la qolsuz heç-heçə etdikləri görüşdən sonra heç kimlə danışıqlar aparmadığını vurğulayıb.
O qeyd edib ki, bütün diqqəti hazırda olduğu komandadadır.
Karius “Şalke”də oynamaqdan məmnun olduğunu, qarşıdakı həftələrdə komandanın vəzifələrinə kökləndiyini söyləyib.
“Sport Bild”in məlumatına görə, Manuel Noyer yayda karyerasını başa vurarsa, “Bavariya” Kariusun namizədliyini nəzərdən keçirə bilər. Münhen təmsilçisi onu 23 yaşlı Yonas Urbiqin əvəzləyicisi kimi dəyərləndirir. Nəşr qapıçının bu rola müsbət yanaşa biləcəyini yazır. Transfer onu Milanda yaşayan ailəsinə coğrafi baxımdan da yaxınlaşdırar.
“Şalke”nin rəhbəri Mattias Tillmannın başqa komandada ehtiyatda qalmaqdansa, Gelzenkirxen təmsilçisinin əsas qapıçısı olmağın üstünlüyü barədə fikrinə də münasibət bildirən Karius birinci nömrə statusundan və şimal tribunasının qarşısında oynamaqdan zövq aldığını deyib.
Qapıçı “Ştutqart”la qarşılaşmada mövsüm ərzində altıncı dəfə oyunun ən yaxşı futbolçusu seçilib. Onun “Şalke” ilə müqaviləsi 2028-ci ilədək qüvvədədir.
Karius saç düzümünü dəyişməsini də izah edib. O, bir neçə il eyni görünüşdə olduğunu, 33 yaşında və iki uşaq atası kimi daha ciddi görkəm seçmək istədiyini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 23 Noyabr 2026 08:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















