Icma.az
close
up
RU
Bir şairin gündəliyi Yorqos Seferis

Bir şairin gündəliyi Yorqos Seferis

Icma.az, Kulis.az portalına istinadən məlumat verir.

Bu gün yunan şair, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Yorqos Seferisin doğum günüdür.

Kulis.az onun "Bir şairin gündəliyi"ni Həmid Piriyevin tərcüməsində təqdim edir.

12 oktyabr 1946. Şənbə.

Səhər Eliotun "Dörd kvartet"ini oxudum. (Misir sahillərini birinci dəfə görəndə, Port-Said limanının coğrafiyası məni çox təsirləndirmişdi. Bu şeirlərlə müqayisədə Kavafisin şeirləri məhz həmin coğrafiyanı xatırladır mənə). Elə bil bu şeirləri birinci dəfə oxuyuram, onların tempini birinci dəfə hiss etdim (Bethovenin "On beşinci kvartet"i kimi). Bu misraları 1935-ci ildə oxusaydım, "Mifik hekayə"yə1 epiqraf qoyardım:

Qocaldıqca biz,

Dünya yadlaşır, qarışır şəkilləri

Ölülərin və dirilərin. Gərgin an deyil ayrılan,

Keçmişsiz və gələcəksiz.

Amma həyat boyu alovlanan anlar var,

Və təkcə bir adamın həyatı boyu yox,

Amma yazılarını başa düşmədiyimiz

qədim daşların həyatı boyu.

("East Coker"dən)

Qeydlərimi qaydaya salıb yekunlaşdırdım. Bura keçən həftənin çərşənbə günü, axşamüstü gəlib çatmışdım. Cümə axşamı və cümə günləri yığılıb qalmış məktubları yerbəyer etməklə keçdi. Sonra işlərim tamam başqa məcraya düşdü. İllər əvvəl külqabıları da boşaltmadan tələsik tərk etdiyiniz evə qayıtmaq hissi; kif qoxuyan ağır hava adamı ağuşuna alır; əl-ayağınız çözülür, özünüzü sınıq-salxaq hiss edirsiniz.

Dünən-bu gün hava buludludu. Dünən yağış da yağmışdı. Leysan yağış. Qış yaxınlaşır. Bayırdakı mənzərə diqqətimi çəkir. Pəncərədən baxanda küləyin oynatdığı şam ağaclarını görürəm. Amma işləmək lazımdır, gün boyu pərdələri çəkib elektrik işığında işləmək lazımdır.

Günəş görə bilməyəcəyin günəş ölkələri,

İnsan görə bilməyəcəyin insan ölkələri.

13 oktyabr. Bazar

İllər sonra ürəyimi sevindirən yuxu gördüm. İndi fikirləşirəm ki, 1940-cı ilin yayından bu yana gördüyüm bütün yuxular qarabasma imiş.

Başqa bir şəhərdəyəm, ya Parisdi, ya da London. Axşamdı. Dayanıb tütünsatanla söhbət edirəm. Ağ rəngdə işıq dükanın içini aydınladır. Deyəsən, yanımda bir yoldaşım var, onun üçün kirayə otaq tapmağa çalışıram. Tütünsatan yunan "qaçqın"dı, canayaxın, əhlikef adamdı. Çətin ki, axtardığımı tapmaqda mənə köməyi dəysin. "Heç olmasa bir neçə saatlıq otaq tapa bilmərəm?" - deyə soruşuram. "Bir neçə saatlıq istəyirsənsə, mən verim də..." - deyir. Gülüşüb ayrılırıq. Yoxuş küçəylə gedirəm. Amerikan fəhlələrin və ya əsgərlərin gəzdiyi maşınlardan birini görürəm. Yanımdakı yoldaşımın üzünü seçə bilmirəm. Maşının təkərləri çox sürətlə fırlanır, elə bil havadadırlar. "Təzə "Ford"lardandı, deyəsən", - deyə fikirləşirəm. Maşının qabağında avtobus var, Kifisiyaya3 gedən avtobuslara oxşayır, amma rəngi sarı deyil. Avtobus dayanıb. Amerikanlar maşından düşür, mübahisə başlayır, az qala əlbəyaxa olacaqlar. Camaat yığışıb tamaşa edir. Mübahisə əsnasında tramvay gəlib camaatın qabağında dayanır. Bura Afina meydanına oxşamır, deyəsən, Parisdəki Malzerb bulvarıdı. Tramvayın sürücüsü yerə düşür. Tünlüyü dağıtmağa çalışır. Amerikanlar, avtobus sürücüsü və tramvay sürücüsü camaatı yarıb qotik üslubda tikilmiş bir binaya tərəf gedirlər. İçəri girirlər. Birdən hamısının evin eyvanında oturduğunu görürəm. Beləcə sakit-sakit danışırlar. Aşağıdakı adamlar onlara baxır. (Bir dəfə evimizin eyvanına çıxanda başım fırlanmışdı. Maroya4 demişdim ki, məni tutsun. İndi onlara baxanda fikirləşirəm: Mən eyvana çıxan kimi başım gicəllənmişdi, amma bunlar oturub söhbət edirlər). Yuxarıdakılar mübahisəni həll edir. Aşağı düşüb hərə öz yoluna gedir. Camaat da dağılışır. Birdən özümü Temzanın sahilində, ya da Venesiyada, rəngbərəng kloun paltarları geyinmiş (yaşıl, qırmızı, ağ paltarlar) aktyorlarla bir yerdə, skamyada oturmuş vəziyyətdə tapıram. Olduqca rahatam, amma həm də ürəyimdə həyəcan var. "Axır ki, Şekspirin dünyasına düşdüm!" - deyəndə oyanıram. Ən qayğısız illərimdə də yuxudan belə gümrah oyanmağım yadıma gəlmir. Adətən hər şeydən hürkən günahkarlar kimi təşviş içində oyanıram.

Bütün günü yağış çisələdi. Narın yağışın gözəlliyi məni heyran edir. Kanal böyük ayna kimi hər şeyi əks etdirir. Buludlar dağların üstündə ilişib qalıb. Pəncərədən şam ağaclarının iyi gəlir.

Dünən Eliot haqqında fikirləşəndə B. yadıma düşdü. Sentyabrın axırlarında Pireydə5 görüşmüşdük. Bir yerdə şam yeməyi yemişdik.

B. çoxdanışan adamdı. Avropa şairlərindən elə danışır ki, elə bil hamısıyla tanışdı. Pasternakdan Lorkaya qədər, yaşadığımız dövrün məşhur şairlərinə aid xeyli uydurma hekayə bilir.

"Bəhrəsiz torpaq"dan danışırıq. Missis Porterlə6 qızından danışır. "Qahirədə bir fahişəxana vardı. Anzaklar7 oranı dağıdıb yandırdı (K. bu əhvalatı neçə dəfə danışıb). Missis Porter bu məşhur fahişəxananı işlədirdi. Eliotun işlətdiyi nəğmənin sözləri "Ayaqlarını sodalı suda yuyarlar" deyil, çox biədəb sözlərdi". - deyir.

İzahlar:

1 "Mifik hekayə" - Yorqos Seferisin poemasıdır.

2 "East Coker" - Tomas Sternz Eliotun "Dörd kvartet" silsiləsindən ikinci poema.

3 Kifisiya - Yunanıstanda şəhər.

4 Maro - Seferisin həyat yoldaşı.

5 Pirey - Yunanıstanda şəhər.

6 Missis Porter - Avstraliya əsgər nəğməsində personaj. Eliot bu nəğməni Birinci Dünya müharibəsi vaxtı eşitmişdi. Sonralar bu personajı "Bəhrəsiz torpaq" poemasında işlətdi.

7 Anzak - (Australian and New Zealand Army Corps; ANZAC) - Birinci Dünya müharibəsində ingilis ordusunda döyüşən, Avstraliya və Yeni Zelandiya əsgərlərindən ibarət birləşmiş ordu hissəsi.

Şərif Ağayar: "Rəşid Behbudovun ailəsindən və onu sevənlərdən üzr istəyirəm" Bakıda Xalq artistinin oğlunu döydülər Cavan ölsəm, ellər məni ağlasa... - Ülvi Bünyadzadənin şeirləri
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://kulis.az
archiveBu xəbər 19 Fevral 2026 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see506

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see357

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see297

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see293

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see281

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see263

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see240

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see234

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see229

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see222

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see219

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see217

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see213

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see212

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see208

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see197

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see188

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see180

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri