Icma.az
close
up
RU
İnsanyönümlü şəhərlər hakatonu başa çatıb

İnsanyönümlü şəhərlər hakatonu başa çatıb

Icma.az, Baku.ws portalına istinadən məlumat verir.

"Şəhərsalma və Memarlıq İli" çərçivəsində keçirilən "İnsanyönümlü şəhərlər" hakatonu uğurla başa çatıb.

BAKU.WS xəbər verir ki, hakatonun əsas məqsədi gənclərin şəhər mühitinin inkişafına yönəlmiş innovativ ideyalarını üzə çıxarmaq, şəhərsalma sahəsində mövcud çağırışlara süni intellekt və müasir texnologiyalar vasitəsilə həllərin hazırlanmasını, eləcə də perspektivli layihələrin startap təşəbbüslərinə çevrilməsini təşviq etməkdir.

Hakaton Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası"nın prioritetlərinə uyğun olaraq, gənclərin innovativ potensialının inkişafına, süni intellekt sahəsində yeni ideya və həllərin hazırlanmasına, eləcə də ölkədə süni intellekt ekosisteminin gücləndirilməsinə töhfə verməyi hədəfləyib.

"İnsanyönümlü şəhərlər" hakatonunun noyabrın 11-də keçirilən ilkin mərhələsində 25 komanda ictimai məkanlar və şəhər həyatı, inklüzivlik və əlçatanlıq, piyada və dayanıqlı mobillik, yaşıl şəhər və ağıllı şəhər istiqamətləri üzrə mentorların dəstəyi ilə öz innovativ layihə təşəbbüslərini formalaşdırıblar.

Daha sonra mentorların dəyərləndirməsi nəticəsində hər istiqamət üzrə 2 komanda olmaqla, ümumilikdə 10 komanda final mərhələsində iştirak hüququ qazanıb. Dəyərləndirmə zamanı təqdim olunan ideyaların innovativliyi, şəhər infrastrukturunun təkmilləşdirilməsinə töhfəsi, praktiki tətbiq imkanları və dayanıqlı inkişaf perspektivləri əsas meyarlar kimi nəzərə alınıb.

Hakatonun noyabrın 13-də keçirilən final mərhələsində komandalar hazırladıqları ideyaları təkmilləşdirərək münsiflər heyətinin qarşısında təqdim ediblər. Təqdimatların qiymətləndirilməsinə əsasən, "NeuraCity", "Humanİz" və "Zəngəzur" komandaları müvafiq olaraq I, II, III yerlər üzrə hakatonun qalibləri elan olunublar.

Final mərhələsinin bağlanış mərasimində Azərbaycan Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Yusif Vəliyev, Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi rəisinin birinci müavini – baş memar Cahangir Məmmədrzayev çıxış edərək gənclərin şəhərlərin gələcək inkişafında fəal iştirakının vacibliyini vurğulayıb, hakatonun onların ideya və təşəbbüslərinin dəstəklənməsi, potensiallarının üzə çıxarılması və innovativ düşüncə tərzinin təşviqi istiqamətində yaratdığı imkanlardan bəhs ediblər.

Hakaton sonunda qalib olan 3 komandanın üzvləri mükafatlandırılıb və xatirə fotosu çəkdirilib.

Qeyd edək ki, 600-ə yaxın gəncin müraciət etdiyi hakaton Azərbaycan Respublikasının Gənclər Fondu və Milli Süni İntellekt Mərkəzinin birgə təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması, "Böyük Qayıdış" Gənclər Təşkilatı, "CAVAN" Gənclər Hərəkatı, "Gənc Könüllülər" İctimai Birliyi və "Gənclərin Maarifləndirilməsinə Dəstək" İctimai Birliyinin tərəfdaşlığı ilə həyata keçirilib.

Qalereya

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://baku.ws
archiveBu xəbər 13 Noyabr 2026 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see347

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see331

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see331

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see311

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see308

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see294

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see257

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see251

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see240

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see226

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see217

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see205

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see200

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see197

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see188

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see186

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see184

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see182

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see176

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri