“Bir səhər oyandım ki, dişlərim tökülüb” Video
Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
Türkiyəli professor Canan Karatay 47 illik həyat yoldaşı Əli Başak Karatayın ötən ilin noyabrında vəfatından sonra keçirdiyi ağır emosional və fiziki prosesdən danışıb.
“Qafqazinfo” xəbər verir ki, “Çağla ilə yeni bir gün” televiziya proqramına qatılan Karatay uzun sürən stresin sağlamlığına ciddi təsir etdiyini bildirib.
O qeyd edib ki, həyat yoldaşının xəstəxanada olduğu dövrdə keçirdiyi güclü stres onun bədəninə də təsirsiz ötüşməyib: “Bu hadisələrdən sonra çox arıqladım. Bir səhər oyandım və üst çənəmdəki dişlərin bir hissəsinin töküldüyünü gördüm. Bu, stres və kədərin nəticəsi idi. Uzun müddət çətin bir dövr keçirdim”.
O əlavə edib ki, həmin dövrdə uzun müddət ictimaiyyət qarşısına çıxmayıb və hazırda vəziyyəti əvvəlki dövrlə müqayisədə daha stabildir.
Professor daha əvvəl də həyat yoldaşı ilə bağlı duyğularını bölüşərək “Yanımda olanda belə onun üçün darıxıram” sözlərini demişdi.
Qeyd edək ki, Əli Başak Karatay 78 yaşında vəfat edib. O, Türkiyənin tanınmış akademiklərindən biri olub və Boğaziçi Universitetində fəlsəfə kafedrasının qurucuları sırasında yer alıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 24 Aprel 2026 07:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















