Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

Bu meyvələrin qabığını yemək olarmı?

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Bir şəhid ailəsi hekayəsi: hər iyun gələndə...

Bir şəhid ailəsi hekayəsi: hər iyun gələndə...

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Tarixin keşməkeşləri ömrümüzdə, taleyimizdə izlərdir ki, buraxıb. Ötən 30 ilin izləri isə nə silinən, nə itən, nə də ki, yoxa çıxandır. Çünki bu xalqa Birinci və İkinci Vətən müharibələrini yaşadıb, itkiləri-şəhidləri ilə, yanımıza yaralı qayıdan övladlarımızla ürəklərimizə niskil çökdürüb. Lakin ötən zamanın 30 ilinin başlanğıcında qəm-qüssə, torpaq işğalı, qaçqın, köçkün taleyi, ölkəmizin ermənilərlə həmsərhəd bölgələrinin hər birində narahat həyat var idisə, 30 ilin sonunda biz Zəfərimizi qazandıq. Torpaqlarımızı azad etdik, düşməni qarşımızda diz çökdürdük. 30 il əvvəlin qisasını 30 il sonra yetərincə aldıq.

Vətən torpağı uğrunda canlarından keçən şəhidlərimiz vardır ki, onların vətənpərvərliklə dolu həyat yolları hər kəs üçün örnəkdir. Bu gün sizlərə-əziz oxucularım Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Camaldın kəndinin igid oğlu, bu gün şəhidlik zirvəsindən məhəbbətinə doymadığı Vətənini və ailəsini seyr edən Mirəyyub Seyidovdan danışmaq istəyirəm. O Mürəyyubdan ki, onun ömründən iki 23 iyun keçib, həm də silinməz izlər qoyaraq: həm də ailə qurduğu, həm şəhadətə yetdiyi eyni tarixli gün...

Mirəyyub 1966-cı ildə anadan olub. Camaldın kənd orta məktəbində səkkizinci sinfi bitirəndən sonra rayondakı texniki peşə məkəbində dülgərlik peşəsinə də yiyələnib. Əsgəri xidmətini Rusiyada başa vurub, doğma Vətəninə qayıtdıqdan sonra Culfadakı istehsalat kombinatında fəhlə kimi işə başlayıb. Böyük məsuliyyəti, işə can yandırması ilə müəssisə kollektivinin dərin hörmətini qazanıb. Daha sonra isə əmək fəaliyyətini Culfa Rayon Polis Şöbəsində polis serjantı kimi davam etdirib. Sərhədlərimizin təhlükədə olduğu bir vaxtda Mirəyyub burada da fəallıq, canıyananlıq nümayiş etdirib. Gecə-gündüz ona tapşırılan işlərin öhdəsindən layiqincə gəlib, hansı posta göndərilibsə, canla-başla gedib, üzərinə düşən vəzifəni ləyaqətlə yerinə yetirib. Şərurda, Sədərəkdə erməni hücumlarının qarşısının alınmasında iştirak edib. 1990-cı ildə xüsusi təyinatlı polis nəfəri kimi Sədərəkdə gedən qızğın döyüşlərdə iştirak edib, böyük şücaətlər göstərib. 1992-ci ilin 23 iyununda Sədərək uğrunda gedən döyüşlərdə şəhid olub.

Cəmi üç il birlikdə yaşadığı Süsən xanım onun yoxluğu haqqında böyük ürək yanğısı ilə danışır: – Mirəyyubun qəlbi Vətən sevgisi ilə dolu idi. O həm də çılğın təbiətli insan idi. Ermənilərin torpaqlarımıza göz dikməsini çox böyük əsəb və gərginliklə qarşılayırdı. Bu barədə danışanda gözləri sanki qan çanağına dönürdü. İşində isə məsuliyyətli insan idi. Üç il birgə yaşadığımız dövrdə evdə uşaqlar körpə olduqları üçün tez-tez problemlər yaranırdı. Mən bu problemləri yaxın qohumlarla həll edirdim. Mirəyyub isə ona tapşırılan işi yerinə yetirməyincə evə qayıtmazdı. Elə buna görə də daim çalışdığı kollektivin rəhbərliyi tərəfindən əməyi qiymətləndirilirdi. İndi Culfa şəhərində bir küçə və Mirəyyubun təhsil aldığı Camaldın kənd tam orta məktəbi onun adını daşıyır.

Süsən xanıma eşitdiyim andan məni çox mütəəssir edən, həm də söhbətimiz boyu onun yaralarının qaysağını qoparacağından ehtiyatlandığım sualımı birtəhər, çəkinə-çəkinə verdim: – Süsən xanım, evliliyinizin 3-cü ildönümü günü həyat yoldaşınızı itirmək…

– Həmin gün özüm də geyinib kecinmişdim, uşaqların da təzə pal-paltarlarını geyindirmişdim. Səhərdən axşamadək mətbəxdə onun sevdiyi yeməklərdən hazırlayıb süfrə açmışdım. Mir­əyyubun yolunu gözləyirdim. Bilirdim ki, gec də olsa, gələcək, çünki həmin günə çox dəyər verirdi. O, hökmən gecəyarı da olsa, gəlib həmin günü bizimlə birgə qeyd etməli idi. Saatlar ötür, o isə gəlmirdi ki, gəlmirdi. Axşam saat 9-10 oldu. Uşaqlar yuxuladılar. Onları yerlərinə qoydum. İçimə qəribə bir narahatlıq doldu...

Bilirdim ki, həmin günlər cəbhədə vəziyyət yaxşı deyildi. Ermənilər Naxçıvanla bütün sərhədboyu ərazilərdə münaqişələr yaradır, kənd­lərimizə basqınlar edirdilər. Sən demə, mən onun yolunu gözlədiyim anlarda o, yaralanıb, ağrılar-acılar, qanlar içərisində həyatla mücadilə edirmiş. İnanın, məndə belə bir hiss yaranmışdı ki, sanki indicə onunla bağlı nə isə eşidəcəyəm.

Gecə saat 12-yə yaxınlaşır, mən isə təlaş içərisində evdə gəzişirdim. Birdən qapı döyüldü. Qohumlarımızdan iki nəfər Mir­əyyubun yaralandığı xəbərini gətirmişdi. “Ürəyimə gələn başıma gəldi”, – deyib, əllərimi dizlərimə çırpdım. Birazdan evliliyimizin 3-cü ildönümü “hədiyyəsini” qapımıza gətirdilər. Bu, Mirəyyubun susqun və soyuq cənazəsi idi. Sevdiyim insanın bir ömür gözlərimin önünə həkk olan və hər dəfə xatırladığımda mənə əzab verən görüntüsü idi. Bunun acısını isə təsəvvür etməyə söz ­yetməz... Həmin gündən etibarən sevinc tariximiz olan 23 iyun həyatımızda öz yerini kədərə verdi. Artıq illərdir ki, o günü ailə qurduğumuz gün kimi deyil, həyat yoldaşımın, övladlarımın atasının şəhid olduğu gün kimi anıram.

Mirəyyub şəhid olan vaxt qızları Könül yaşyarımlıq, oğulları Mirqafar isə 10 aylıq imiş. Atalarının üzünü xatırlamayan, xasiyyətini, xarakterini bilməyən bu bacı-qardaşın analarından və yaxınlarından dinlədikləri söhbətlər əsasında qəlblərində bir ata heykəli qurulub. Övladlarının dediklərindən: – Atamız hündürboy, enlikürək, gursaçlı olub. Dostları və iş yoldaşlarından onun həmişə çox vətənpərvər, cəsarətli, igid bir insan olduğunu eşitmişik.

Süsən xanım isə 1992-ci ilin 23 iyunundan iki körpəsini tək böyütmək məcburiyyətində qalıb. Hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarını minnətdarlıqla qeyd edən bu ana göstərilən dəstəklə, bir də yaxınlarının köməkliyi ilə övladlarını boya-başa çatdırdığını deyir. Süsən xanım uşaqlarına gözəl tərbiyə verib. Onların hər ikisi təhsil alıb. Könül musiqi müəllimidir. Ailə qurub, övladları var. Mirqafar isə ali təhsilli iqtisadçıdır. 2018-ci ildə qələbə sevincini yaşadığımız Günnüt kəndinin azad olunmasında Mirqafarın da əməyi olub. O, deyir: -30 il əvvəl ermənilərin Azərbaycana uzanan əllərindən Naxçıvan da olmazın əziyyətini çəkdi. Muxtar respublika blokadaya alındı. Sədərəkdə qızğın döyüşlər getdi. Şəhidlərimiz, yaralananlarımız oldu. Atamın Vətən torpağı uğrunda şəhid olması bizim bir ömürlük qürurumuzdur. Bu gün atamın şəhid olmasından düz 30 ildən artıq vaxt ötür. Və itirdiyimiz Qarabağ torpaqları artıq azad edilib. Atam kimi minlərlə şəhidin, əsgərin, qazinin hesabına.

O zaman Azərbaycanın rəhbərliyində Ali Baş Komandanımız, dövlətimizin başçısı cənab İlham Əliyev kimi rəhbər olsaydı, torpaqlarımızdan heç də 30 il aralı qalmazdıq. Lakin həmin vaxt vəziyyət tamamilə ayrı cür idi. Özbaşınalıq, satqınlıq baş alıb gedirdi. SSRİ-yə satılmışdılar rəhbərlər. Xalq qırğına gedir, onlarsa susur, heç bir köməklik göstərmirdilər. Qazancları nə oldu? Budur, torpaqlarımız geri alındı. Lakin onlar tarixə qara bir ləkə saldılar, yüz illər də bundan sonra təmizlənməyəcək, hər zaman görünəcək bir ləkə.

Bir şəhid övladı kimi cənab Prezidentimizə can sağlığı arzulayıram, onunla qürur duyuram. O zaman Milli Ordumuzun təməli Naxçıvanda Ümummilli Liderimiz tərəfindən qoyuldu. Cənab İlham Əliyevin sayəsində isə sonrakı illərdə ordumuz təkmilləşdirildi. Bunun da sayəsində qələbəmizi qazandıq.

Süsən xanım Culfa Rayon Rabitə İdarəsində uzun illər çalışıb. Əməksevər bu qadın gözəl ana, həm də qayğıkeş qayınanadır. Gəlini də övladları kimi onun qürurundan ağızdolusu danışır. İndi o, oğlu, gəlini, bir də böyüyü həyat yoldaşı Mirəyyubun adını daşıyan nəvələri ilə dövlətimiz tərəfindən Culfa şəhərində onlara verilmiş mənzildə Vətən torpaqları uğrunda canından keçmiş bir şəhidimizin çırağını yandırır. Bu çıraqdan Culfa şəhərinə süzülən işıq isə hər kəsin qürur hissi duyduğu şəhid Mirəyyub Seyidovun ocağının ünvanını bəlli edir. O ünvan ki daim yad ediləcək, qürur mənbəyimiz olacaq.

Ailənin hər bir üzvünün söhbəti cümlə-cümlə qulaqlarımda çınlayır. Onların hər birinin 33 il öncəki itkilərini böyük yanğı hissi ilə yada salmalarını, eyni zamanda onunla fəxr etdiklərini xəyalımda canlandırıram. Süsən xanımla söhbətim zamanı ona da söylədiyim fikirləri yenidən xatırlayıram: yüzlərlə şəhidimiz var ki, toysuz-büsatsız, övladsız dünyalarını dəyişiblər, nakam, qısa bir həyat yaşayıblar – İlhamla Fərizə kimi. Onlardan fərqli olaraq bu gün Mirəyyubun ocağının işığını yandıranlar – Mirqafarla Könül və nəvələriniz sizin təsəlliniz deyilmi?.. Bəs 2020-ci ilin 44 günlük payızı necə, 30 il əvvəlki yaraların məlhəmi olmadımı? Böyük Zəfərimiz qürur yerimiz, bizi dünyaya yenidən tanıdan böyük hadisə, tarixi ədalətin bərpası oldu.

Süsən xanımın son cümlələri: İnanın ki, 30 il yanan ürəyimə tək o 44 gündə su çiləndi. Zəfər mənim Mirəyyubumu qaytardı evimə sanki. Qisasları alındı bütün şəhidlərimizin. Bizsə illərdi ki, bunu gözləyirdik...

Mətanət Məmmədova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 İyun 2025 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see681

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see483

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see275

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see274

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see260

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see256

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see248

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

09 Sentyabr 2026 15:12see245

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see245

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see244

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see238

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see227

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

09 Sentyabr 2026 15:28see223

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see222

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see221

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see219

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see218

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see208

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see207

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri