Icma.az
close
up
RU
Rəşad Sadıqov Robert Levandovskiyə qarşı Bir şəklin tarixçəsi

Rəşad Sadıqov Robert Levandovskiyə qarşı Bir şəklin tarixçəsi

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sosial şəbəkələrdə maraqlı bir şəkil paylaşılıb və orada Rəşad Sadıqovla Robert Levandovski top uğrunda mübarizə apardığı əsk olunub. Bu şəkil bizi düz 15 il əvvələ aparıb çıxarır.

Dortmundun fantastik azarkeş dəstəyinə malik "Siqnal İduna Park" stadionunda yerli "Borussiya" Azərbaycan təmsilçisi "Qarabağ"ı qəbul edir. Avropa Liqasının pley-off mərhələsinin ilk oyunudur. 

2010-cu ilin 19 avqustu. "Lex"dən ayrılan Robert Levandovski (o vaxt 22 yaşı vardı) "Borussiya"ya yenicə transfer olunub. Bu, onun legioner kimi addım atdığı ilk klubdur. Yəni Robertin gələcək böyük Avropa karyerası məhz "Borussiya"dan başlayır və təsadüfdən, avrokubokda ilk rəqib məhz bizim "Qarabağ"dır.

Ağdam təmsilçisi ilə görüş Levandovskinin Dortmundda avrokubokdakı rəsmi debütü olur. O, bu matçda cəmi 20 dəqiqə iştirak edir. Baş məşqçi Yurgen Klopp polşalı futbolçusuna hələlik az şans verir. Amma daha çox oyun şansı, daha çox qol hələ qarşıdakı aylarda, illərdə olacaq: "Borussiya"da, "Bavariya"da, "Barselona"da...

Bu şəklin çəkildiyi matçda isə "Borussiya" "Qarabağ"a 4:0, bir həftə sonra Bakıdakı görüşdə 1:0 hesabı ilə qalib gələrək qrup mərhələsinə adlayır. Levandovski Azərbaycandakı oyunda 29 dəqiqə meydanda olur. O, hər iki görüşdə sonradan oyuna girir, amma qol vura bilmir.

"Qarabağ"a gəlincə, Qurban Qurbanov komandası uduzsa da, dalbadal 2 dəfə Avroliqada təsnifat mərhələsinin "pley-off"una vəsiqə qazanan ilk Azərbaycan komandası olur. Lakin bir neçə il sonra "Qarabağ" Qurbanovun baş məşqçliyi, Rəşad Sadıqovun isə kapitanlığı ilə Avropa Liqasının daimi qrup iştirakçısına çevrilir, 1 dəfə isə ÇL-in qrupunda oynayır...

"Qarabağ"ın Avropaliqada final mərhələsinin "pley-off"una adladığı illər də olur. Lakin onda Rəşad Sadıqov artıq futbolçu karyerasını başa vurmuşdu və  indi baş məşqçidir. 36 yaşlı Levandovski isə karyerasını indi də "Barselona"da davam etdirir...

Onların bir daha yaşıl meydanda məşqçi-futbolçu, məşqçi-məşqçi kimi üz-üzə gəlib-gəlməyəcəyini isə artıq zaman göstərər.

ELNUR,
QOL.az 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:192
embedMənbə:https://qol.az
archiveBu xəbər 02 May 2025 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see455

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see340

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see287

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see281

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see238

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see234

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see231

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see224

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see224

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see219

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see218

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see215

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see208

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see199

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see188

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see174

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see174

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri