Icma.az
close
up
RU
“Bir şəklin tarixçəsi” Səməd Vurğunun “didərgin maşını” vətənə necə QAYTARILDI...

“Bir şəklin tarixçəsi” Səməd Vurğunun “didərgin maşını” vətənə necə QAYTARILDI...

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu fotodakı avtomobil Azərbaycan poeziyasının ustadlarından olan mərhum Xalq şairi Səməd Vurğunla bağlı xatirələrin səssiz şahididir. Uzun illər əvvəl bu avtomobil şairin gündəlik həyatının bir hissəsi olub. Böyük şairdən yadigar qalan "Pobeda" QAZ-M-20 markalı bu avtomobilin maraqlı hekayəsi var.
Modern.az saytı “Bir şəklin tarixçəsi” rubrikasında bu dəfə Səməd Vurğunun maşınından bəhs edir.
1950-ci illərin əvvəllərindən Səməd Vurğuna xidmət edən maşının tarixçəsini mərhum şairin qohumu, tanınmış hüquqşünas Səməd Vəkilov danışıb.
Onun sözlərinə görə, Səməd Vurğun bu avtomobili uzun müddət idarə edib. Bununla yanaşı, onun xüsusi sürücüsü də olub. Aleksey adlı həmin sürücü bir müddət “Pobeda" QAZ-M-20 markalı avtomobillə Səməd Vurğunu gəzdirib.
Aleksey Səməd Vurğunun ölümünə qədər bu avtomobilin sürücüsü olub.
Xalq şair dünyasını dəyişəndən (1956) sonra avtomobil onun Gürcüstanda yaşayan xalası oğlu Hüseynəli Bayramova hədiyyə edilib. Mərhum Hüseynəli Bayramov avtomobili özünün yaşadığı Gürcüstanın Marneuli rayonunun Sadaxlı kəndinə aparıb. Beləcə, “Pobeda" QAZ-M-20 illərlə doğma Azərbaycandan uzaqda qalıb.

Nəhayət 2017-ci ildə Səməd Vurğunun gəlini - Vaqif Səmədoğlunun xanımı Nüşabə Vəkilova şairin avtomobilinin Azərbaycana qaytarılması təşəbbüsü ilə çıxış edib
Xalq şairinin qohumu Səməd Vəkilov:

“Nüşabə Vəkilova o vaxt Səməd Vurğunun ev muzeyinin direktoru işləyirdi. Nüşabə xanımın təşəbbüsündən sonra mən avtomobilin saxlanıldığı Sadaxlı kəndinə gedərək, onun vəziyyəti ilə maraqlandım. Orada avtomobilin sənədlərini və o vaxtki durumunu əks elətdirən fotolar çəkib gətirdim. Bu işdə mərhum ziyalımız filologiya elmlər doktoru, Səməd Vurğunun xalası nəvəsi Adilxan Bayramovun dəstəyi danılmazdır. Avtomobil onun atasının - mərhum Hüseynəli Bayramovun Sadaxlıdakı evinin həyətində idi.
Yeri gəlmişkən, Səməd Vurğunun xalası oğlu Hüseynəli Bayramov 1912-ci ildə Borçalının Sadaxlı kəndində anadan olub. Borçalıda Pedaqoji Texnikumunu, Tiflis Müəllimlər İnstitutunu, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib. Əmək fəaliyyətinə Sadaxlıda müəllim kimi başlayıb. Sonralar məktəb direktoru, Rayon İcraiyyə Komitəsinin katibi, kolxoz sədri, İstehlak Cəmiyyətinin sədri, sovxoz direktoru və s. vəzifələrdə işləyib.

2017-ci ildə avtomobilin Azərbaycana gətirilməsi mümkün olmadı. Bu, həmin vaxt onun tamamilə yararsız vəziyyətdə olması səbəbindən baş tutmadı. Sonradan hörmətli akademik Hafiz Paşayevin, iş adamı Məmməd Musayevin, Aqşin Ziyadovun və başqa şəxslərin, o cümlədən dövlət qurumlarımızın dəstəyi ilə maşını Azərbaycana gətirmək mümkün oldu”.
Azərbaycana gətirilərkən istifadəyə yararsız vəziyyətdə olan “Pobeda" illərin yorğunluğunu öz gövdəsində, detallarda və səssizliyində hiss etdirirmiş.

Nəhayət Səməd Vurğunun vətənində - Qazaxda təmir və bərpa işlərindən sonra bu klassik avtomobil öz əvvəlki görkəminə qaytarılır.
Bu gün həmin maşın Səməd Vurğun dövrünün estetikası, köhnə ab-havası, poeziya məclislərinin izi və şairin ruhuna bağlı xatirələri yaşadır.
İndi “Pobeda" QAZ-M-20 markalı avtomobil Səməd Vurğunun Qazaxdakı Poeziya evində saxlanılır.
Ə.Qafarlı

Bu xəbər ilə bağlı

Bir şəklin tarixçəsi - Səməd Vurğunun qeyri-adi DƏFNİ

Xəbəri oxu
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:312
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 May 2026 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see395

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see306

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see287

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see278

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see268

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see257

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see256

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see253

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see238

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see222

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see213

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see212

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see211

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see211

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see207

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see201

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri