Icma.az
close
up
RU
Bir şəxs ildə neçə dəfə qan verə bilər?

Bir şəxs ildə neçə dəfə qan verə bilər?

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

"Bir şəxsin ildə neçə dəfə qan verə biləcəyi tibbi normalar və insan orqanizminin bioloji xüsusiyyətləri nəzərə alınaraq qanunvericiliklə və klinik protokollarla tənzimlənir. Bu tənzimləmə həm donorun sağlamlığının qorunması, həm də verilən qan komponentlərinin keyfiyyətli olması məqsədi daşıyır".

Oxu.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında canlı yayımda Səhiyyə Nazirliyi Respublika Qan Bankının həkim-terapevti Günel Əliyeva bildirib.

Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, qanvermə intervalı kişilərdə hər üç aydan bir olmaqla ildə dörd dəfə, qadınlarda isə dörd ay fasilə ilə ildə üç dəfə olmalıdır:

"Bu fərq fizioloji səbəblərlə, xüsusilə qadınlarda aylıq menstrual qan itkisi və ümumi hemoqlobin ehtiyatlarının fərqliliyi ilə izah olunur. Plazma donorluğuna gəlincə, plazma donorları ildə 12-15 dəfəyə qədər plazma verə bilərlər, aralıq isə ən azı iki həftə olmalıdır. Bu prosesdə yalnız plazma alınır, digər hüceyrələr geri verilir. Buna görə də bədən daha tez bərpa olunur. Trombosit donorluğuna isə ildə 10-12 dəfə icazə verilir".

G.Əliyeva qeyd edib ki, müxtəlif ölkələrdə müvafiq qanunvericiliyə əsasən, müəyyən yaş həddi olsa da, əsas etibarilə 18-65 yaş arası praktiki sağlam şəxslərdən qan götürülür:

"Çəkisi 50 kq və boyu 150 sm-dən artıq olan şəxslərin donorluğuna icazə verilir. Mütləq ilkin həkim müayinəsi (qan təzyiqi, hərarət, çəki, antropometrik göstəricilər, anamnestik sorğu) və laborator test (HB səviyyəsi kişilərdə 135-180, qadınlarda 125-165 q/l) aparılır. Kriteriyalara uyğun şəxslər donor ola bilərlər. Donorluğa mütləq və nisbi əks-göstərişlər var. Bunu donoru müayinə edən həkim müəyyən edir, donorluqdan kənarlaşdırma və ya donorluğa icazəni də o müəyyən edir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://oxu.az
archiveBu xəbər 02 İyul 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see284

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see268

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see254

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see224

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see204

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see203

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see202

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see190

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see188

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see186

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see180

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see173

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri