Icma.az
close
up
RU
“Bir şəxsin ayda 3 5 uşağı olur” Follikul donorluğu ilə bağlı QORXUNC DETALLAR

“Bir şəxsin ayda 3 5 uşağı olur” Follikul donorluğu ilə bağlı QORXUNC DETALLAR

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Qanunsuz süni mayalanma və embrionu implantasiya etmə, tibbi sterilizasiyaya görə cəzalar sərtləşdirilir.
Bu məsələ Milli Məclisdə müzakirə olunan İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Mövcud qanunvericiliyə əsasən, qadına, onun razılığı olmadan və ya yetkinlik yaşına çatmayan qadına süni mayalanma və ya embrionu implantasiya etmə və şəxsin razılığı olmadan onun üzərində tibbi sterilizasiya, yəni şəxsin nəsilartırma qabiliyyətindən məhrum edilməsi, yaxud qadının hamiləlikdən qorunması məqsədi ilə əməliyyat aparma əməlləri ehtiyatsızlıqdan şəxsin sağlamlığına ağır və ya az ağır zərər vurulmasına səbəb olduqda 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ildən 4 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Təklif edilən dəyişikliyə əsasən, yuxarıdakı əməllər ehtiyatsızlıqdan şəxsin sağlamlığına ağır və ya az ağır zərər vurulmasına səbəb olduqda 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ildən 4 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ildən 4 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan sosioloq Lalə Mehralı hesab edir ki, əslində bu dəyişikliklə elə də köklü yenilik olmur, yalnız cəzalandırma sistemində dəyişiklik nəzərdə tutulur:
“Əslində problem qanun deyil, qanuna əhəmiyyət verilməməsidir.. Bizim qanunlarımız donor olmağa könüllü və pulsuz şəkildə olması halında icazə verir. Follikul və sperm donorluğu isə 1 dəfədən çox olmamaq şərti ilə həyata keçirilməlidir. Follikulların köçürülməsi süni mayalanma deməkdir. Süni mayalanma xidmətinin reklam olunması, paylaşılması isə reklam haqqında qanunvericiliyə görə qadağandır.
Amma bu gün bu sahədə ciddi xaotik vəziyyət hökm sürür. Yumurta hüceyrələri alveri ilə daha çox sosial şəbəkələrdə məşğul olurlar. Qadın səhifələrində pusquya yatan həkimlər və ya asisentləri qəpik-quruşa əldə etdikləri yumurtaları sonsuzluq problemi olan qadınlara 4 və ya 5 qat baha qiymətə satır. Səhifələr bu işin qanuni olduğunu bildirirlər”.
“Bu, insan alverinin bir forması sayılır”.
Müsahibimiz qeyd edir ki, qanunlarımız ödənişli donorluğu qadağan edir, həkimlər isə qanunları çeynəyir:
“Hər ay sperma, follikul donorluğu edən insanlar var ki, nə etdiyinin fərqində deyil. Yəni o anlamır ki hər ay ondan 3-5-7 yumurta hüceyrəsi götürürlər və süni mayalanma edib pasiyentin bətninə köçürürlər. Yəni donorun övladı başqa bir bətndə böyüyür və o bunun fərqində deyil. Hər ay fasiləsiz hormonal iynələrlə follikul yetişdirib donorluq edən qadınlar, hər ay sperma donorluğu edən kişilər anlamır ki, hər ay 3-5 uşaqları dünyaya gəlir.
Bu işlə məşğul olan klinikalar donorlara heç bir zərəri olmadığını, təhlükəsiz təbii prosedur olduğunu deyirlər. Amma insanları aldadırlar. Əgər qadın follikul satmağa qərar versə, onun yetişməsini sürətləndirəcək hormonal iynələr vurulur. Çünki bu işlə məşğul olan həkimlər 1 follikulla kifayətlənmirlər, işdir, əgər birdən mayalanma getməsə ödənilən pul boşa getməsin deyə ehtiyat follikullar götürülür.
Donora vurulacaq hormonal iynələrlə ən azı 2-3, bəzən daha çox follikul yetişir. Yəni sizə 1 follikul götürüləcəyini deyib müqabilində 500-700 manat ödəyib əslində 3-5, bəlkə də daha çox follikul götürürlər. Həmin an qadın dərmanla yatırdılmış olur və prosesdən xəbəri olmur. Əldə edilən hər follikulu ayrı-ayrı pasiyentə satırlar, qaz vurub qazan doldururlar.


Nəticədə, bir qadın 10 gün ərzində 2-5 uşaq sahibi olmuş olur. Bir fərq var ki, uşaqlar özünün olsa da, başqa qadının bədənində böyüyür. Yəni donorluq edən insan əslində öz övladını satır”.
Klinikalar ciddi nəzarətə götürülməlidir.
Sosioloq hesab edir ki, süni mayalanma ilə bağlı ciddi nəzarət mexanizmi işlənməlidir:
“Azərbaycan kiçik ölkədir, sabah eyni donordan götürülən yumurta hüceyrələrindən doğulan o uşaqlar bir-biri ilə qarşılaşacaq, aşiq olacaqlar, evlənəcəklər, beləcə insest münasibətlər yaranacaqBəlkə də artıq yaranıb. Axı donorların qeydiyyatı aparılmır, qanunun dediyi kimi 1 dəfə donorluq etmirlər, dəfələrlə klinikalara yumurta verirlər. İndi siz təsəvvür edin genefondun necə dəhşətli təhlükə ilə üz-üzə qaldığını”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 21 İyun 2025 09:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see155

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see154

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see152

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see148

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see145

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see142

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see142

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see138

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see137

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see135

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see130

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see129

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see126

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri