9 cu sinifdən sonra minlərlə şagird məktəbdən ayrılır: səbəblər nədir?
Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bu rəqəmlərin hamısını təhsildən yayınma kimi qiymətləndirmək doğru deyil, çünki onların bir hissəsi peşə məktəblərinə və kolleclərə üz tutur.
Rəqəmlər göstərir ki, 9-cu sinifdən sonrakı mərhələ Azərbaycanın təhsil siyasətində xüsusi diqqət tələb edən əsas keçid nöqtələrindən biridir.
Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Bizimyol.info-ya açıqlamasında bildirib ki, şagirdlərin 9-cu sinifdən sonra icbari ümumi orta təhsili başa vuraraq məktəbdən ayrılması həm sosial, həm də bir sıra digər amillərlə bağlı kompleks bir məsələdir.
Onun sözlərinə görə, bu tendensiyanın əsas səbəblərindən biri şagirdlərin erkən peşə seçimi və əmək bazarına daha tez inteqrasiya olunmaq istəyi ilə bağlıdır. Bir çox şagird və valideynlər 10–11-ci siniflərdə vaxt itirmək əvəzinə, daha tez sənət əldə edərək gəlir qazanmağı üstün tuturlar.
Ekspert qeyd edir ki, bəzi hallarda məktəb sistemi də bu prosesə təsir göstərir. Belə ki, 9-cu sinifə qədər şagirdlərin akademik nəticələri arasında ciddi fərqlərin olmaması və ümumi təhsilə marağın zəifliyi valideynləri övladlarını 10–11-ci sinifdə oxutmağın məqsədəuyğunluğu barədə düşündürür. Eyni zamanda ölkədə peşə təhsilinin və kolleclərin, xüsusilə subbakalavr pilləsinin nüfuzunun artması da şagirdləri 9-cu sinifdən sonra bu istiqamətə yönəldir.
İlqar Orucov əlavə edib ki, 9-cu sinif buraxılış imtahanlarında aşağı nəticə göstərən və ya 11-ci sinifdə keçirilən daha çətin qəbul imtahanlarından çəkinən şagirdlər də məktəbdə təhsili davam etdirməkdən imtina edirlər. Onun fikrincə, burada akademik marağın aşağı olması da mühüm rol oynayır. Müasir kurikulum proqramlarının çətinliyi və dərslərin şagirdlər üçün maraqsız olması onları formal təhsil mühitindən uzaqlaşdırır.
Ekspert həmçinin sosial və regional amillərə də diqqət çəkib. Xüsusilə bölgələrdə və kənd yerlərində oğlan uşaqlarının erkən yaşda təsərrüfat işlərinə cəlb olunması, qız uşaqlarının isə erkən nikah riski və ya ailə təzyiqi səbəbilə təhsildən uzaqlaşdırılması halları hələ də müşahidə olunur.
Bununla yanaşı, o, sosial-iqtisadi çətinliklərin də mühüm faktor olduğunu bildirib. Ailələrin maddi vəziyyətinin zəif olması şagirdlərin işləmək məcburiyyətində qalmasına səbəb olur.
“Digər bir məqam isə ali məktəblərə hazırlaşan bəzi şagirdlərin 10–11-ci sinifləri vaxt itkisi hesab edərək eksternat təhsilə üstünlük verməsi və yalnız repetitorlar vasitəsilə imtahanlara hazırlaşmasıdır”-deyən İlqar Orucov hesab edir ki, 9-cu sinifdən sonra təhsildən ayrılma hər zaman mənfi hal sayılmamalıdır. Əgər şagird peşə təhsilinə yönəlirsə, bu, əmək bazarı və onun gələcəyi üçün müsbət göstərici hesab oluna bilər. Lakin təhsildən tamamilə yayınma və ya vaxtsız əmək fəaliyyətinə başlama gələcəkdə ixtisassız işçi qüvvəsinin artmasına səbəb olan ciddi sosial problem yaradır.
Onun sözlərinə görə, əgər bu proses daha çox peşə təhsilinə yönəlmə ilə bağlıdırsa, bu, həm başa düşüləndir, həm də təhlükəli sayılmamalıdır.
İradə Cəlil,Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:197
Bu xəbər 24 İyun 2026 15:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















