Bir sutkada 100 illik problem həll edildi Deputat
Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Azərbaycan Prezidenti Yeni Azərbaycan Partiyasının 8-ci qurultayında çıxışı zamanı bir daha 7-ci qurultaydan 8-ci qurultaya qədər ötən beşillik dövrü qiymətləndirdi. Bu kontekstdə həmin dövrdə əldə etdiyimiz nəticələri və Yeni Azərbaycan Partiyasının hansı uğurlara imza atdığını ifadə etdi".
Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu dedi.
"2021-ci ildən sonra, 2023-cü ildə biz ərazimizdə suveren hüquqlarımızı bərpa etdik, bütün coğrafiyamızda, inzibati-siyasi ərazimizdə suverenliyimizi təmin etdik. Mənə elə gəlir ki, bu müddət ərzində baş verən hadisələr 44 günlük müharibədə əldə etdiyimiz tarixi zəfərin davamı olmaqla yanaşı, miqyas etibarilə 44 günlük müharibə qədər böyük hərbi-siyasi hadisə idi. Çünki biz bir sutkalıq lokal antiterror əməliyyatı vasitəsilə 100 illik problemi həll etdik və beləliklə, Azərbaycanın hər qarış ərazisində suverenliyimiz bərpa edildi", - deyə o qeyd etdi.
Siyasətçinin sözlərinə görə, İlham Əliyev çıxışında qiymətləndirmə apararkən Azərbaycanın öz gücü hesabına qalib gəldiyini xüsusi olaraq vurğuladı:
"Mənə elə gəlir ki, bu, iki aspektdən olduqca əhəmiyyətlidir. Birincisi, bu, həqiqətdir. Hətta Azərbaycan Prezidenti qeyd etdi ki, bəzən biz dünya bazarında orta qiymətlərdən daha baha silahlar aldıq və güclü ordu yaratmaqla zəfərimizə imza atdıq. İkincisi, xalqımızın daxili inamı və psixoloji üstünlüyü baxımından Azərbaycan Prezidentinin bu fikirləri olduqca əhəmiyyətli idi. Şübhəsiz, biz qələbəmizə və ordumuza inanırıq. Amma bu inamı həm də ictimai şüurun mənimsədiyi bir reallığa çevirməliyik. Ona görə düşünürəm ki, bu, olduqca yüksək qiymət idi və qələbəmizin əsl, real qiymətləndirilməsi idi".
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 02 Oktyabr 2026 17:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















