Bir uşağın məktəbəqədər təhsili üçün aylıq xərci dövlətin verdiyi puldan 6 dəfə çoxdur Nazir
Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Azərbaycanda bir uşağın məktəbəqədər təhsili üçün ümumi aylıq xərc təxminən 600 manat təşkil edir, dövlət isə bunun cəmi 100 manatını maliyyələşdirir. Buna görə də bütün uşaqların xərclərinin tam şəkildə dövlət tərəfindən ödənilməsi real deyil”.
Ölkə.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında 2026-cı il büdcə zərfinin müzakirəsi zamanı deyib.
Nazirin sözlərinə görə, mövcud yanaşma dəyişdirilməli və daha səmərəli modelə keçilməlidir.
“Dünyanın heç bir ölkəsində dövlət bütün uşaqların məktəbəqədər təhsil haqqını tam şəkildə ödəmir. Ona görə də biz daha optimal, hədəfli modellərdən istifadə etməliyik”, - o vurğulayıb.
Nazir bildirib ki, hazırda tətbiq edilən ictimai məktəbəqədər təhsil modeli xərclərin daha səmərəli bölüşdürülməsinə imkan verir. Bu mexanizm çərçivəsində 25 minə yaxın uşaq məktəbəqədər təhsilə cəlb olunub və bu say ilbəil artır.
Nazir əlavə edib ki, tam dövlət subsidiyası ilə bir uşağın yerinə xərc olunan vəsaitlə eyni zamanda səkkiz uşağın ictimai model üzrə məktəbəqədər təhsili təşkil edilə bilir: “Bu isə həm resursların daha rasional istifadəsinə, həm də əhatə dairəsinin genişlənməsinə imkan yaradır.
Son beş ildə məktəbəqədər təhsil sahəsinə qoyulan investisiyalar 100 milyon manata yaxın artırılıb, ölkə üzrə isə təxminən 100 min yeni məktəbəqədər yer yaradılıb”.
Nazir qeyd edib ki, özəl məktəbəqədər müəssisələrin subsidiyalaşdırılması da genişləndirilir: “Dövlət bu modeldə hər uşaq üçün təxminən 45 manat ödəyir, valideyn isə ödənişin yalnız kiçik bir hissəsini qarşılayır”.
Əmrullayev deyib ki, bu mexanizm sayəsində növbəti illərdə ictimai model üzrə təhsil alan uşaqların sayı 30 minə çatacaq.
Mürtəza
Baxış sayı:21
Bu xəbər 13 Noyabr 2025 13:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















