Icma.az
close
up
RU
Nazirin maaşla bağlı sözləri diqqət çəkdi İllər öncə hədəf qoyulubmuş

Nazirin maaşla bağlı sözləri diqqət çəkdi İllər öncə hədəf qoyulubmuş

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin əməkhaqqı ilə bağlı çıxışı birmənalı qarşılanmayıb. O, Milli Məclisin plenar iclasında bildirib ki, ötən müddət ərzində maaş 3,1 dəfə artırılıb.

Sitat: “Artıq minimum əməkhaqqını 400 manata çatdıra bilmişik. Biz bu islahata başlayanda minimum əməkhaqqın məbləği 130 manat idi”.

Qeyd edək ki, 130 manat minimum əməkhaqqı 2018-ci ildə qüvvəyə minib. Amma nazirin son bəyanatı narazılıq yaradıb. İctimaiyyətin bir qismi bu artımı kifayət qədər ləng və məbləğ etibarilə zəif hesab edir.

Globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, bu, rəsmi olaraq 7 il ərzində 270 manat artım deməkdir:

“Bu artım əhəmiyyətli görünsə də, inflyasiya fonunda vəziyyət fərqlidir. Son 7 ildə Azərbaycanda təsdiqlənən inflyasiya orta hesabla illik təxminən 6-8% civarında olub. Lakin real inflyasiya bundan ən azı 4-7% çoxdur. Rəsmi inflyasiyaya əsasən sadə hesablama ilə 7 il üçün toplam artım təxminən 50-70% arasındadır. Real inflyasiyanı nəzərə aldıqda isə bu artım 100-150%-ə yaxınlaşıb. Çünki inflyasiya göstəriciləri sadəcə illər üzrə mexaniki toplanma ilə hesablanmır. Yəni 7 il ərzində minimum əməkhaqqı 4 dəfə artmalı idi: 130 manatlıq minimum əməkhaqqı inflyasiya ilə adekvat şəkildə artmış olsaydı, indiki məbləğ 400 manatdan daha çox olmalıdır. Bu isə göstərir ki, real olaraq minimum əməkhaqqı alıcı gücünü kifayət qədər qoruyub saxlamayıb”.

Akif Nəsirli

İqtisadçı qeyd edib ki, Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olanda Avropa Əmək Xartiyasına uyğun olaraq öhdəlik götürüb:

“Buna əsasən, minimum əməkhaqqı 5 il ərzində orta aylıq əməkhaqqının 60 faizi səviyyəsinə çatdırılmalı idi. Lakin 24 il keçməsinə rəğmən bu nisbət hazırda yalnız 40 faizdir. Orta aylıq əməkhaqqı təxminən 1000 manat olduğu halda, minimum əməkhaqqı 400 manatdır. Bu o deməkdir ki, minimum əməkhaqqı nəzərdə tutulan hədəfdən həddindən artıq aşağıdır. 5 illik hədəf 25 ilə vurulmayıb. Minimum əməkhaqqı orta əməkhaqqının təxminən 60 faizi səviyyəsinə yaxınlaşacaq dərəcədə artırılmalıdır. Bu halda minimum əməkhaqqı 600 manat civarında olmalıdır. Ona görə də 7 illik dövrdə yalnız 270 manat artım iqtisadi reallıqları əks etdirmir və vətəndaşın alıcılıq gücünün qorunması baxımından yetərli deyil”.

İqtisadçı Natiq Cəfərli isə bildirib ki, bu statistikanı səsləndirən nazir əvvəlcə özünə müəyyən suallar verməlidir:

Natiq Cəfərli

“Məsələn, son 7 ildə qiymətlər nə qədər artıb və inflyasiya hansı səviyyədə olub? Həmin dövrdə ətin kilosu 6-8 manat olduğu halda, hazırda 20-24 manat civarındadır. Yağın kilosu 9-10 manat idi, indi isə 25 manatdır. Kartof və soğan kimi gündəlik tələbat malları da 7 il əvvəl xeyli ucuz idi. Bu səbəbdən belə müqayisələr düzgün hesab oluna bilməz. Məmurlar başa düşməlidirlər ki, əsassız müqayisələr cəmiyyətdə narazılıq və qıcıq yaradır. Buna görə də real göstəricilərə əsaslanan obyektiv müqayisələr aparmaq daha məqsədəuyğundur”.

Qeyd edək ki, 2001-ci ildə Azərbaycan Avropa Şurasına (AŞ) üzv olan zaman, praktiki olaraq sosial və əmək hüquqları sahəsində öhdəliklər götürüb. Bunlardan biri də Avropa Sosial Xartiyası (ASX) ilə bağlıdır. ASX-nin praktik şərtləri əsasında, minimum əməkhaqqının “ədalətli əmək haqqı” sayılması üçün onun orta aylıq əməkhaqqının ən azı 60 %-i olması tövsiyə olunur.

Ləman İmran
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 05 Dekabr 2025 08:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri