Bir vaxtlar dost, sonra düşmən: “Amay”dakı qətlin pərdəarxası
Icma.az bildirir, Modern.az portalına istinadən.
“Amay” ticarət mərkəzinin dayanacağında baş verən insident ölümlə nəticələnib. Hadisə ilə bağlı yayılan məlumata görə, öldürülən şəxslə qətli törətməkdə şübhəli bilinən şəxsin əvvəllər iş ortağı olduğu bildirilir.
Modern.az xəbər verir ki, tərəflər bir müddət birlikdə çalışıb, daha sonra isə aralarında münaqişə yaranıb.
Hadisənin ən diqqətçəkən tərəflərindən biri isə onların münasibətlərinin sosial şəbəkələrdəki izləridir. Belə ki, tərəflərin əvvəlki dövrlərdə bir-biri ilə olduqca səmimi münasibətdə olduğu, birlikdə çəkilmiş xoş görüntülərinin olduğu məlum olub.
Bundan əlavə, sosial şəbəkələrdə onların bir-birinin paylaşımlarına yazdığı şərhlər də diqqət çəkir. Xüsusilə öldürülən şəxsin sonradan onu öldürməkdə şübhəli bilinən keçmiş iş ortağının paylaşımlarına xoş sözlər yazdığı, müsbət rəylər bildirdiyi və paylaşımlarını bəyəndiyi görünür.
Hazırda tərəflər arasındakı münasibətlərin hansı səbəbdən pozulduğu, münaqişənin nədən qaynaqlandığı və qətlin məhz bu münaqişə ilə əlaqəsinin olub-olmadığı məlum deyil.
Hadisə ilə bağlı araşdırma davam edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 16 Avqust 2026 18:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















