İran ABŞ a xəbərdarlıq etdi: “Yeni hücuma daha sərt cavab verəcəyik”
Icma.az, Sherg.az saytına istinadən bildirir.
İran ABŞ-ın bölgədəki hərbi qüvvələrini ölkəyə qarşı mümkün hücuma hazırladığını bildirərək Vaşinqtona xəbərdarlıq edib. Tehran mümkün yeni hücuma əvvəlkindən daha ağır zərbə ilə cavab verəcəyini bəyan edib.
Sherg.az xəbər verir ki, İran Ordusunun baş komandanı, general-mayor Əmir Hatəmi ABŞ-ın bölgəyə yeni aviadaşıyıcı göndərməsini və hərbi qüvvələrini gücləndirməsini şərh edib.
O bildirib ki, İran ABŞ-ın bütün hərbi hərəkətlərini diqqətlə izləyir və daim döyüş hazırlığındadır. Hatəminin sözlərinə görə, mümkün yeni hücum baş verərsə, İrana və onun tərəfdarlarına qarşı deyil, hücum edən tərəfə və dəstəkçilərinə coğrafi sərhəd tanımadan daha dağıdıcı və sərt cavab veriləcək.
General əlavə edib ki, İranın ali rəhbəri Müctəba Xamenei yüksək rütbəli hərbi rəsmilərə lazımi göstərişlər verib və mümkün hücuma qarşı hazırlıqlar tamamlanıb.
Qeyd edək ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) “USS Theodore Roosevelt” aviadaşıyıcısının bölgəyə gəldiyini açıqlayıb. Bununla da ABŞ-ın Yaxın Şərqdəki aviadaşıyıcılarının sayı üçə çatıb. Digər iki gəmi “USS George H.W. Bush” və “USS George Washington”dur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 18 Noyabr 2026 15:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















