Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Ən çox qazanan televiziya aktyorları...

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

2027 ci ildən Bakıya köç daha da artacaq?

Ağdamın dirçəlişi: müasir şəhərsalma, dayanıqlı inkişaf və gələcəyə yönəlik strateji hədəflər

Ağdamın dirçəlişi: müasir şəhərsalma, dayanıqlı inkişaf və gələcəyə yönəlik strateji hədəflər

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Ağdam Azərbaycan xalqının yaddaşında həm ağır tarixi sınaqların, həm də sarsılmaz iradənin rəmzi kimi qalıb. Bu şəhər uzun illər işğalın yaratdığı dağıntıların, tarixi-mədəni irsə qarşı törədilmiş vandalizmin və doğma yurdlarından didərgin salınmış insanların ağrılı taleyinin göstəricisinə çevrilmişdi. Lakin Vətən müharibəsindən sonra Ağdamın Azərbaycana qaytarılması ilə şəhərin tarixində yeni mərhələnin əsası qoyuldu. Bu tarix yalnız ərazi bütövlüyünün bərpası baxımından deyil, həm də Ağdamın yenidən qurulması, iqtisadi və sosial həyatının canlandırılması, gələcək nəsillər üçün müasir yaşayış məkanına çevrilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Ağdamın yenidən qurulması Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi genişmiqyaslı siyasətin mühüm istiqamətlərindən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərində əsas məqsəd müasir şəhərsalma prinsiplərinə, innovativ texnologiyalara, ekoloji tarazlığa və sosial rifah meyarlarına əsaslanan yeni inkişaf modelinin formalaşdırılmasıdır. Ağdam bu baxımdan Qarabağda həyata keçirilən quruculuq prosesinin ən mühüm mərkəzlərindən birinə çevrilir.
Şəhərin gələcək inkişafının sistemli şəkildə təmin olunması üçün 2022-ci il avqustun 16-da Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan təsdiq edilib. Bu sənəd şəhərin məkan quruluşunu, yaşayış, istehsalat, ictimai-işgüzar, nəqliyyat və rekreasiya zonalarının inkişaf istiqamətlərini müəyyənləşdirir. Baş planda yaşayış məhəllələri ilə yanaşı, təhsil, səhiyyə, mədəniyyət, idman və xidmət obyektlərinin yaradılması, yaşıllıq sahələrinin genişləndirilməsi, tarixi mərkəzin qorunması nəzərdə tutulur. Belə yanaşma Ağdamın yalnız yenidən tikilən şəhər deyil, insanların rahat, təhlükəsiz və keyfiyyətli həyat sürə biləcəyi müasir yaşayış məkanına çevrilməsini hədəfləyir.
Ağdamın bərpasında əsas prioritetlərdən biri əhalinin doğma yurda qayıdışının təmin edilməsi və burada davamlı yaşayış üçün zəruri şəraitin yaradılmasıdır. Çünki şəhərin həqiqi dirçəlişi yalnız yeni binaların inşası ilə deyil, insanların öz evlərinə dönməsi, ailələrin burada məskunlaşması, uşaqların məktəbə getməsi, əmək fəaliyyəti ilə məşğul olması və ictimai həyatın bərpası ilə ölçülür. Bu baxımdan yaşayış evlərinin tikintisi ilə paralel olaraq məktəblərin, məktəbəqədər təhsil müəssisələrinin, səhiyyə və xidmət obyektlərinin yaradılması xüsusi əhəmiyyət daşıyır. Ağdam şəhəri ilə yanaşı, rayonun kəndlərində də geniş quruculuq işləri aparılır. Kəngərli, Xıdırlı və Sarıcalı kəndlərində həyata keçirilən layihələr kənd yaşayış məntəqələrinin müasir standartlara uyğun qurulmasının nümunəsidir.
Ağdamın iqtisadi potensialının bərpası və məşğulluğun artırılması da dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Bu məqsədlə Prezident İlham Əliyevin müvafiq Fərmanı Ağdam Sənaye Parkı yaradılıb. 190 hektar ərazini əhatə edən sənaye parkı Qarabağda istehsal və sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yerli resurslardan səmərəli istifadə olunması, yeni iş yerlərinin yaradılması baxımından mühüm əhəmiyyət daşıyır. Burada qida sənayesi, kənd təsərrüfatı məhsullarının emalı, tikinti materiallarının istehsalı, maşınqayırma, yüngül sənaye və digər sahələr üzrə müəssisələrin yaradılması nəzərdə tutulur. Sənaye Parkının fəaliyyəti Ağdamın iqtisadi həyatına yeni dinamika gətirməklə yanaşı, rayonun ölkə iqtisadiyyatına inteqrasiyasını da sürətləndirir. Parkda investisiya layihələri və yeni iş yerləri üzrə mühüm göstəricilər formalaşıb.
Ağdamın ölkənin digər bölgələri ilə rahat əlaqələndirilməsi, yük və sərnişin daşımalarının genişləndirilməsi, turizm və ticarət imkanlarının artırılması üçün avtomobil və dəmir yollarının bərpası mühüm əhəmiyyət kəsb edir. Bərdə-Ağdam avtomobil yolunun, dəmir yolu xəttinin və Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin istifadəyə verilməsi bu istiqamətdə görülən işlərin mühüm nəticələrindəndir. Yeni nəqliyyat infrastrukturu Ağdamın regional iqtisadi əlaqələrini gücləndirir, sahibkarlıq fəaliyyəti üçün əlavə imkanlar yaradır və şəhərin Qarabağın əsas nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilməsinə zəmin hazırlayır.
Ağdamın inkişaf strategiyasında tarixi-mədəni irsin qorunması və bərpası da mühüm yer tutur. İşğal dövründə şəhərin və rayonun çoxsaylı tarixi abidələri dağıdılıb, dini və mədəni irs nümunələrinə ciddi ziyan vurulub. Bu gün həmin irsin bərpası yalnız memarlıq abidələrinin yenilənməsi deyil, həm də milli yaddaşın və tarixi kimliyin qorunması deməkdir. Ağdam Cümə məscidinin və Qiyaslı kəndində tarixi məscidin bərpası, İmarət Kompleksində aparılan işlər, Muğam Mərkəzinin yaradılması bu istiqamətdə həyata keçirilən tədbirlərin mühüm nümunələridir. Ağdamın mədəni həyatının yenidən canlandırılması, muğam ənənələrinin yaşadılması və gələcək nəsillərə ötürülməsi şəhərin mənəvi dirçəlişinə xidmət edir.
Ağdamın bərpası həm də Böyük Qayıdış prosesinin uğurla həyata keçirilməsinin mühüm göstəricisidir. Doğma yurdlarına qayıdan ailələrin məskunlaşması, onların sosial təminatının, məşğulluğunun və təhsil imkanlarının yaradılması dövlət siyasətinin əsas hədəflərindəndir. Bu prosesdə mərkəzləşdirilmiş əlaqələndirmə, infrastruktur layihələrinin ardıcıl icrası və iqtisadi fəaliyyətin stimullaşdırılması xüsusi rol oynayır. Yenidənqurma prosesi vahid plan və uzunmüddətli inkişaf məqsədləri əsasında aparılır.
20 Noyabr – Ağdam Şəhəri Günü xalqımızın tarixi yaddaşında qələbə, qayıdış və yenidənqurma mərhələsinin rəmzi kimi xüsusi yer tutur. Ağdamın gələcək inkişafı yalnız bir rayonun tərəqqisi deyil, bütövlükdə Qarabağın iqtisadi, sosial və mədəni həyatının canlanması deməkdir. Həyata keçirilən genişmiqyaslı layihələr nəticəsində Ağdam yaxın illərdə müasir şəhərsalma nümunəsi, güclü iqtisadi potensiala malik regional mərkəz və milli-mənəvi dəyərlərimizin yaşadıldığı mühüm mədəniyyət məkanı kimi daha da inkişaf edəcəkdir.

Bədəl Bədəlov
Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:52
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Noyabr 2026 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see358

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see314

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see299

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see279

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see278

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see275

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see274

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see270

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see253

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see247

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see247

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see246

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see241

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see235

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see232

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see223

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see220

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see219

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see188

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri