Icma.az
close
up
RU
Bir vaxtların rəqibləri indi tərəfdaş oldu: Digg və Reddit in yeni savaşı başlayır

Bir vaxtların rəqibləri indi tərəfdaş oldu: Digg və Reddit in yeni savaşı başlayır

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Bir dövrün internet əfsanəsi olan "Digg" bu dəfə iki önəmli qurucunun rəhbərliyi ilə yenidən fəaliyyətə qayıdır. 

Qaynarinfo xəbər verir ki, süni intellekt dəstəyi ilə yenilənən "Digg" 2025-ci ilin rəqabətli onlayn dünyasında özünə yer qazanmağa çalışır.

Web 2.0 dövrünün qabaqcıl platformalarından biri hesab edilən "Digg" bu dəfə Kevin Rouz və "Reddit"in həmtəsisçisi Aleksis Ohanianın liderliyi ilə canlanır. "Digg"in qurucusu Kevin Rouz şirkəti açıqlanmayan məbləğə geri alıb. Bu dəfə isə onun yanında diqqətçəkən bir tərəfdaş var: vaxtilə "Digg"in ən böyük rəqibi olan "Reddit"in həmtəsisçisi Aleksis Ohanian.

Rouz və Ohanian ümid edirlər ki, "Digg" yenidən "Reddit" üçün rəqibə çevrilə bilər. Onlar verdikləri birgə açıqlamada bildiriblər: "Erkən internet dövrünü kəşf üçün əyləncəli və həyəcanverici məkana çevirən icma ruhunu yenidən canlandıracaq bir vizionla "Digg"i geri gətirmək üçün güclərimizi birləşdirdik".

Keçmiş rəqiblər illər ərzində "Digg" və "Reddit"də əldə etdikləri uğur və uğursuzluq təcrübələrini bir araya gətirərək bu yeni başlanğıcı uğura çevirməyi planlaşdırırlar. Onlar həmçinin "Reddit" və digər onlayn forumların icma rəhbərləri ilə görüşərək problemləri dinləyir və yeni "Digg" ilə bu məsələləri həll etməyi qarşılarına məqsəd qoyurlar.

2025-ci ilin tələblərinə cavab vermək üçün yeni "Digg" mobil cihazlara öncəlik verəcək və süni intellekt texnologiyalarından yararlanacaq. Platformanın "istifadəçi təcrübəsini yaxşılaşdıran süni intellekt yeniliklərinə fokuslanaraq və insan mərkəzli alternativlər təqdim edərək" fərqlənməsi planlaşdırılır. 

Rouz "The New York Times"a müsahibəsində bildirib ki, süni intellekt yalnız moderasiya proseslərində kömək etməyəcək, həm də elmi-fantastika həvəskarları arasında söhbəti "Klingon" dilinə çevirmək kimi əyləncəli imkanlar yaradacaq.

Rouz əvvəllər dəfələrlə "Digg"i geri almaq üçün təkliflər aldığını, lakin o zaman şirkətin əsas problemlərini həll edəcək texnologiyaların mövcud olmadığını deyib. O əlavə edib ki, süni intellektin yüksəlişi ilə bu texnologiyalar "Digg"i yenidən dirçəldə bilər. Onun fikrincə, süni intellekt "insan söhbətlərini əvəzləmək deyil, onları gücləndirmək" üçün böyük töhfə verəcək.

Yeni "Digg"in baş direktoru uzun müddətdir Rouz ilə çalışan təcrübəli məhsul dizaynı rəhbəri Castin Mezzell olacaq. Rouz şirkətin idarə heyətinin sədri və əsas məsləhətçilərdən biri kimi fəaliyyət göstərəcək. Aleksis Ohanian isə idarə heyətinin üzvü və məsləhətçi olacaq.

Uğurdan süquta: "Digg"in çətin keçmişi

2004-cü ildə Kevin Rouz tərəfindən yaradılan "Digg" internet istifadəçilərinə məlumat əldə etməyin və bölüşməyin yeni yolunu təqdim etməyi hədəfləyirdi. Web 2.0 inqilabının simvollarından birinə çevrilən platforma istifadəçilərin tapdıqları məzmunları səsvermə yolu ilə populyarlaşdırdığı bir sistem qurmuşdu. "Digg" xüsusilə bloqlar, xəbər saytları və müstəqil məzmun istehsalçıları üçün mühüm trafik mənbəyinə çevrilmişdi. O dövrdə internetin gündəmini müəyyənləşdirən əsas platformalardan biri idi.

Lakin zamanla "Reddit" kimi rəqiblərin yüksəlişi və istifadəçi tələblərinə cavab verə bilməməsi "Digg"in populyarlığını itirməsinə səbəb oldu. 2010-cu illərin əvvəllərində edilən bəzi strateji dəyişikliklər – məsələn, interfeys dəyişikliyi və istifadəçidən uzaqlaşan qərarlar – platformanın sadiq auditoriyasını itirməsi ilə nəticələndi. Nəticədə "Digg" sürətlə böyüyən rəqiblərinə qarşı dayana bilmədi və bir müddət sonra internetin unudulmuş guşələrindən birinə çevrildi.

Bütün bunlara baxmayaraq, "Digg"in sektora gətirdiyi yeniliklər unudulmadı. Platformanın səsvermə sistemi sosial media nəhənglərinin alqoritmlərinə təsir göstərdi. Bu gün gördüyümüz "bəyən" və "paylaş" mədəniyyətinin təməli qismən "Digg" ilə qoyuldu. İndi isə Kevin Rouz və Aleksis Ohanianın rəhbərliyi altında geri dönən "Digg", yalnız keçmişin uğurlarından dərs çıxarmaqla kifayətlənməyib, yeni texnologiyalarla gələcəyi formalaşdırmağı planlaşdırır.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 07 Mart 2025 22:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri